Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-57/2021 10.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Development and Crushing of Rocks” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 38398,40 (otuz səkkiz min üç yüz doxsa səkkiz manat qırx qəpik, 18 % ƏDV ilə) manat borcun, 3839,84 (üç min səkkiz yüz otuz doqquz manat səksən dörd qəpik) manat dəbbə pulunun və 30.00 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X4” ASC arasında avadanlıqların alqı-satqısı ilə bağlı xx xxxxxx 2014-cü il tarixli, 218-K-2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli, 221-K-2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli, 222-K-2014 nömrəli, xx xxxxxx 2015-ci il tarixli, 022-K-2015 nömrəli, xx xxxxxx 2014-cü il tarixli, 051-X-2014 nömrəli, xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli müqavilələr bağlanmış, müqavilələrin şərtlərinə görə müvafiq olaraq İddiaçı MMC “X4” ASC-yə hər ay müvafiq xidmətlər göstərmiş və avadanlıqlar təhvil vermişdir. xx xxxxxx 2014-cü il tarixli, 221-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2014-cü il tarixli, 222-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2014-cü il tarixli, 218-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2015-ci il tarixli, 022-K-2015 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2014-cü il tarixli, 051-X-2014 nömrəli müqavilənin 3.2-ci maddəsinə görə “sifarişçi” aylıq xidmət haqqını əvvəlcədən “icraçı” tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətindəköçürmə yolu ilə ödəyir. xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli müqavilənin 3.2-ci maddəsinə görə “sifarişçi” aylıq xidmət haqqını əvvəlcədən “icraçı” tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətindəköçürmə yolu ilə ödəyir. Lakin dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. İddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iahat verərək xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli müqavilə üzrə olan 330.40 manat borc istisna olmaqla iddia tələbi qalan hissələr üzrə əsassızdır. İddiaçı digər müqavilələr üzrə ştirak edərək iddia tələbini qəbul etmədiklərini və müqavilələr üzrə icra müddəti bitdiyindən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 14677 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh verilmiş borc məbləği ilə bağlı xəbərdar edilmişdir. 10 dekabr 2014-cü il tarixli, 221-K-2014 nömrəli tərəflər arasında başğlanmış müqavilənin surətindən görünür ki, müqavilənin ümumi dəyəri 11 156,13 manat təşkil etmişdir. 10 dekabr 2014-cü il tarixli, 221-K-2014 nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, tərəflər arasında ümumi dəyəri 11 156,13 manat dəyərində olan avadanlıqlar alıcıya təqvil verilmişdir. xx xxxxxx 2015-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, ümumi məbləği 710,83 manat məbləğində avadanlıq “X4” ASC-yə təhvil verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, 051-X-2014 nömrəli İddiaçı MMC ilə “X4” ASC arasında bağlanmış “yüksək sürətli internet xidmətlərinin göstərilməsi” dair müqavilənin surətindən görünür ki, “icraçı”olaraq İddiaçı MMC “sifarişçi” olaraq “X4” ASC-ni yüksək surətli internet şəbəkəsinə qoşmağı öhdəsinə götürmüşdür. ümumilikdə 1720,44 manat dəyərində avadanlıq sifarişçiyə təhvilverilmiş, xidmətə görə aylıq ödəniş isə 177 manat müəyyən olunmuşdur. xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli İddiaçı MMC ilə “X4” ASC arasında bağlanmış “yüksək sürətli internet xidmətlərinin göstərilməsi” dair müqavilənin surətindən görünür ki, xidmətin dəyəri ümumilikdə 330,40 manat olaraq hesablanmış və “sifarişçi” aylıq xidmət haqqını əvvəlcədən “icraçı” tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “X4” ASC-nin İddiaçı MMC-yə 0**-XA-***7 nömrəli, xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə 330,40 manat borcu vardır. xx xxxxxx 2018-ci il tarixli tərəflər arasında razılaşdırılmış qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, 0xx.xx.2018-ci il tarixə cavabdehin iddiaçıya ümumilikdə 39 389,60 manat borcu qeyd edilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə görə, yəni xx xxxxxx 2014-cü il tarixli, 221-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2014-cü il tarixli, 222-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2014-cü il tarixli, 218-K-2014 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. xx xxxxxx 2015-ci il tarixli, 022-K-2015 nömrəli müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin məbləğində hesab təqdim edir, alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən 3 bank günü ərzində hesabda göstərilmiş məəbləği satıcının bank hesabına ödəyir. Həmin müqavilələr imzalandığı gündən qüvvədə olmuşdur. Hər bir müqavilənin icra müddəti özündə göstərilmişdir. Həmin müqavilələrdən irəli gələn hər bir tələb üzrə üç illik iddia müddəti ötürülmüşdür. İddiaçı tərəf 2020-ci ilin sentyabr ayında məhkəməyə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür. Tərəflər arasında internet xidmətlərinin göstərilməsinə görə bağlanmış xx xxxxxx 2014cü il tarixli, 051-X-2014 nömrəli müqavilənin 3.2-ci maddəsinə görə “sifarişçi” aylıq xidmət haqqını əvvəlcədən “icraçı” tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəyir. xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli müqavilənin 3.2-ci maddəsinə görə “sifarişçi” aylıq xidmət haqqını əvvəlcədən “icraçı” tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəyir. Müqavilələrin məzmunundan göründüyü kimi burada söhbət aylıq vaxtaşırı ödəmələrdən gedir. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il il tarixli maliyyə arayışından görünür ki, 2014-cü il tarixli, 051-X-2014 nömrəli müqavilə üzrə xx.xx.2016-cı il tarixə qədər olan aylıq ödənişlər üzrə borclar mövcuddur. Bu kimi tələblər üzrə qanunla üç illik müddət müəyyən edilmiş olsa da, xx.xx.2016-cı il tarixdən məhkəmədə iddia qaldırılan vaxta qədər dörd ildən artıq vaxt keçmişdir. Məhkəmə xx xxxxxx 2018-ci il tarixdə tərəflər arasında razılaşdırılmış qarşılıqlı üzləşmə aktına münasibətdə aşağıdakıları qeyd edir: birincisi, borcun etiraf edilməsini bildirən hərəkət iddia müddəti axımının davam etdiyi müddət ərzində edilmiş olmalıdır ki, bununla da iddia müddətinin axımının kəsilməsinə səbəb olsun. Qeyd edilən akt yuxarıda göstərilən müqavilələrdən irəli gələn tələblərə görə iddia müddəti axımının başa çatmasından sonra imzalanmışdır. İkincisi, həmin akt hüquqi şəxsin rəhbəri deyil, işçisi tərəfindən imzalanmışdır. Hüquqi şəxsin adından hər hansı sənədi imzalamaq üçün buna aid səlahiyyət olmalıdır. Həmin akt, borcun mövcudluğunu bildirən bir sənəd kimi sübuti əhəmiyyət daşıya bilər, lakin, hüquqi şəxsin adından müqavilədən irəli gələn qarşılıqlı münasibətləri tənzimləyən, hüquqi şəxsin iradəsini ifadə edən, etirafedici və ya digər hərəkəti özündə əks etdirən sənədi hüquqi imzalamaq və təsdiq etmək, həmçinin bunu kreditora təqdim etmək hüququ yalnız buna xüsusi səlahiyyəti olan şəxsə məxsusdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx xxxxxx 2017-ci il tarixli, 0**-XA-***7 nömrəli müqavilə istisna olmaqla digər müqavilələrdən irəli gələn əsas və əlavə tələblər üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbi həmin müqavilə üzrə yaranmış 330.40 manat borca münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsindən görünür ki,başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 356.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ X1 tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətindən 330,40 (üç yüz otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-57/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-57/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver