Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-574/2022 04.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış məhsulların müsadirə edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (VÖEN: **********) məxsus, saxta aksiz markaları ilə markalanmış alış dəyəri 758 manat olan 161 ədəd spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 14.01.2022-ci il tarixli **********0383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”ı ilə Gəncə şəhəri, Kimyaçılar, Tağı-Arani ünvanı üzrə Aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; Vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi üzrə 14.01.2022-ci il tarixdən 14.02.2022-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Gəncə şəhəri, T.Arani və Kimyaçılar küçəsinin kəsişməsi ünvanında yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus “Köşk”də Baş İdarənin 14.01.2022-ci il tarixli **********0383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”ına əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə saxta aksiz markaları ilə markalanmış alış dəyəri 758 manat, satış dəyəri 837,80 manat olan 161ədəd spirtli içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 07.02.2022-ci il tarixli DVX-№ 000584 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi haqqında” 07.02.2022-ci il tarixli DVX-№ 000604 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 30 mart 2022-ci il tarixli, e-2-2(115)-483/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, operativ vergi nəzarəti zamanı vergi ödəyicisi olan Cavabdeh məxsus obyektdə, saxta aksiz markaları ilə markalanmış, alış dəyəri 758 manat olan 161 ədəd spirtli içki götürülmüş, bu barədə protokol tərtib edilərək, həmin protokol cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28.01.2022-ci il tarixli 5/112 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8 ədəd “Qaraçanaq vodka” 700 ml şüşə qabların üzərindəki ÇM5679899, ÇM5679894, ÇM5679896, ÇM5679893, ÇM5679895, ÇM5679897, ÇM5679902, ÇM5679892 nömrəli aksiz markalar, 6 ədəd “İti qovan vodka” 0,5 İitr şüşə qablarının üzərindəki CY9610126, CY9610125, CY9610127, CY961018Q, CY9610130, CY9610134 nömrəli aksiz markalar, 1 ədəd “X1” 0,5 İitr şüşə qabın üzərindəki CY9610176 nömrəli aksiz marka ekspertizaya təqdim edilmiş eyniz məzmunlu aksiz markasının nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş aksiz markalar eskpertizaya təqdim edilmiş eyni məzmunlu aksiz markaların nümunələri ilə eynlik təşkil etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus, saxta aksiz markaları ilə markalanmış, alış dəyəri 758 manat olan 161 ədəd spirtli içki satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus, saxta aksiz markaları ilə markalanmış, alış dəyəri 758 manat olan 161 ədəd spirtli içki satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-574/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-574/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver