Məhkəmə qərarları › İş №e-2-2(115)-581/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-581/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-581/2022 05.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 1.951.000.00 ABŞ dolları əsas kredit borcunun, 52.373.71 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 50.249.50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə bоrcunun, ümumilikdə: 2.053.623.21 ABŞ dolları, Mərkəzi Bankın 15.03.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 manat) ilə 3.491.159.46 manat məbləğində kredit borcunun və 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən şəkilmiş sığorta haqqı, qarşı tərəfin əvəzinə mediatora ödənilən 200 manat ümulikdə 3.493.477.46 manat və dövlət büdcəsinə ödənilməli olan 2536.74 manatdan çıxılması, mediatora ödənilən 200 manat cəmi 2336.74 manat məbləğində dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 161.32 kv.m., yardımcı sahəsi 72.77 kv.m., 8ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 məxsus olan əmlaka görə isə 1.187.500.00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh4 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 Mahmpd oğlundan müştərək (birgə) qaydada 1.951.000.00 ABŞ dolları əsas kredit borcunun, 55.354.41 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 59.191.58 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 2.065.545.99 ABŞ dolları Mərkəzi Bankın 04,05.2022-ci il tarixinə olan məzənnə (kurs 1.7000 manat) ilə 3.511.428.18 manat məbləğində kredit borcunun və 2118 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən şəkilmiş sığorta haqqı, qarşı tərəfin əvəzinə mediatora ödənilən 200 manat ümumilikdə 3.513.746.18 manat və dövlət büdcəsinə ödənilməli olan 2536.74 manatdan çıxılması, mediatora ödənilən 200 manat cəmi 2336.74 manat məbləğində dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 MMC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfi, Sevinc qəsəbəsinin cənubunda, 1.31425 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2685.1 kv.m., tikintialtı sahəsi 2713 kv.m., 8 ədəd qeyri yaşayış binalarından ibarət olan əmlak kompleksinə və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında olan ümumi sahəsi 234.09 kv.m., yaşayış sahəsi 16 J.32 kv.m., yardımçı sahəsi 72.77 kv.m., 8-ci mərtəbədə yerləşən 4 otaqlı mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 məxsus oİan əmlaka görə isə 1.187.500.00 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından sidə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdehlər və Cavabdeh4 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasının cavabdehə münasibətdə keçirilmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı aşkar olundu ki, kommersiya mübahisəsininin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya qaydasında həlli barədə müvafiq təşkilata müraciət olunmamışdır. İşə kommersiya mübahisəsi kimi baxılmalı olduğundan ilkin mediasiya sessiyasında iştirak etmək mütləqdir. Mediasiya Şurasının üzvü fərdi qaydada fəaliyyət göstərən mediator X1 tərəfindən verilmiş arayışda göstərilir ki, 21.01.2022-ci il tarixə təyin olunmuş ilkin mediasiya sessiyası barədə 5 gün öncə poçt vasitəsilə məlumatlandırılmış Cavabdeh1 ilkin mediasiya sessiyasına gəlməmişdir. Arayışdan göründüyü iş üzrə cavabdehlərdən yalnız Cavabdeh1 ilkin mediasiya sessiyasına dəvət olunmuşdur. Digər mübahisə tərəfləri dəvət olunmamışlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə mediasiya tətbiq edilir. “Həmin Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə, tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə,bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar