Məhkəmə qərarları › İş №e-2-2(115)-583/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-583/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-583/2021 18.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi,Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borc tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 28606,33 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında 01.10.2012-ci il tarixli, 01.01.2016-cı il tarixli 000043 nömrəli və 01.01.2017-ci il tarixli 000077 nömrəli elektrik enerjisinin alqı-satqısı müqavilələri imzalanmışdır. Müqavilələrin 9cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır (ölçü transformatorları vasitəsi ilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Həmin müqavilələrin 11-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayının) 10-dək alıcıya təqdim edir, sonrakı beş bank günü ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı alıcı tərəfindən ödənilir. 2015-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi üçün "xxxx" QSC tərəfindən hesablaşma dövrləri üzrə "xxxx" MMC-yə elektron vergi hesab fakturaları göndərilmiş, lakin "xxxx" MMC tərəfindən borcun ödənilməsi təmin edilməmiş və 2015-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr üzrə ödənilməmiş borc ümumilikdə 28.606,33 manat (iyirmi səkkiz min altı yüz altı manat otuz üç qəpik) təşkil etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbəni müdafiə etdiyini bildirərək cavabdehdən 28606,33 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 184.4-ci maddəsinə əsasən Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə ,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in ,185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq ,işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -Tərəflər arasında bağlanmış 01.10.2012-ci il və 01.01.2016-cı il tarixli 000043 nömrəli, 01.01.2017-ci il tarixli 000077 nömrəli elektrik enerjisinin alqı-satqısı müqavilələrinin surətindən görünür ki, müqavilələrin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır. -Həmin müqavilələrin 11-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün (ayının) 10-dək alıcıya təqdim edir, sonrakı beş bank günü ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı alıcı tərəfindən ödənilir. -037954, 146444, 318397, 446057, 613980,764139. 896283, 060387, 209907, 359022, 505826, 653303, 794282, 047987, 287406, 527783, 764672,988996, 173154, 389816, 615891, 841546, 084442, 294190, 529180, 477444, 081649, 599100, 295193, 910285, 446435, 994322, 598604,113688, 894823, 548881, 266789, 971938, 885162, 439403, 221986,917083, 663969, 475791, 182757, 989241, 128941, 612843, 907868, 390724, 498645, 030135, 051583, 412892, 636210, 756441, 291512, 416016, 821735, 263112, 505040 nömrəli elektron qaimələrdən göründüyü kimi "xxxx" QSC tərəfindən "xxxx" MMC –yə ümumilikdə 28.606,33 manat dəyərində elektrik enerjisi verilmişdir. -04 mart 2021-ci il tarixli, 47561 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 01.10.2012ci il və 01.01.2016-cı il tarixli 000043 nömrəli, 01.01.2017-ci il tarixli 000077 nömrəli elektrik enerjisinin alqı-satqısı müqavilələrə əsasən satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti elektrik enerjisi verməyi, alıcı Cavabdeh isə elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı etirazını bildirməmişdir. Etirazının əsaslarını təşkil edən halları və sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndan 28606,33 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən istifadə etdiyi elektrik enerjisinə görə 28606,33 (iyirmi səkkiz min altı yüz altı manat otuz üç qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar