Məhkəmə qərarları › İş №e-2-2(115)-593/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-593/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-593/2024 24.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15086,02 manat məbləğində borcun və 135,26 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 05/20-197 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Mollaəhmədli kəndi ərazisində 47 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 17086,02 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 912 manat məbləğində çöp doğrama, 133 manat məbləğində şum, 46 manat məbləğində rotor mala, 136 manat məbləğində mala, 70 manat məbləğində çiyid səpini, 312 manat məbləğində kultivasiya, 34 manat məbləğində gübrə kultivasiya, 24 manat məbləğində boroza, 377 manat məbləğində dərman səpini, 300 manat məbləğində pambığın maşınla yığımı, 70 manat məbləğində tirə kipləşdirmə, 14100 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 444,02 manat məbləğində gübrə və dərman, 128 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 17086,02 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 17086,02 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Cavabdeh İddiaçı MMC-nə ərizə ilə müraciət edərək oğlu Cavabdeh 2021-ci ilin təsərrüfat mövsümündə xəstə olduğunu və bütün işlərin onun tərəfindən görüldüyünü, bununla bağlı öhdəliyi və yaranmış 17086,02 manat məbləğində borcu öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh xx.xx.2023-ci tarixdə ümumi borcdan 2000 manat ödəməklə, hazırki dövrə kimi 15086,02 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə müqaviləni oğlu bağlamış, əkin əkdikləri zaman qızının səhhətində yaranan problemlə əlaqədar məhsulla məşğul ola bilməmişlər. Əkinlərini tam başa çatdıra bilmədiklərinə görə borcu ödəyə bilməmişlər. Öhdəliyi o öz üzərinə götürmüşdür. İddiaçı borcla əlaqədar ona zəng edəndə növbəti əkin zamanı borcun hamısını ödəyəcəyini bildirmişdir. Borc məbləğinə etiraz etmir və həmin borcu özü ödəyəcəkdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 05/20-197 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən fermer X2 məxsus olan Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən 47 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, 05 iyun 2021-ci il tarixdə 213,34 manat, 04 aprel 2021-ci il tarixdə 128 manat, 09 iyul 2021-ci il tarixdə 126,40 manat, 04 iyul 2021-ci il tarixdə 26,18 manat, 30 avqust 2021-ci il tarixdə 78,10 manat dəyərində mallar İddiaçı MMC tərəfindən X2 təhvil verilmişdir. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 14100 manat məbləğində pul İddiaçı MMC tərəfindən X1 avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, fermer X1 İddiaçı MMC-nə qalıq borcunun 17086,02 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nə ünvanlanmış 06 iyun 2023-cü il tarixli ərizədən görünür ki, oğlu X3 ilə İddiaçı MMC-nin Bərdə filialı ilə 2021-ci ilin təsərrüfat mövsümündə pambığın alğı-satqısına dair müqavilə bağlanmış, mövsümün sonunda Cəmiyyətə 17086,02 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsini öz üzərinə götürməklə, 2023-cü ilin taxıl yığımında iyul ayının 30-dək tam olaraq ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, fermer Cavabdeh İddiaçı MMC-nə qalıq borcunun 17086,02 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə X3 arasında 24 dekabr 2020-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC tərəfindən fermer X2 məxsus Bərdə rayonu Mollaəhmədli kəndində yerləşən 47 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. Müqaviləyə əsasən alıcı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, işlər görmüş, xidmətlər göstərmiş, avans vermişdir. Lakin satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun alıcıya 15086 manat 02 qəpik məbləğində borcu qalmışdır. Daha sonra borc Cavabdeh köçürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 15086 manat 02 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 135,26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 135,26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X3 arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 197 nömrəli müqaviləyə əsasən 15086 (on beş min səksən altı) manat 02 (iki) qəpik borc və ödənilmiş 135 (bir yüz otuz beş) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bil Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar