Məhkəmə qərarları › İş №e-2-2(115)-60/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-60/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-60/2024 08.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “76-2019/SB” № alqı-satqı müqaviləsi üzrə 10097 manat 27 qəpik əsas borc, 13853 manat 45 qəpik dəbbə pulu (cərimə borcu) və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat ilə birlikdə İddiaçı ASC-yə Cavabdeh tərəfindən 24160 manat 72 qəpik ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 22 aprel 2019-cu il tarixili “76-2019/SB” nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən onun ayrılmaz tərkib hissəsi olan elektron qaimə fakturalardakı müxtəlif növ toyuq əti məhsulları ilə satıcı İddiaçıSC, alıcı Cavabdeh sifarişlərə əsasən tam təmin etmiş, sifariş verilmiş mallar vaxtı-vaxtında İddiaçıSC-nin hesabına Cavabdeh göndərilmişdir. Beləliklə, satıcı İddiaçı ASC tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmuş və Cavabdeh tərəfindən sifariş verilmiş mallar vaxtı-vaxtında təmin olunmuşdur. Cavabdeh cəmi 11572 manat ödəniş etmişir. Qalıq borcu 10097 manat 27 qəpik təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixinə qədər yaranan dəbbə borcu isə 13853 manat 45 qəpik təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. “76- 2019/SB” nömrəli alqı-satqı müqaviləsi üzrə 10097 manat 27 qəpik əsas borc, 13853 manat 45 qəpik dəbbə pulu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat ilə birlikdə İddiaçı ASC-yə Cavabdeh tərəfindən 24160 manat 72 qəpik ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmə prosesi getdiyi dövrdə şirkət daxilində arxiv sənədlərinə baxış zamanı “№ 011175” seriyalı kassa mədaxil orderinə əsasən Cavabdeh 27 may 2019-cu il tarixdə 4000 azn məbləğində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəniş etdiyinin müəyyən edildiyi, cavabdehə 25096 manat 54 qəpik dəyərində quş əti məhsulları satıldığını, cavabdeh tərəfindən cəmi 15572 manat ödəniş edildiyini, qalıq borcun 9524 manat 54 qəpik qaldığını, “76-2019/SB” № alqı-satqı müqaviləsi üzrə 9524 manat 54 qəpik əsas borc, 264 manat 46 qəpik dəbbə pulu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh tərəfindən 9999 manat 87 qəpik ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək, qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə həmin ərizəni nəzərə alaraq, baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 22 aprel 2019-cu il tarixli “76-2019/SB” nömrəli alqısatqı müqaviləsindən görünür ki, satıcı alıcıya bu müqavilə və qaimələrdə göstərilən miqdarda və həmin qiymətdə malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qaimə fakturadan və xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25096 manat 54 qəpik məbləğində mal satılmışdır. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 15572 manat məbləğində ödəniş edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə ümumi satılmış malların məbləği 25096 manat 54 qəpik, müqavilə üzrə ödənilmiş məbləğ 15572 manat, cavabdehin ödənilməyən borc məbləği 9524 manat 54 qəpik, müqavilə üzrə dəbbə pulu 264 manat 46 qəpikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən mal almış, verilmiş malların dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş qəbzindən göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödədiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 117 manat 89 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 9524 manat 54 qəpik əsas borc, 264 manat 46 qəpik cərimə borcu olmaqla, cəmi 9789 manat məbləğində borc və 210 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilməli olan 117 manat 89 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9524 manat 54 qəpik əsas borc, 264 manat 46 qəpik cərimə borcu olmaqla, cəmi 9789 manat məbləğində borc və 210 manat mediasiya xərci Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 117 manat 89 qəpik məbləğində dövlət rüsumu cavabdeh Mehdiyev Anar Ədalət oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar