Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-62/2023 16.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı soyuducu tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı soyuducu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan X2” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/C markalı soyuducunun geri qaytrılması və ya soyuducunun əvəzi 800 ABŞ dolları və 60 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan X2” MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 800 (səkkiz yüz) ABŞ Dolları olan V/C markalı 1 (bir) ədəd soyuducu “Azərbaycan X2” MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyə verən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı “Azərbaycan Koka – X4” MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı “Azərbaycan Koka – X4” MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqaviləyə xitam verilməsi barədə cavabdeh tərəfə dəfələrlə xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqlardan sonuncusu kargüzarlıq qaydasında göndərilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehin qeydiyyatda olduğu Ağdam rayonuna pretenziya məktubu göndərilmişdir. Bütün pretenziyalar Ağdam rayonuna göndərilmişdir. xx.xx.2022ci il tarixində olan xəbərdarlığı kargüzarlıq qaydasında tərəfə göndəriblər, hansı ki iddia ərizəsi də həmin vaxt göndərilib. Bundan sonra xx.xx.2022-ci il tarixində də kargüzarlıq qaydasında pretenziya məktubu tərəfə göndərilmişdir. Lakin bunlara baxmayaraq cavabdeh tərəfindən soyuducu şirkətə qaytarılmamışdır. Mövcud sübutlar məhkəməyə təqdim edilmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2017-ci ildə iddiaçının vəkili ilə əlaqə saxlamışdır. O həmin soyucunu təhvil verdikləri işçilərin artıq işləmədiklərini bildirmişdir. Rəhbərliklə əlaqə saxlamaq istəmişlər, lakin icazə verməmişdirlər. Sürücünün nömrəsi ondada vardır. Orada əvvəlcə Günay xanım sonra isə Aynur xanım çalışırmış və onlar pulu həmişə Aynur xanıma veriblər. Onlar soyuducunu təhvil verərkən Aynur xanımla telefon vasitəsi ilə danışmışlar. Soyuducunu təhvil vermələri barədə akt imzalamışlar, ancaq üstündən uzun müddət keçdiyi üçün həmin sənədi itirmişlər. Aynur xanımla danışdıqda onlara Vüqar və Əli Cabbarlının nömrəsini vermişdir ki, onlar gəlib soyuducunu götürəcəkdirlər. Soyuducunu təhvil verdiyindən dolayı hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İddiaçınə və Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbinə dair sübutları elektron qaydada məhkəməyə təqdim etdiyini, işə onun iştirakı olmadan baxılaraq iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdehlə qonşudurlar və eyni zamanda dostdurlar. Onunlu birlikdə obyekt işlədiblər. Onlar obyekti icarəyə götürəndə iddiaçının işçiləri ilə əlaqə saxlamış və soyuducu istəmişlər, əvvəlcə böyük soyuducu gətirmişlər, ona görə də onu dəyişdirib başqa soyuducu vermişlər. Soyuducunu 2018-ci ilin avqust ayında təhvil vermişlər. Soyuducunu götürməyə 2 nəfər gəlmiş və sürücünün adı Vüqar olmuşdur. Bu barədə Aynur xanıma məlumat verilmişdir. Soyuducunu təhvil verəndə onlara qəbz vermişlər, ancaq hal-hazırda qəbzi itirmişlər. Aynur xanımla əlaqə saxlaya bilməmişlər. Demişlər ki, Aynur xanım Bakıda deyil. Rəhbərliklə əlaqə saxlamaq istəsələr də, danışmaq alınmamışdır. “Azərbaycan X2” MMC (istifadəyəverən) ilə Cavabdeh (istifadəçi) arasında bağlanılmış 13 iyul 2017-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, 800 ABŞ dolları dəyərində 1 ədəd V/C ensiz markalı soyuducu Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında “İstifadəyə verən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. İş materiallarına əlavə olunmuş 22 aprel 2021-ci il tarixli 123 nömrəli müqaviləyə xitam verilməsi və əşyanın geri qaytarılması barədə pretenziya məktubundan görünür ki, “Azərbaycan X2” MMC tərəfindən Cavabdeh müqavilənin xitamı və əmlakın köhnəlməsi nəzərə alınmaqla 3 gün ərzində təhvili barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 732.1-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Mülki Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Mülki Məcəllənin 736.3-ci maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən 1 ədəd V/C ensiz markalı soyuducu Cavabdeh əvəzsiz istifadəyə verilmiş və iddiaçı tərəfindən sonradan ona müqavilənin xitamı və əmlakın təhvili barədə bildiriş göndərilmişdir. Lakin Cavabdeh soyuducunu iddiaçıya qaytarmayaraq öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar başa düşülür. Bu halda, cavabdeh soyuducunu iddiaçıya qaytarması ilə bağlı istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1 ədəd “Coca-Cola” V/C ensiz markalı soyuducu və ya onun dəyəri olan 800 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçınə verilməlidir. 18 iyun 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 33 manat 60 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 ədəd “Coca-Cola” V/C ensiz markalı soyuducu və ya onun dəyəri olan 800 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçınə verilsin. Ödənilməli olan 33 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-62/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-62/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver