Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-623/2025 24.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan şifahi alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğini, yəni 23999,5 (iyirmi üç min doqquz yüz doxsan doqquz, 5 manat) manat, eləcə də 57024 ədəd plastik yeşiklərin, yeşiklər olmadıqda hər bir yeşiyin qiyməti 1,06 (bir manat,06) manat olmaqla 60445 (altmış min dörd yüz qırx beş) manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Alıcı) ilə Cavabdeh (bundan sonra Satıcı) arasında bağlanılmış şifahi alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 99118,0 (doxsan doqquz min yüz on səkkiz) manat olan Şişburun növündə xurma məhsulunun satılması Satıcı tərəfindən öhdəlik götürülmüşdür. Razılaşmaya əsasən ümumilikdə Alıcı tərəfindən Satıcıya 75464 ədəd plastik yeşik və razılaşdırılmış ümumialqı-satqı məbləğindən, yəni 99118,0 (doxsan doqquz min yüz on səkkiz) manat vəsaitdən 23999,5 (iyirmi üç min doqquz yüz doxsan doqquz, 5 manat) manat vəsait Satıcıya ödənilmişdir. Razılaşmaya əsasən satılacaq məhsul 29 oktyabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək Alıcıya təhvil verilməli idi. Lakin öhdəliklər Satıcı tərəfindən pozulmuş heç bir məhsul təhvil verilməmişdir. Tərəflər arasında imzalanmış 13 dekabr 2023-cü il tarixli üzləşmə aktına əsasən Satıcının 57024 ədəd plastik yeşik və 23999,5 (iyirmi üç min doqquz yüz doxsan doqquz, 5 manat) manat borcunun olması təsdiq edilmiş və borcun, eləcə də 57024 ədəd plastik yeşiklərin noyabr 2024-cü il tarixədək geri qaytarılması Satıcı tərəfindən öhdəlik kimi götürülmüşdür. Bu razılaşmaya da Satıcı tərəfindən əməl edilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə əsasən yaranmış borc ödənilməmiş və plastik yeşiklər Alıcıya təhvil verilməmişdir. Yaranmış borc məbləği vaxtında ödənimədiyindən İddiaçı MMC-nin maliyyə vəziyyətinə zərər vurulmuş və müqavilə şərtləricavabdeh tərəfindən kobud şərildə pozulmuşdur. İddiaçı tərəfindən verilmiş prenetziya sənədinə də cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, verilən 75464 ədəd plastik taralarin, 18440 ədədi məhsulla qayıtmışdır, qalan hissəsi cavabdehdə qalmaqdadır. Gələn məhsullarin gəlmə tarixlərini və maşin nömrələrini qeyd edir. **-LP-*** xx.xx.2023 - 2395 ədəd məhsul gəlib və ödənişi Cavabdeh tərəfindən olunub. Başqa gələn bütün məhsulların pulu Balxurma MMC tərəfindən olunub. **-XE-***, xx.xx.2023 - tarixdə 1747 ədəd, məhsul tam şəkildə istehsala yararsız olduğu üçün boş plastik tara kimi qəbul olunub. **-JH-*** , xx.xx.2023- 2037 ədəd. 60-BF624 , xx.xx.2023-1212 ədəd **-ML-*** , xx.xx.2023- 2320 ədəd **-BF-*** , xx.xx.2023 -1100 ədəd 20-BT930 , xx.xx.2023 - 1122 ədəd **-BM-*** , xx.xx.2023 - 999 ədəd **-LU-*** ,xx.xx.2023 -1193 ədəd 20-BT930 , xx.xx.2023 -1122 ədəd **-CO-***, xx.xx.2023 - 2260 ədəd **-NG-*** , xx.xx.2023 - 933 ədəd. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, Emil və Paşa adlı şəxslər 2023-cü ilin avqust-sentyabr aylarında gələrək, 100 000 yeşik şişburun almaq istəmişlər. Topdan malı Rəhim adlı şəxsə göndərmiş. Əsədov Kamandar adlı şəxsə 12000 yeşik, İsmixan adlı şəxsə 15000 yeşik, İsmayıl adlı şəxsə 14000 yeşik, digər şəxslərə də qalan mallar göndərildi. Həmin şəxsləri o, onlara təqdim etmişdir. Mallar tam olaraq yığıldıqdan sonra onlara bu barədə məlumat vermiş və onlar pulu gələn həftə ödəyəcəklərini demişlər. Oktyabr ayı olsa da, hələ də ödəniş etmədikləri üçün Tovuzda mübahisələr yaranmışdır. Sonra Bakıya İddiaçı MMC-nin direktoru Tariel müəllimin yanına getmişdir. Dedmişlər ki, gələn il ödəniş edəcəklər, lakin hələ də ödəniş edilməyib. Şirkətin nümayəndələri Zəyəm- Cırdaxana gələrək bildirmişlər ki, bu məhsulları onlara nisyə versinlər, soyuduculara yığsınlar, sonra da pulunu verərlər. Əgər əvvəl deyilsə idi ki, məhsulu nisyə götürəcəklər. Heç kim də məhsul yığmağa razı olmazdı və yeşikləri də götürməzdi. Camaat öz məhsullarını yeşiklə birlikdə dəyər dəyməzinə satmışdır. Şahid3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, ona demişlər ki, mal yığılacaq. Ondan soruşmuşlar ki, nə qədər mal yığa bilər? Demişdir ki, 20000 yeşik yığa bilər. Lakin 50 000. 100 000 yeşik lazımdır. Nağd şəkildə danışmışlar, nisyə olacağını bilsəydi, heç mal yığmazdı. Malları almadılar, camaat gəldi evə ki, onların pulunu qaytarsın. Şahid X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, sentyabrın axırlarında onlar Əliyə yeşikləri göndərmişlər. Onlara demişlər ki, onların Əliyə göndərdiyi 10 000 yeşik başqa şəxslərə satılıb. Əliyə nağd formada cəmi 36 000 manat məbləğində pul vermişlər və özü buna imza atıb. Onların verdiyi yeşiklər isə plastik yeşiklər idi, lakin xurmalar olan taxta yeşiklər idi. Onlar sonradan öyrənmişdir ki, bu işdə başqa şəxslər də var. Məsələn, yeznəsi kimi tanıtdığı Asəf adlı şəxs sonradan bilmişdir ki, əslində yeznəsi deyilmiş. Əli müəllim özünü onlara bağ sahibi kimi tanıtsa da, əslində vasitəçilik edirmiş Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Cavabdeh özü gəlmiş. Sonra şirkət onları Tovuz rayonuna göndərmişdir. X4 kəndindəki bağların ona və qohumlarına məxsus olduğunu demişdir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Cavabdeh onların zavoduna gəlmişdir ki, bağlarının məhsullarını onlara vermək istəyir. Sonra Akan ləqəbli şəxs onlara bağı göstərmiş. Əvvəl yeşikləri göndərmişlər, oktyabrda isə məhsullar yığılmışdır. 1500- 1700 manat aralığında məhsulu onlara vermişdir. Qalan məhsulu isə özləri yığmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: üzləşdirmə aktı, təhvil-təslim aktı, kassa məxaric orderi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4-cü maddəsinə əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC (bundan sonra Alıcı) ilə Cavabdeh (bundan sonra Satıcı) arasında bağlanılmış şifahi alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 99118,0 manat olan Şişburun növündə xurma məhsulunun satılması Satıcı tərəfindən öhdəlik götürülmüşdür. Razılaşmaya əsasən ümumilikdə Alıcı tərəfindən Satıcıya 75464 ədəd plastik yeşik və razılaşdırılmış ümumi alğı-satqı məbləğindən, yəni 99118,0 manat vəsaitdən 36000 manat vəsait Satıcıya ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə 36000 manat pulun verilməsi kassa məxaric orderi ilə öz təsdiqini tapır. Eyni zamanda iş materiallarında olan təhvil-təslim aktına əsasən 75464 ədəd plastik yeşik iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Ümumlikdə isə cavabdeh tərəfindən iddiaçıya 12000,50 manat dəyərində məhsul təhvil verilmiş və qabaqcadan ödənilmiş 36000 manat nəzərə alınarsa, cavabdehin iddiaçıya 23999,50 manat borcu qalmışdır. Eyni zamanda cavabdehə təhvil verilmiş 75464 ədəd plastik yeşikdən 18440 ədəd plastik yeşik məhsul ilə birlikdə iddiaçıya verilmişdir. Nəticədə 57024 ədəd plastik yeşik cavabdehdə qalmışdır. Cavabdehin iddiaçıya 23999,50 manat borcunun olması və 57024 ədəd plastik yeşiyin cavabdehdə qalması tərəflər arasında tərtib olunmuş 13 dekabr 2023-cü il tarixli 13/23 nömrəli üzləşmə aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 23999,5 manat məbləğində pul, eləcə də 57024 ədəd plastik yeşiklər, yeşiklər olmadıqda hər bir yeşiyin qiyməti 1,06 manat olmaqla, 60445 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23999,5 manat məbləğində pul, 57024 ədəd plastik yeşiklər, yeşiklər olmadıqda hər bir yeşiyin qiyməti 1,06 manat olmaqla, 60445 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-623/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-623/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver