Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-657/2020 29.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Hüseynzadə Leyla Vəliyəddin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən iddiaçının xeyrinə 36 052,80 manat əsas, 1802 manat faiz borcu, cəmi 37854 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılan xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti distribyutor kimi fəaliyyət göstərən Cavabdeh MMC-yə özünün istehsal etdiyi şərab məhsullarım çatdırmağı, Cavabdeh MMC isə həmin malın dəyərini İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqaviləyə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə xx.xx.2019-eıı il tarixli 095097 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, 28.03,2019-cu il tarixli 257558 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, xx.xx.2019-cu il tarixli 468072 nömrəli elektron qaiməyə əsasən 6048 manat dəyərində, xx.xx.2019- cu il tarixli 074656 nömrəli elektron qaiməyə əsasən 6720 manat deyərində,xx.xx.2019- cu il tarixli 411033 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, xx.xx.2019-cu il tarixli 650094 nömrəli elektron qaiməyə əsasən 2116,80 manat dəyərində, cəmi 36052,80 (otuz altı min əlli iki manat səksən qəpik) manat dəyərində 0,75 litrlik şüşə qabda qablaşdırılmış «İmperial» şərabları verilmişdir. Müqavilə şərtlərinə əsasən çatdırılmış mallara görə ödenişlər vaxtında heyata keçirilməlidir. Lakin bu günə qədər «xxxx» MMC çatdırılmış malların dəyəri «Xaçmaz- Şorab» Açıq Səhmdar Cəmiyyətinə ödəməmişdir.Dəfələrlə edilən xəbərdarlıqlar da nəticə verməmiş və malların dəyəri ödənilməmişdir. Halbuki tərəflər arasında bağlanılmış müqavilənin 3-cü bəndinə əsasən satılan malların dəyəri mallar satıldığı gündün 30 təqvim günü müddətində ödənilməlidir. Onu da bildirilmişdir ki, cavabdeh iddiaçının təqdim etdiyi mallan dərhal satmışdır. Buna baxmayaraq bir ildən artıq müddətdir ki, malın pulunu iddiaçıya ödəmir. Odur ki həmin pul cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə teleqram göndərilərək işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh MMC hazırkı məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X1 xx xxxxxxx 2020-ci ildə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, Quba və Kürdəmir Rayon Məhkəmələrinin qətnamələrinə əsasən onların hesablarına ödənişlər edilməlidir. Bu ödənişlər edildikdən sonra mübahisə həll olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşə əlavə olunmuş: xx.xx.2019-eıı il tarixli 095097 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, 28.03,2019-cu il tarixli 257558 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, xx.xx.2019-cu il tarixli 468072 nömrəli elektron qaiməyə əsasən 6048 manat dəyərində, xx.xx.2019- cu il tarixli 074656 nömrəli elektron qaiməyə əsasən 6720 manat deyərində,xx.xx.2019- cu il tarixli 411033 nömrəli elektron qaiməyə əsasən 7056 manat dəyərində, xx.xx.2019-cu il tarixli 650094 nömrəli elektron qaiməyə əsasən 2116,80 manat dəyərində malın cavabdehə verilməsi görünür. xx xxxx 2019-cu il tarixli 01 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında distrübitorluq müqaviləsi imzalanmış və birincinin istehsal etdiyi şərabların satış məqsədilə sonuncuya verilməsi razılaşdırılmışdır. İşin hallarından göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də, bilavasitə həmin razılaşmadan irəli gəlir. Mübahisəli borc məbləği isə elektron qaimələrdə təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfin tələbinə etiraz bildirmək cavabdehin vəzifəsidir. İş üzrə cavabdeh iddia tələbinə qarşı etirazını bildirməmiş, iddiaçının irəli sürdüyü faktları mübahisələndirməmiş və ya təkzib etməmişdir. Borcun mövcudluğunu istisna edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə proses iştirakçısı olduqları və hazırkı mübahisə üzrə preyudisial xarakter daşımayan məhkəmə qətnamələrini təqdim etməklə bu mübahisənin həllinin başqa mübahisələrin həllindən asılı olduğunu bildirmişdir. Cavabdehin bu cür mövqe göstərməsi ona qarşı irəli sürülən faktlar və hallarla razılaşmaq kimi qiymətlədirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehndən 36052,80 )otuz altı min əlli iki manat səksən qəpik) manat əsas borc, 1802 (bir min səkkiz yüz iki) manat faiz borcu, cəmi 37854 (otuz yeddi min səkkiz yüz əlli dörd) manat pil tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-657/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-657/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver