Məhkəmə qərarları › İş №e-2-2(115)-68/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-68/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-68/2020 17.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin Cavabdehnə qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 2302,74 manat məbləğində pulun tutularaqBakı şəhər üzrə Təhsil İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehnə xx xxxxxx 2019-cu il tarixli, e-2-2(83)-788/2019 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlik Kabinetinin xx.xx.2010-ci il, 10 nömrəli qərarına uyğun olaraq, cavabdeh “xxxx” MMC ilə Bakı şəhər üzrə Təhsil İdarəsi və Bakı şəhər 34,57,177,202,291,304 nömrəli ümumi təhsil müəssisələri arasında 2017-2018-ci tədris ili çərçivəsində üçtərəfli birgə fəaliyyət haqqında müqavilələr bağlanmışdır. Müqavilələrdə müvafiq təhsil müəssisələrində şahmat dərnəklərinin təşkil olunması ilə bağlı tərəflərin qarşılıqlı öhdəlikləri nəzərdə tutulmuşdur. Təhsil müəssisələri və İdarə tərəfindən üzərilərinə düşən öhdəliklər tam şəkildə icra olunaraq Cavabdeh MMC-yə müəyyənləşdirilmiş vaxtlarda məktəb ərazisində ödənişli dərnəklərin təşkilinə lazimi şərait yaradılmış və Cavabdeh MMC tərəfindən məktəbin maddi-texniki bazasından istifadə olunaraq ödənişli dərnəklər təşkil olunmuşdur. Bunun müqabilində Cavabdeh MMC tərəfindən İdarənin bank hesabına 34 nömrəli məktəb üzrə 150 manat məbləğində, 57 nömrəli məktəb üzrə 150 manat məbləğində, 177 nömrəli məktəb üzrə 150 manat məbləğində, 202 nömrəli məktəb üzrə 150 manat məbləğində, 291 nömrəli ekologiya liseyi üzrə 150 manat məbləğində, 304 nömrəli məktəb-lisey üzrə 150 manat məbləğində aylıq ödəniş ödənilməli idi. Lakin cavabdeh “xxxx” MMC müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəlikləri icra etməyərək həmin bənddə müəyyən edilmiş aylıq ödənişi İdarənin hesabına ödəməmişdir. Bununla əlaqədar dəfələrlə Cavabdeh MMC-yə şifahi qaydada, habelə, xx.xx.2019-cu il tarixli, 3295-02/18 nömrəli məktubla yazılı qaydada xəbərdarlıq olunmasına baxmayaraq hər dəfə əlavə vaxt verilməsini xahiş edərək ödənişlər ödənilməmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişəm ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, ona qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilməklə xəbərdarlıq edilmiş, borcunun ödənilməsi xahiş edilsə də, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə olunmuş; **********1429101 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 327,14 manatdır. **********1117701 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 474,36 manatdır. **********1105701 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 458,30 manatdır. **********1120201 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 300,36 manatdır. **********1103401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 447,58 manatdır. **********1330401 nömrəli, xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki,”Cavabdeh” MMc-nin ödəməli olduğu məbləğ 295,00 manatdır. xx.xx.2019-cu il tarixli, 3295-02/18 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh MMC-yə 2302,74 manat yaranmış borcun ödənilməsi bildirilmiş, əks halda tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh iddiaçıya 2302,74 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdim: İddia təmin edilsin. Cavabdehndən 2302,74 (iki min üç yüz iki manat yetmiş dörd qəpik) manat pulun tutularaq iddiaçı Bakı şəhər üzrə Təhsil İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar