Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-680/2025 19.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5005,20 manat borcun və 100 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Qərvənd kəndi ərazisində 7 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 10138,30 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 64 manat məbləğində çöp doğrama, 304 manat məbləğində 1-ci şum, 36 manat məbləğində 2-ci şum, 50 manat məbləğində tandem diski mala, 195 manat məbləğində mala çəkmə, 90 manat məbləğində sahədaxili kanal çəkilişi, 105 manat məbləğində çiyid səpini, 720 manat məbləğində kultivasiya, 422,50 manat məbləğində dərman səpini, 1050.00 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 2039,44 manat məbləğində dərman/gübrə, 9313,84 manat məbləğində çiyid, 4130 manat avans olaraq becərmə, arat pulu, cəmi: 10138,30 manat məbləğində avans verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa 5133,08 manat məbləğində 7590.40 kq xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5005,20 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdislənən xx.xx.2022-ci il üzrə üzləşmə aktı, qaimə, iş və xidmətlərin yerinə yetirilməsi aktı, ödəniş tapşırıqları olan bank sənədləri ilə təsdiq edilir. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdehin hüquqazidd hərəkətləri ilə mənimsədiyi 4130 manat vəsaitin qaytarılması və həmin vəsaitdən faydalanmağa görə məbləğin 15% həcmində (619,50 manat) faizin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi motivi ilə cavabdehdən 5005,20 manat borcun və 100 manat mediasiya xərcinin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçı ilə müqavilə bağlamadığını, iş üzrə sənədlərdə onun adının qarşısında olan imzanın ona məxsus olmadığını bildirmişdir. Bununla da heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçı tərəfindən cəmi 4130 manat vəsait səhvən avans ödəniş altında ödənildiyi bəlli olmuş, cavabdeh tərəfindən isə həmin məbləğ alınmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə müavilə bağlamış, qeyd edilən pambığı əkmişdir. 44 günlük müharibə zamanı hərbi əməliyyatlar həmin bolgədə getmişdir. Müqaviləni özü bağlasa da iddiaçı tərəfindən ona mal verilməmiş, xidmət göstərilməmişdir. Aktlarda və malın qəbulu ilə bağlı sənədlərdə olan imzalar ona məxsus deyildir. Onun adından kimsə həmin sənədləri imzalaya bilməzdi. Müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən pul karta köçürülmüşdür. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, müqavilə Cavabdeh adı ilə bağlandığı üçün pullar ona köçürülmüşdür, lakin sonradan müəyyən olmuşdur ki, müqaviləyə başqa adam imza etmişdir, belə olan halda pul hazırki iş üzrə cavabdehə verildiyindən əsassız varlanmışdır. Həmçinin pambıq Cavabdeh tərəfindən təhvil verilməmişdir, özü də müəssisəyə bunu etiraf etmişdir. Pambıq təhvili qəbzləri cavabdehin adına olsa da pambığı o təhvil verməmişdir. Telefonla cavabdehlə danışıq aparılmış, iddiaçı təşkilata gəlməsini, məsələni araşdıracaqlarını bildirmişlər, lakin cavabdeh gəlib çıxmamışdır. Cavbadeh onlara məhkəməyə bildirdiyindən fərqli izahat vermişdir. Cavabdeh pul məbləğini heç bir qanuni və ya müqavilə əsası olmadan uzun müddət özündə saxladığı üçün əsassız varlanmışdır. Ona görə də faiz məbləğini tələb edirlər. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu, Qərvənd kəndi ərazisində 7 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 28 yanvar 2021-ci tarixdə 1750 manat, 07 aprel 2021-ci il tarixdə 140 manat, 27 aprel 2021-ci il tarixdə 700 manat, 31 may 2021-ci il tarixdə 490 manat, 09 iyul 2021-ci il tarixdə 1050 manat olmaqla 4130 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə 2,60 sot sahədə birinci şum, xx.xx.2021-ci il tarixdə 4 ha sahədə çöp doğrama, xx.xx.2021-ci il tarixdə 1,50 sot sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 1 ha sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 1,50 sot sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə şumlama, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə səpin, xx.xx.2021-ci il tarixdə 9 ha sahədə mala, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə mala, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə səpin, xx.xx.2021-ci il tarixdə 2,50 sot sahədə diskli mala, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə kultivasiya,xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021ci il tarixdə 9 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixdə 5 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə gübrəli kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 4,50 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 8 ha sahədə kultivasiya, xx.xx.2021ci il tarixdə 8 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 7 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixdə 2 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2.50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixdə 3,50 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 2,50 ha sahədə pambıq yığımı, xx.xx.2021-ci il tarixdə 1 ha sahədə pambıq yığımı işləri görülməsi qeyd edilmişdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür, xx.xx.2021-ci il tarixdə 110 kq çiyid R-1, 450 kq amafos, xx.xx.2021-ci il tarixdə 72 kq çiyid R-1, 250 kq amafos, xx.xx.2021-ci il tarixdə 8 kq sondarli, xx.xx.2021-ci il tarixdə 7 kq torpedo, xx.xx.2021-ci il tarixdə 4,500 kq surender, xx.xx.2021-ci il tarixdə 3 kq goldplan, xx.xx.2021-ci il tarixdə 800 kq gübrə azot, xx.xx.2021-ci il tarixdə 3 kq surender, 1.200 kq goldplan, xx.xx.2021-ci il tarixdə 5 lt dfok-ultra, xx.xx.2021-ci il tarixdə 2,5 lt dfok-ultra mallarının verilməsi qeyd edilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1264,60manat, 1270,86 manat, xx.xx.2021-ci il tarixdə 265,62 manat, xx.xx.2021-ci il tarixdə 1250,43 manat, xx.xx.2021-ci il tarxidə 1081,57 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2025-ci il tarixli 3-16-16/2- 4/1451/2025 saylı məlumatı ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə iddia tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilə üzrə borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, cavabdehə müqavilənin icrası ilə bağlı 10138,30 manat məbləğində avans verilmiş, yəni pul vəsaiti köçürülmüş, mal verilmiş və xidmət göstərilmişdir. Cavabdeh isə 5133,08 manat məbləğində 7590.40 kq xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 5005,20 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğdə borcun cavabdehdən iddiaçının xeyirinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək qeyd etmişdir. İddiaçı təşkilatla müqavilə bağlasa da ondan mal almamış, ona hər hansı ximət göstərilməmişdir. Pul vəsaiti isə müqavilənin icrası ilə bağlı onu hesabına köçürülmüşdür. İddiaçı cavabdehin izahatından sonra iddianın əsasını dəyişdirərək cavabdehə hər hansı müqavilə və qanuni əsas olmadan pul vəsaiti köçürüldüyünü, cavabdehin həmin pul vəsaitindən istifadə edərək əsassız varlandığını bildirmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş 4130 manat vəsaitin, həmin vəsaitdən faydalanmağa görə məbləğin 15% həcmində 619,50 manat faizin məbləğinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri olmuşdur. Tələb edilən pul məbləği isə müqavilənin icrası ilə bağlı fermerə köçürülən pul məbləğidir. Pulun köçürülməsi isə işin mübahisəsiz halıdır. Lakin köçürülən pulu tələb edərkən iddiaçı cavabdeh tərəfindən ona təhvil verilən pambıq məhsulunun dəyərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil aktlarına əsasən (həmin aktlar iddiaçı təşkilatın səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmişdir) 5133,08 manat məbləğində pambıq təhvil verilmişdir. Cavabdehin təhvil veridyi pambığın məbləği köçürülmüş pul vəsaitindən çoxdur. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-680/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-680/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver