Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-681/2025 14.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 18113,39 manat məbləğində borcun, 1800,00 manat cərimənin, 5000,00 manat maddi ziyanın və 164,74 manat dövlət rüsumunun, cəmi 25078,13 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-149 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndi ərazisində 31,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 77680,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 110,00 manat məbləğində çöp doğrama, 1550,00 manat məbləğində şum, 767,00 manat məbləğində rotasion mala, 112,00 manat məbləğində kanal çəkmə, 510,00 manat məbləğində çiyid səpini, 828,00 manat məbləğində kultivasiya, 2565,00 manat məbləğində gübrə kultivasiya, 6784,00 manat məbləğində dərman səpini, 6540,00 manat məbləğində pambığın maşınla yığımı, 600,00 manat məbləğindətirə vurma, 30885,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 22424,00 manat məbləğində dərman və gübrə, 3975,00 manat məbləğindəlifsiz çiyid, ümumilikdə, 77650,00 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 74975,74 kq 59536,61 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 18113,39 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaiməvə ödəmətapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq “Alıcı”yatəhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh xx.xx.2023-cü il tarixdən borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 1800,00 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdeh İddiaçı MMC-yə borcu olduğu halda xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirilərkən filiala xəbər vermədən, fəhlə qüvvəsindən istifadə etməklə, xam pambığı əl ilə yığdıraraq başqa müəssisəyə satmiş, sahədə başqa müəssisəyə məxsus MTZ 80X DN-N 09 AB 12 nömrəli traktor və həmin traktora bitişik olan ** TG *** və ** TL *** nömrəli qoşqunun sahədə pambıq yığılaraq daşındığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək filialın direktor müavini X6, filialın ərazi aqronomu X3 və Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam-pambığın “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” ”Alıcı” ya çəkilən xərcin 3(üç) misli həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən cavabdehə təsərrüfat mövsümündə 77680,00 manat məbləğində xərc çəkilməklə, xam pambığı digər şirkətə təhvil verdiyi müəyyən edildiyindən, barəsində 5000,00 manat məbləğində cərimə tətbiq edilməlidir.
III. Tərəflərin mövqeyi
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-149 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndi ərazisində 31,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh iddiaçıdan 77680,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 74975,74 kq 59536,61 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 18113,39 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 1800,00 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdeh İddiaçı MMC-yə borcu olduğu halda xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirilərkən filiala xəbər vermədən, fəhlə qüvvəsindən istifadə etməklə, xam pambığı əl ilə yığdıraraq başqa müəssisəyə satmiş, sahədə başqa müəssisəyə məxsus MTZ 80X DN-N 09 AB 12 nömrəli traktor və həmin traktora bitişik olan ** TG *** və ** TL *** nömrəli qoşqunun sahədə pambıq yığılaraq daşındığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək filialın direktor müavini X6, filialın ərazi aqronomu X3 və Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam-pambığın “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” ”Alıcı” ya çəkilən xərcin 3(üç) misli həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən cavabdehə təsərrüfat mövsümündə 77680,00 manat məbləğində xərc çəkilməklə, xam pambığı digər şirkətə təhvil verdiyi müəyyən edildiyindən, barəsində 5000,00 manat məbləğində cərimə tətbiq edilməlidir. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, əkin vaxtı toxumun çox əkilməməsini bildirsə də, çox əkilmişdir. Nəticədə məhsul sıx olduğu üçün ərazini alaq basmışdır. Şirkət alağı məhv etmək üçün ona dərmanlar versə də, dərmanların xeyri olmamışdır. 1 dəfə alaq təmizlənsə də, sonra yenə alaq əmələ gəlmişdir. O, ilkin pampıq qozalarını götürə bilmədiyi üçün gəlir götürə bilməmişdir. Özü də ziyan elədiyi üçün köməklik olunması barədə xahiş etsə də, güzəşt olmamışdır. Düzdür, o, 77680 manat pul götürmüş və 59536,61 manat dəyərində pambıq təhvil vermişdir. Lakin onun 6 hektar ərazisinə kombayn salıb pambığı yığmaq mümkün olmamışdır. O ki, qaldı pambığı başqa müəssisəyə satmaq məsələsinə, bu doğru deyil. Belə ki, o, pambıq yığılandan sonra icarəyə götürdüyü ərazini geri qaytaranda ərazinin sahibi özü işçi tutaraq ərazidə qalan pambıqları yığmışdır. Şirkət də gəlib pambıq yığılan maşını aparmışdır. Onun bu məsələyə aidiyyatı yoxdur. Əsas borcla bağlı narazılığı olmasa da, cərimə və maddi ziyanla razı deyildir.
IV. Sübutların tədqiqi
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 05/23- 149 nömrəli xam pambığın alğı-satqısına dair müqavilədən görünür ki, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndində yerləşən 31 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur.
7. 04 noyabr 2022-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
8. Aktlardan görünür ki, xx.xx.2023-cü il tarixdə 4,50 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 24,50 ha, xx.xx.2023-cü il tarixdə 14,75 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 14,75 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 20 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 75 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 17 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 29 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 14 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023cü il tarixdə 18 ha, xx.xx.2023-cü il tarixdə 17 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 12 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 25 ha, xx.xx.2023-cü il tarixdə 2 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 20 ha, xx.xx.2023-cü il tarixdə 1,40 ha, xx.xx.2023-cü il tarixdə 7 ha, 20,21,22 2023-cü il tarixlərdə 16,6 ha, xx.xx.2023-cü il tarixdə 4 ha, xx.xx.2023-cü il tarixdə 12 ha və xx.xx.2023-cü il tarixdə 15 ha torpaq sahəsinə müxtəlif işlər görülməsi barədə İddiaçı MMC-nin əməkdaşları və fermer Cavabdeh Hümbət oğlu tərəfindən akta imza edilməklə təsdiq edilmişdir.
9. 04 noyabr 2022-ci il tarixli, PAM00029252 nömrəli ödəniş tapşırığı əsasən 16800 manat, 16 fevral 2023-cü il tarixli, PAM00002012 nömrəli ödəniş tapşırığı əsasən 1500 manat, 14 aprel 2023-cü il tarixli, PAM00004461 nömrəli ödəniş tapşırığı əsasən 915 manat, 08 may 2023-cü il tarixli, PAM00005834 nömrəli ödəniş tapşırığı əsasən 3050 manat, 17 may 2023-cü il tarixli, PAM00007016 nömrəli ödəniş tapşırığı əsasən 1800 manat, 24 may 2023-cü il tarixli, PAM00008404 nömrəli ödəniş tapşırığı əsasən 1550 manat, 31 may 2023-cü il tarixli, PAM00009526 nömrəli ödəniş tapşırığı əsasən 1240 manat, 09 iyun 2023-cü il tarixli, PAM00010384 nömrəli ödəniş tapşırığı əsasən 2480 manat, 26 iyul 2023-cü il tarixli, PAM00012316 nömrəli ödəniş tapşırığı əsasən 1550 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh Hümbət oğlunun hesabına köçürülmüşdür.
10. 05.05.2023-cü il tarixli 059128 nömrəli təhvil-qəbul qəbzinə əsasən 684 manat, xx.xx.2023-cü il tarixli 058568 nömrəli təhvil-qəbul qəbzinə əsasən 3975 manat, xx.xx.2023-cü il tarixli 058569 nömrəli təhvil-qəbul qəbzinə əsasən 7650 manat, xx.xx.2023-cü il tarixli 074629 nömrəli təhvil-qəbul qəbzinə əsasən 585 manat, xx.xx.2023cü il tarixli ******* nömrəli təhvil-qəbul qəbzinə əsasən 702 manat, xx.xx.2023-cü il tarixli 084502 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2023-cü il tarixli 084690 nömrəli təhvil-qəbul qəbzinə əsasən 680 manat, xx.xx.2023-cü il tarixli 059234 nömrəli təhvil-qəbul qəbzinə əsasən 656 manat, xx.xx.2023-cü il tarixli 059586 nömrəli təhvil-qəbul qəbzinə əsasən 270 manat, xx.xx.2023-cü il tarixli 059556 nömrəli təhvil-qəbul qəbzinə əsasən 420 manat, xx.xx.2023-cü il tarixli 074623 nömrəli təhvil-qəbul qəbzinə əsasən 3870 manat, xx.xx.2023-cü il tarixli 074495 nömrəli təhvil-qəbul qəbzinə əsasən 266 manat, xx.xx.2023-cü il tarixli 075307 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1086 manat, xx.xx.2023-cü il tarixli 075310 nömrəli təhvil-qəbul qəbzinə əsasən 140 manat, xx.xx.2023cü il tarixli 075701 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1638 manat, xx.xx.2023-cü il tarixli 075482 nömrəli təhvil-qəbul qəbzinə əsasən 2615 manat, xx.xx.2023-cü il tarixli 084884 nömrəli təhvil-qəbul qəbzinə əsasən 897,60 manat, xx.xx.2023-cü il tarixli 074672 nömrəli təhvil-qəbul qəbzinə əsasən 684 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh mallar təhvil vermişdir.
11. 27.10.2023-cü il tarixli 194 nömrəli malların geri qaytarılması barədə qəbzdən görünür ki, ümumilikdə 897,60 manat məbləğində mal Cavabdeh Hümbət oğlu tərəfindən İddiaçı MMC-yə geri qaytarılmışdır.
12. "P-AQRO” MMC-nin Bərdə filialının direktor müavini X6, “P-AQRO" MMC-nin Bərdə filialının ərazi aqronomu X3 və “P-AQRO" MMC-nin Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, “P- AQRO" MMC-nin Bərdə filialı ilə müqavilə bağlamış Şorəlli kənd sakini Cavabdeh 31 hektar torpaq sahəsinə baxış keçirərkən müəyyən olundu ki, O “P-AQRO" MMC-nin Bərdə filialından xəbərsiz, filiala 19074,90 manat borclu olduğu halda, filiala məxsus olan pambığı əl ilə yığdıraraq başqa bir müəsisəyə satmışdır. Baxış zamanı həmin müəsisəyə məxsus və şəxsi texnikanın (MTZ 80X DN-N ** AB ***, qoşqu ** TG ***, şəxsi istifadədə olan T-28 DN-N ** BA *** qoşqu ** TL ***) eləcədə işçi briqadasının fermerə məxsus pambıq sahəsində olduğu və əl ilə pambıq yığımı aparıldığı tərəflərindən müəyyən edildi. O, da müəyyən edildi ki, bundan əvvəl də sahədən təqribən 3 (üç) tona yaxın əl ilə pambıq yığılaraq qanunsuz olaraq başqa müəsisəyə satılmışdır. Hal-hazırda sahədə 3-4 hektara yaxın birinci yığım pambıq qalmışdır. Sahə çox alalqlı olduğu üçün bir neçə dəfə pabıq yığan kombayn ayrılsa da pambığı yığmaq mümkün olmamışdır. ** TG *** nömrəli qoşquda olan əl yığımı pambıq təhvil verilməsi üçün filialın pambıq məntəqəsinə gətirilmişdir.
13. 18.03.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
14. Cavabdeh Hümbət oğlu tərəfindən İddiaçı MMC-nin direktoru Azər Əlizadəyə ünvanlanmış ərizədən görünür ki, şirkət tərəfindən ümumilikdə 77680 manat xərc çəkilmiş, 59536 manat məbləğində pambıq təhvil verilmiş və 18143 manat borc yaranmışdır. 6 ha torpaq sahəsindən pambıq yığılmamışdır. Səbəb olaraq alağın olması göstərilmişdir.Buna görə də 6 ha sahəsdən pambığın yığılmamasını nəzərə alıb, onun şirkətə olan borcuna köməklik edilməsini xahiş etmişdir.
V. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
19. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh Hümbət oğlu arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndində yerləşən 31 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh Hümbət oğlu öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 18113,39 manat borcu yaranmışdır.
25. Hazırda iddiaçı 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli xam-pambığın alğısatqı müqaviləsi üzrə 18113,39 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
26. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 77650 manat dəyərində cavabdehə işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən 59536,61 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 18113,39 manat borc yaranmışdır.
32. Cavabdeh da həmçinin məhkəmə iclasında verdiyi izahatında 18113,39 manat borc məbləği ilə razı olduğunu bildirmişdir.
33. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli müqavilə üzrə 1800 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Qeyd olunan müqavilənin 2.2.3-cü bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i həcmində, 10%-dən artıq olmamaq şərtilə, cərimə ödəməlidir.
36. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1800 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 905,66 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
c) Alğı-satqı müqaviləsi üzrə maddi ziyanın tutulması tələbi ilə bağlı
37. İddia ərizəsində iddiaçı 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli müqavilə üzrə 5000 manat maddi ziyanın da cavabdehdən tutulmasını xahiş etmişdir.
38. Qeyd olunan müqavilənin 2.2.6-cı bəndinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam pambığın satıcı tərəfindən alıcıya təhvil verilməməsi aşkar olunarsa, satıcı alıcıya çəkilən xərcin 3 misli həcmində cərimə ödəyir.
39. İddiaçı tərəf iddia tələbinin həmin hissəsilə bağlı qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC-yə borcu olduğu halda xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirilərkən filiala xəbər vermədən, fəhlə qüvvəsindən istifadə etməklə, xam pambığı əl ilə yığdıraraq başqa müəssisəyə satmiş, sahədə başqa müəssisəyə məxsus MTZ 80X DN-N 09 AB 12 nömrəli traktor və həmin traktora bitişik olan ** TG *** və ** TL *** nömrəli qoşqunun sahədə pambıq yığılaraq daşındığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək filialın direktor müavini X6, filialın ərazi aqronomu X3 və Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xampambığın “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” ”Alıcı” ya çəkilən xərcin 3(üç) misli həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən cavabdehə təsərrüfat mövsümündə 77680,00 manat məbləğində xərc çəkilməklə, xam pambığı digər şirkətə təhvil verdiyi müəyyən edildiyindən, barəsində 5000,00 manat məbləğində cərimə tətbiq edilməlidir.
40. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, pambıq yığılandan sonra icarəyə götürdüyü ərazini geri qaytaranda ərazinin sahibi özü işçi tutaraq ərazidə qalan pambıqları yığmışdır. Şirkət də gəlib pambıq yığılan maşını aparmışdır. Onun bu məsələyə aidiyyatı yoxdur.
41. Məhkəmə iddiaçı tərəfin dəlillərinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2023cü il tarixdə tərtib edilmiş akt məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərtib edilmiş aktdan görünür ki, akt yalnız İddiaçı MMC-nin işçiləri tərəfindən tərtib edilmiş və akt nə cavabdehə, nə də pambığın başqa şirkətə satıldığı iddia olunan alıcı şirkətin heç bir əməkdaşına imza etdirilməmişdir. Yalnız iddiaçı tərəfin nümayəndələri tərəfindən tərtib olunmuş akt isə inandırıcı hesab olunmur, çünki akta imza edən hər bir şəxsin şirkətin nümayəndəsi olduğundan iddiaçı şirkətin mənafeyi naminə hərəkət etməsi ehtimalı yüksəkdir.
42. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan rədd edilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
43. İddiaçı eləcə də 164,74 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
44. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 164,74 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,06 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 17,68 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.
VII. Məhkəmənin gəldiyi nəticə
48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 18113,39 manat əsas borc, 905,66 manat cərimə borcu olmaqla, cəmi 19019,05 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
49. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 18113,39 manat əsas borc, 905,66 manat cərimə borcu olmaqla, cəmi 19019,05 (on doqquz min on doqquz manat beş qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,06 (bir yüz qırx yeddi manat altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 17,68 (on yeddi manat altmış səkkiz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli