Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-691/2024 06.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi Nümayəndə, ilk iddia üzrə Cavabdeh nümayəndələri X1 və X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı Qələndər oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12018,40 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə torpaq sahəsinin icarəyə götürülməsinə dair Samux rayon notariat ofisində icarə müqaviləsi bağlamışlar. İcarəyə götürdüyü torpaq sahəsində pambıq əkmək niyyətinə düşmüşdür. Bu məqsədlə də o xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə “Xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında” GC-013 nömrəli müqavilə bağlamış, imzalarla və həmin təşkilatın möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə həmin müqaviləni Sərkar bələdiyyəsi də imza və möhürlə təsdiq etmişdir. Müqavilə şərtinə əsasən 10 ha icarəyə götürdüyü torpaq sahəsində öz işçi qüvvəsi, alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini həyata keçirərək xam pambığın əkilib becərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə şərtinə əsasən xam pambıq alıcıya satılacaq və əvəzində satıcı tərəf ona pambığın növünə görə alış qiyməti əsasında dəyərini ödəyəcək. O, icarəyə götürdüyü 10 ha torpaq sahəsində əkilmiş pambığı öz cəlb etdiyi günəmuzd işçi qüvvəsi ilə becərilməsini və bitkilərə aqrotexniki qulluq işini həyata keçirmiş, cavabdeh tərəfindən 10 ha torpaq sahəsində şum, mala və digər kənd təsərrüfatı texnikası ilə görülən işləri yerinə yetirilmişdir. Həmçinin bitki mühafizəsi işini, yəni zərərvericilərə qarşı digər kimyəvi preaparatlardan birlikdə istifadə etmişlər. Nəticədə pambıq bitkisi normal inkişaf etmiş və əldə edilmiş xam pambıq müqavilə şərtinə əsasən cavabdehə satılmışdır. xx.xx.2021-ci il tarixdə GC-013 nömrəli müqavilə ilə icarəyə götürülmüş 10 ha torpaq sahəsində əkilmiş xam pambığın becərilməsinə və yığılmasına 12576 manat pul xərcləmişdir. Digər torpaq sahəsində isə xam pambığı Cavabdeh MMC özü əkmişdir. O, sadəcə olaraq şərtləşməyə görə həmin pambıq sahəsinin işçi qüvvəsi ilə təmin edilməsində əməli köməklik göstərmişdir. Becərmə işlərində iştirak edən işçilər isə işlərinə görə öz əmək haqqlarını almışlar. Bu səbəbdən də, müqavilədən kənar əkilən xam pambığın becərilməsi ilə əlaqədar cavabdehdən heç bir xərc tələb etmir. Müqavilə ilə icarəyə götürülmüş 10 ha əkilmiş pambıq sahəsindən fiziki çəkidə 30570 kq xam pambıq yığılaraq cavabdehə satılmışdır. Cavabdeh ona satılmış xam pambığa görə 19397,50 manat gəlir əldə etmişdir. Müqavilə şərtinə əsasən pambığın satışından əldə edilmiş 19397,50 manat gəlirdən pambığın becərilməsinə cavabdeh tərəfindən çəkilmiş xərcləri, yəni, 12576 manatı çıxdıqda 6821,50 manat gəlir əldə olunur. Bundan əlavə pambıq istehsalı ilə əlaqədar dövlət büdcəsindən istehsal olunmuş xam pambığın 1 kq-na 0,17 manat subdisiya pulu əlavə olunmuşdur. Bununla da istehsal olunmuş 30570 kq pambığa görə əlavə olaraq dövlət büdcəsindən 5196,90 manat subsidiya ödənilmişdir. Cavabdeh həmin subsidiyanı da, özü götürmüş və həmin pulu ona ödəməmişdir. Ona görə də, cavabdehin ona pambıq istehsalı ilə əlaqədar müqavilə şərtinə görə 12018,40 manat ((19397,50 + 5196,90)–12576) pul vəsaiti ödəməlidir. İddiaçı "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qələndər oğlunun "xxxx" MMC-yə qarşı iddiasının rədd edilməsini, cavabdeh İddiaçı Qələndər oğlundan 7548,17 manat əsas borc, müqavilə üzrə hesablanmış 2264,45 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla 9842,62 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Qələndər oğlu "xxxx" MMC-yə xx.xx.2021-ci ildə ərizə ilə müraciət edərək 18 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə istəmişdir. O, bu müraciətə X4 öz mülkiyyətində olan 14 hektar torpaq sahəsinin icarəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə təqdim etmiş, bundan başqa iki əlavə X10 ilə xx.xx.2021-ci il tarixli və X11 ilə xx.xx.2021-ci tarixli torpaq sahəsinin icarəyə götürülməsi haqqında müqavilə təqdim etmişdir. Bundan başqa İddiaçı Qələndər oğlu xx.xx.2021-ci ildə əlavə olaraq 20 hektar torpaq sahəsində xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsi üçün müraciət etmişdir. O, bu müraciətə xx.xx.2021ci ildə X9 ilə bağladığı müqaviləni təqdim etmişdir. Bu müraciətlərin əsasında İddiaçı Qələndər oğlu ilə "xxxx" MMC arasında 38 hektar torpaq sahəsində pambıq əkilməsi haqqında xx.xx.2021-ci il tarixli GC-012 nömrəli müqavilə bağlanmışdır. Alıcı müqaviləyə əsasən özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirməsini, satıcı öz işçi qüvvəsi ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Satıcı 38 hektar torpaq sahəsində pambıq əkərək hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə alıcıya təhvil verməli idi. Alıcı özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək satıcını toxumla, gübrə ilə, zərərvericilərə qarşı dərmanlarla təmin etməli, həmçinin pul vəsaiti verməli idi. "xxxx" MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh İddiaçı Qələndər oğlu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə hesabatlarından görünür ki, "xxxx" MMC cavabdehə 40502,33 manat xərc çəkmiş, bunlardan 14700 manat nağd olaraq pul şəklində Banka ödənilmiş, 14380,33 manat dəyərində toxum, gübrə, kimyəvi peraparatlar verilmiş, 11422 manat dəyərində aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh bütün sahədən 28299,90 manat dəyərində xam pambıq təhvil vermiş, eyni zamanda borcundan 4654,26 manat almadığı subsidiya borcundan ödənilmişdir. Belə olduqda xx.xx.2024-cü ilə onlara olan əsas borcu 7548,17 manat təşkil edir və müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndinə görə cərimə 2264,45 manat təşkil edir. Beləliklə, cavabdehin ümumi borcu 9812,62 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı "xxxx" MMC-yə qarşı iddiasının rədd edilməsi, cavabdeh İddiaçı 5961,29 manat əsas borc, müqavilə üzrə hesablanmış 1788,39 manat cərimə borcu, 30 manat dövlət rüsumu olmaqla cəmi 7779,68 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı izahat verərək bildirdi ki, o cavabdehlə bir ədəd müqavilə bağlamışdır.14 dekabr 2021-ci il tarixli 10 hektar torpaq sahəsi ilə bağlı müqavilə üzrə pulu tələb edir. Həmin sahə onun öz sahəsidir. 38 hektarlıq ərazi üçün o müqavilə bağlamamışdır. 10 hektar ərazi üçün bağladığı müqavilə 38 hektara daxildir. 05 iyun 2022-ci ildə cavabdehin aqronomu ona müqaviləyə qol çəkdirmişdir. Rövşən Yusifovla 14 hektarlıq ərazi üçün müqavilə bağlamışdır. Müqavilələrə o imza çəkmişdir. İlk iddia üzrə İddiaçı daha sonra izahatında göstərdi ki, qarşı tərəfin təqdim etdiyi xidmət aktları, pulun köçürülməsi, avans verilməsi ilə əlaqədar aktlarla razı deyil, qeyd etdikləri onun üzərinə yazılmışdır. 18 hektara müqavilə bağlamış, 6 hektar çıxmamış, 12 hektara görə haqq-hesab aparılmışdır. 18 hektara görə bağlanmış icarə müqaviləsi ilə bağlı hər hansı mübahisəsi yoxdur. 14000 manat pulu qarşı tərəf ona köçürmüşdür. Təhvil verdiyi pambıqla bağlı tərtib edilmiş aktlarla əlaqədar hər hansı narazılığı yoxdur. 20 hektar ərazi ilə bağlı müqavilə bağlanması üçün "xxxx" MMC-yə ünvanlanmış ərizədəki imza, 20 hektar ərazi ilə bağlı 14 dekabr 2022-ci il tarixli icarə müqavilələrindəki imzalar ona məxsus deyildir. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, 20-xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, 04-xx.xx.2023 tarixli xidmət aktarındakı imzalar ona məxsus deyildir. 8614, 8609, 8636, 5525, 5486, 5719, 5689, 5725, 9553 nömrələri ilə bitən qaimə-fakturalardakı imzalar ona məxsus deyildir. 38 hektarla bağlı müqavilədəki imza ona məxsus deyildir. Vergi ilə bağlı məslənin həll edilməsi və pul köçürülməsi məqsədilə müqavilə bağlanmışdır. Həmçinin kartına 1684,87 manat subsidiya pulu köçürülmüşdür. İlk iddia üzrə İddiaçı daha sonra izahatında göstərdi ki, onun 20 hektar sahədən xəbəri yoxdur, 20 hektardan o pambıq təhvil verməmişdir. Digər 18 hektar sahənin birinci üzü noyabrda, ikinci üzü isə dekabrda yığılmışdır. Yanvar ayında o, pambıq təhvil verməmişdir. Şahid özü də həmin sahədə olmadığını təsdiqləmişdir. Yanvar ayında o, pambıq təhvil verməmişdir. 18 hektarın pambığını dekbar ayında təhvil verib bitirmişdir. 30 ton pambıq verməyini cədvəl ilə təsdiq edir. 29576,35 manatlıq pambıq təhvil vermişdir. 3078,40 manatlıq qəbz, 1921,60 manatlıq qəbz, 258,40 manatlıq qəbz, 2895,20 manatlıq qəbz, 3486,40 manatlıq qəbz, 2627,43 manatlıq qəbz, 2156 manatlıq qəbz, 1697,33 manatlıq qəbz və 1276,80 manatlıq qəbz onundur. 2223,69 manatlıq qəbz, 2227,60 manatlıq qəbz, 2159,15 manatlıq qəbz, 1111,51 manatlıq qəbz, 2196,66 manatlıq qəbz, 260,18 manatlıq qəbz onun deyildir. Yanvarda verdiyi pambığı o sahəsində kombayndan tökülən pambığı əl ilə yığdırıb təhvil vermişdir. 30 ton pambığı o 12 hektar sahədən vermişdir. Yanvarda o pambığı əl ilə yığdırıb vermişdir. Yanvarda verilən digər pambığı o verməmişdir. Dekabra qədər verilən və yanvar ayında verilən 2 qəbz ona məxsusdur. Kombayn işləyib qutaran günün sabahı o sahəsindən əl ilə pambıq yığdırmış, pambığı əl ilə yığdırıb, cəmləşdirib daha sonra təhvil vermişdir. Pambıq səpini 05 iyunda həyata keçirilmişdir. 05 iyunda həyata keçirilən səpin ona aidiyyəti olmayan sahədə olmuşdur. O, həmin sənədə ona görə imza çəkmişdir ki, texnikalar həmin sahədə gəlib işlədiyini təsdiq etsin. Qarşı tərəf ondan pambıq əkininə görə onlara kömək etməyini xahiş etmişdir. Aqronomun bildirməsi əsasında 28 hektara dərman səpini edilməsi ilə bağlı sənədə imza çəkmişdir. Yəgin həmin vaxt digər sahədə də dərman səpini həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı 10 hektara görə müqavilə bağlamış və onunla əlaqədar sənədlərə imza çəkmişdir. İcarə müqavilənin sahəsi 14 hektarı keçmir. 1-ci dəfə İddiaçıla 10 hektara görə müqavilə bağlanmışdır. "xxxx" MMC bundan qabaq Şəmistan müəllimlə 20 hektara görə müqavilə bağlamış, lakin pambıq çıxmamışdır. Görülən işlərlə əlaqədar qoyulan pullar da batmışdır. Daha sonra gəlib yay fəslində İddiaçıla müqavilə bağlayaraq İddiaçı onlara kömək etməsini xahiş etmişlər. İddiaçı da onlara bildirmişdir ki, “mən sizin xərclərə və götürəcəyiniz pambığa qarışmıram, yalnız 10 hektar topaqdan çıxan pambığı təhvil verəcəm”. Onlar da bununla razılaşmışdır. Onlar 10 hektara çəkdikləri xərcin hesabını aparırlar. Tələbləri 10 hektarla əlaqədardır. Qarşı tərəf iş aktlarındakı imzaların İddiaçı məxsus olması barədə məhkəməyə sənəd təqdim etməlidir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında həmçinin göstərdi ki, İddiaçı 18 hektar torpaq icarəyə götürmüş, 1 hektarını geri qaytarmış, 17 hektarında əkin aparmış, 5 hektarından çıxış olmamış, 12 hektardan məhsul əldə etmişdir. Müqavilə 12 hektarla bağlı olmuşdur. 20 hektar əraziyə görə başqa şəxslə müqavilə bağlanmışdır. Həmin 20 hektardan məhsul əldə edilməmişdir, təkrar səpin edilən zaman İddiaçı onlara köməklik göstərilməsini xahiş etmişlər və heç bir xərcin ona aidiyyəti olmadığını bildirmişlər. Lakin qarşı tərəf sonradan, çəkilən xərcləri silmək üçün İddiaçı üzərinə yazmışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də müqavilə etibarsızdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahatında həmçinin göstərdi ki, ekspert rəyində hansı imza iddiaçıya məxsusdursa onu qəbul edirlər. Hansı sənədlərdə onların imzası var xərc kimi hesablansın. Subsidiya ilə bağlı 5 ədəd qaimənin pulu, yəni 9911 kq çəki pambıq üçün subsidiya verilmiş qalanı isə verilməmişdir. Subsidiya pulu pambıq verilən təşkilatın hesabına keçirilir, daha sonra onlar da vətəndaşın kartına köçürürlər. Xidmətin göstərilməsi ilə bağlı aktlarda qiymət olmadığından onların təqdim etdikləri cədvəldə olan qiymətlərlə razıdırlar. Səhələrin verilən pambıqları qarışdırılmışdır. İddiaçı aidiyyəti olmayan sahələrlə bağlı sənədlərə çəkilən imzalar qarşı tərəfin istəyi üzrə çəkilmişdir. İddiaçı 11 hektar sahədə pambıq əkib becərmişdir, qarşı tərəflə də 11 hektara görə müqavilə bağlamışdır. İddiaçı ümumi icarəyə götürdüyü torpaq sahəsi təxminən 14 hektardır, yəni qarşı tərəf onunla 14 hektardan çox torpaq sahəsinə müqavilə bağlaya bilməzdi. Qarşı tərəf 20 hektar sahədə əkin aparmış, lakin pambıq bar verməmişdir, iyun ayında yenidən səpin aparmış və İddiaçı kömək etməsini xahiş etmişlər. Ona görə də ekspert rəyində çəkilən xərclərlə əlaqədar sənədlərdə hansındaki İddiaçı imzası öz təsdqini tapmışdırsa həmin xərclər verilən pambığın dəyərindən çıxılsın, qalan pul isə İddiaçı verilsin. Odur ki, iddialarının qeyd etdiyi qaydada təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, eyni tarixdə başqa-başqa müqavilələr bağlanmışdır. 18 hektar üçün iddiaçı ilə müqavilə bağlanılmış, sonra iddiaçı 20 hektar ərazini də becərmək istədiyini bildirmişdir. Müqaviləni bağlamamışdan qabaq qarşı tərəf özünün və ya icarəyə götürdüyü torpaq barəsində sənəd gətirməlidir. İcarəyə götürdüyü halda bu fakt bələdiyyə tərəfindən təsdiq edilməlidir. 10 hektarı təsdiq edən sənəd yoxdur, 18 hektarı təsdiq edən sənədi onlar məhkəməyə təqdim etmişlər. 10 hektara görə bağlanmış müqavilə yoxdur. 2 müqavilə bağlanmışdır, 18 hektara və 20 hektara görə bağlanmış müqavilələr. Onlar da birləşdirilib 38 hektar olmuşdur. Bələdiyyənin sədrinin oğlu, yəni Şəmistan müəllim müqavilə bağlayaraq pambıq əkmişdi, daha sonra İddiaçı ona bildirmişdir ki, Şəmistan müəllim öz torpağını icarəyə verir, lakin qiymətdə aşağı düşmür. Şəmistanın yanına getmiş o isə onlara 10000 manat versəz torpağı icarəyə verəcəyini bildirmişdir. İddiaçı torpağı icarəyə götürdüyünü, lakin çəkilən xərci istəmədiyini bildirmişdir. Onlar köhnə iki müqaviləni birləşdirmişlər. Şəmistanın torpağı 20 hektar idi. 18 hektar və 20 hektara görə bağlanmış müqaviləni birləşdirərək 38 hektara dair müqavilə bağlamışlar. İddiaçı subsidya verilməyib, ancaq subsidiyanın dəyəri onun borcundan çıxılıb. İddiaçı kartına subsidiyanın bir hissəsini köçürmüşlər. 4964,34 manat subsidiya pulunu qarşı tərəfin borcundan silmişlər. Nə qədər məhsulun hansı sahədən yığılması dəqiq müəyyən edilmir. İlk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 daha sonra izahatında göstərdi ki, xidmətlərin göstərilməsi ilə bağlı məhkəməyə təqdim edilmiş aktlardakı məbləğlərlə bağlı narazılığı yoxdur. Həmin məbləğlərlə bağlı cədvəl onlar da olan cədvəllə eynidir. Həmin cədvəli qarşı tərəfə onlar vermişlər. İddiaçı qabaq sahəni əkən şəxsin zavoda vurduğu zərərin haqq-hesabını o həmin şəxslə edə bilər, İddiaçı o həmin zərəri tələb etmir, həmin zərərin İddiaçı aidiyyəti yoxdur. İddiaçı "xxxx" MMC-yə 29576,35 manatlıq pambıq təhvil verdiyini qəbul edir. Ümumu olaraq İddiaçı tərəfindən 29576,35 manatlıq pambıq təhvil verilmişdir. Ona görə də ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 izahat verərək bildirdi ki, İddiaçı tərəfindən təqdim edilmiş GC-13 nömrəli müqavilədən onların məlumatı yoxdur. İddiaçı təqdim etdiyi müqavilənin 1-ci səhifəsi dəyişdirilmişdir. Çünki həmin müqavilənin səhifələrində bir neçə deşik açılmışdır. Müqavilənin arxasındakı imza əsldirsə onların müqavilələrdən götürülmüşdür. İddiaçıla onlar uzun müddət qarşılıqlı fəaliyyət göstərmişlər. Onlara iki müraciət edilmiş, bunun əsasında da 1 müqavilə bağlanmışdır. 38 hektar ərazi ilə əlaqədar bağlanmış müqaviləni tanıyırlar və onun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirlər. 10 hektar ərazi ilə əlaqədar bağlanmış müqaviləni tanımırlar. Onlarda 38 hektarı əhatə edən, qarşı tərəfin bağladığı müqavilələrlə və onlara təqdim etdiyi ərizə, ərizəyə əlavə edilmiş imza nümanələri ilə təsdiq edilmiş torpaq icarə müqavilələri vardır. Məsələ belə olmuşdur ki, qarşı tərəf ilk dəfə 14 dekabr tarixində ərizə ilə müraciət edərək 20 hektar torpaq sahəsinin olduğunu bildirib, 15 dekabr tarixində isə 18 hektar torpaq sahəsi ilə əlaqədar müraciət etmişdir. 18 hektarla bağlı 14 dekabr 2022-ci ildə müqavilə bağlanmışdır, lakin həmin müqavilə ləğv edilmişdir, 15 dekabrda qarşı tərəf əlavə 20 hektar ərazi ilə bağlı sənədləri onlara təqdim etmiş, onlar da 14 dekabr 2022-ci il tarixli müqaviləyə dəyişiklik edərək ümumi olaraq 38 hektara görə müqavilə bağlamışlar. 10 hektarlıq ərazidə əkilən pambığa görə 41000 manat pul verilə bilməz. 1 hektarlıq torpaq sahəsindən 25-26 sentiner məhsul əldə edilməsi rekord həddir və ondan artıq məhsul əldə etmək olmaz. Qarşı tərəf 10 hektara 30 ton məhsul verdiyini iddia edir. 10 hektardan o qədər məhsulun çıxması qeyri mümkündür. O cümlədən 10 hektar torpaq üçün 40000 manat pul ayrıla bilməz. Müqavilədə pambığın kilosu 0,7 manat nəzərdə tutulmuşdur. Onlar isə tonunu 800 manatdan almışlar. İlk iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 həmçinin izahatında göstərdi ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflərindən icarəyə götürülmüş torpaq sahələrinin müqavilələri məhkəməyə təqdim edilmişdir. Müəyyən edilmişdir ki, həmin müqavilələrdəki imzalar İddiaçı məxsusudur. Görülən işlərlərlə bağlı sənədlərdəki imzaların çoxu da İddiaçı məxsusdur. Həmçinin 11 hektardan 37 ton pambığın əldə edilməsi də mümkünsüzdür. 20 hektar torpaq sahəsinə görə bağlanmış icarə müqaviləsindəki imza, 28 hektara dərman səpilməsi, 20 hektara pambıq səpilməsi ilə bağlı sənədlərdəki imzaların İddiaçı olması ekspert rəyində təsdiq edilmişdir. İddiaçı məhkəməni yanıltmağa çalışır, onun hazırlıq iclasında verdiyi izahat sonrakı izahatları ilə üst-üstə düşmür. Əlavə olaraq qarşı tərəf kombayndan sonra əl ilə pambıq yığdırdığını bildirir, lakin pambıq uzun müddət yerdə qala bilməz, ən çoxu 2 gün ərzində o yığılmalı idi. Lakin qarşı tərəf 18 gün sonra pambıq təhvil verdiyini bildirir. Xahiş edir ki, ilk iddia tələbi rədd edilsin, qarşılıqlı iddia tələbi isə təmin edilsin. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı Qələndər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli GC-013 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alqı-satqısı haqqında müqavilədən görünür ki, bu müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 10 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qələndər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alqı-satqısı haqqında müqavilədən görünür ki, bu müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 38 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qələndər oğlunun Cavabdeh MMC-nin direktoru X2 ünvanladığı 15 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, ona 20 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı ilə X9 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən X9 icarə əsasında Sərkar kəndi ərazisində yerləşən və icarədarın mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində istifadə etdiyi 20 ha torpaq sahəsini icarəyə verməyi, icarədar isə icarəyə götürməyi öhdəsinə götürmüşdür. İcarəyəverən icarə əsasında Samux rayonu Sərkar kənd ərazisində yerquruluşu layihə sənədlərində kənd təsərrüfatına yararlı 20 ha torpaq sahəsində pambıq yetişdirmək məqsədilə icarəçiyə 11 ay müddətinə icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4cü bəndinə əsasən icarə haqqı 1 ha hesablanmaqla 50 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə X9 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 20 ha əkinə yararlı torpaq sahəsi 1 il müddətinə, vergilər (torpaq) də daxil olmaqla 1 il üçün hər hektara 50 manat olmaqla cəmi 1000 manat icarə haqqı ödənilmək şərti ilə icarəyə verilmişdir. 10 noyabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 14 ha əkinə yararlı torpaq sahəsi 1 il müddətinə, vergilər (torpaq) də daxil olmaqla 1 il üçün hər hektara 100 manat olmaqla cəmi 14000 manat icarə haqqı ödənilmək şərti ilə icarəyə verilmişdir. İddiaçı ilə X11 arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 1.35 ha əkinə yararlı torpaq sahəsi 1 il müddətinə, vergilər (torpaq) də daxil olmaqla 1 il üçün hər hektara 50 manat olmaqla icarə haqqı ödənilmək şərti ilə icarəyə verilmişdir. İddiaçı ilə X12 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 1.02 ha əkinə yararlı torpaq sahəsi 1 il müddətinə, vergilər (torpaq) də daxil olmaqla 1 il üçün hər hektara 50 manat olmaqla icarə haqqı ödənilmək şərti ilə icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təsdiq edilmiş baxış aktından görünür ki, Samux rayonu, Sərkar kəndində olan 18 ha torpaq sahəsinə baxış keçirilimiş və baxış zamanı həmin torpaq sahəsinin pambıq bitkisinin əkini üçün tam yararlı olduğu müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, 15 iyul 2022ci il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 900 manat məbləğində vəsait bank vasitəsilə köçürülmüşdür. İş materiallarında olan kənd təsərrüfatında göstərilən iş və xidmətlər barəsindəki aktlardan və qiymət cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixlərdə 4 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 160 manat, 9 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 360 manat, xx.xx.2022-ci il tarixdə 2.7 ha pambıq əkin sahəsində şum xidməti üçün 108 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində ağır mala üçün 200 manat, xx.xx.2022-ci il tarixlərdə 17 ha pambıq əkin sahəsində pambıq səpini kübrə ilə 289 manat, 17 ha pambıq əkin sahəsində ağır mala üçün 340 manat, xx.xx.2022-ci il tarixdə 4 ha pambıq əkin sahəsində kultivasiya üçün 64 manat, xx.xx.2022-ci il tarixdə 11.50 ha pambıq əkin sahəsində kultivasiya üçün 184 manat, xx.xx.2022-ci il tarixlərdə 20 ha pambıq əkin sahəsində pambıq səpini üçün 320 manat, 20 ha pambıq əkin sahəsində ağır mala üçün 400 manat, xx.xx.2022-ci il tarixdə 5 ha pambıq əkin sahəsində kultivasiya (şırım) üçün 80 manat, xx.xx.2022-ci il tarixdə 13 ha pambıq əkin sahəsində kultivasiya üçün 208 manat, xx.xx.2022ci il tarixdə 20 ha pambıq əkin sahəsində kultivasiya üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 28 ha pambıq əkin sahəsində dərman səpini üçün 420 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində kultivasiya (şırım) kübrə ilə 204 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində dərman səpini üçün 150 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya üçün 288 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya kübrə ilə 306 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində dərman səpini üçün 180 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində dərman səpini üçün 165 manat, xx.xx.2022-ci il tarixdə 16 ha pambıq əkin sahəsində dərman səpini üçün 240 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində pambıq yığımı (ikinci) üçün 990 manat, xx.xx.2023-cü il tarixdə 18 ha pambıq əkin sahəsində pambıq yığımı üçün 2700 manat dəyərində xidmətlərin göstərilməsi qeyd edilmişdir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli 128614 saylı qaimə-fakturaya əsasən 504 manat, 13 avqust 2022-ci il tarixli 128633 saylı qaimə-fakturaya əsasən 378 manat, 23 iyul 2022-ci il tarixli 128609 saylı qaimə-fakturaya əsasən 2240 manat, 25 iyul 2022-ci il tarixli 128611 saylı qaimə-fakturaya əsasən 160 manat, 04 oktyabr 2022-ci il tarixli 128678 saylı qaimə-fakturaya əsasən 82,40 manat, 03 noyabr 2022-ci il tarixli 128699 saylı qaiməfakturaya əsasən 1791,60 manat, 03 oktyabr 2022-ci il tarixli 128676 saylı qaimə-fakturaya əsasən 535,60 manat, 16 avqust 2022-ci il tarixli 128636 saylı qaimə-fakturaya əsasən 436,80 manat, 15 aprel 2022-ci il tarixli 125525 saylı qaimə-fakturaya əsasən 609 manat, 06 iyun 2022-ci il tarixli 125629 saylı qaimə-fakturaya əsasən 320,25 manat, 05 iyun 2022-ci il tarixli 125620 saylı qaimə-fakturaya əsasən 2412,38 manat, 15 aprel 2022-ci il tarixli 125486 saylı qaimə-fakturaya əsasən 3200 manat, 06 aprel 2022-ci il tarixli 125478 saylı qaiməfakturaya əsasən 2100 manat, 07 iyul 2022-ci il tarixli 125716 saylı qaimə-fakturaya əsasən 1500 manat, 08 iyul 2022-ci il tarixli 125719 saylı qaimə-fakturaya əsasən 378 manat, 30 iyun 2022-ci il tarixli 125689 saylı qaimə-fakturaya əsasən 420 manat, 11 iyun 2022-ci il tarixli 125725 saylı qaimə-fakturaya əsasən 84 manat, 01 iyun 2022-ci il tarixli 125692 saylı qaiməfakturaya əsasən 28 manat, 08 noyabr 2022-ci il tarixli 129553 saylı qaimə-fakturaya əsasən 232,40 manat dəyərində olan mallar təhvil verilmişdir. İş materiallarında olan pambıq qəbul qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 3848 kq-3078,40 manat dəyərində, 2402 kq-1921,60 manat dəyərində, 323 kq-258,40 manat dəyərində, 3619 kq-2895,20 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 4358 kq-3486,40 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 3284,29 kq-2627,43 manat dəyərində, 2695 kq- 2156 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2779,61 kq-2223,69 manat dəyərində, 2784,50 kq-2227,60 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2698,94 kq-2159,15 manat dəyərində, 1389,39 kq-1111,51 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2745,83 kq- 2196,66 manat dəyərində, 325,23 kq-260,18 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2424,75 kq-1697,33 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 1824 kq-1276,80 manat dəyərində, ümumilikdə 37502 kq-29576,35 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli 4/977 nömrəli ekspertiza rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 2-ci cildində olan: Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış 15 dekabr 2021-ci il tarixli 20 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsinə dair ərizədə “İmza” qrqafasındakı imza; həmin ərizəyə əlavə edilmiş imza nümunələrinin 4-cü qrafasında “Fermerin və ya qanuni təmsilçinin imza nümunələri” qrafalarında “1. 2. 3.” rəqəmləri qarşısındakı imzalar (cild 2 i/v 15-16, 6 ədəd); 14 dekabr 2021-ci il tarixli 20 hektar torpaq sahəsində pambıq yetişdirmək məqsədilə bağlanmış icarə müqaviləsində “Tərəflərin imzası” hissəsində “İcarəyə götürən tərəfindən” qrafasından aşağıdakı imza; 14 dekabr 2021-ci il tarixli Torpaq sahəsin (20 hektar) icarəyə verilməsi haqqında müqavilədə ““İcarəçi” tərəfindən” qrafası qarşısındakı imza; xx.xx.2021-ci tarixli xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında GC-012 nömrəli müqavilənin kserosurətində “Fermer” qrafasında “İddiaçı Qələndər oğlu” yazılarından aşağıda yerləşən “İmza:” qrafasında əks olunmuş imza; işin 2-ci cildində olan kənd təsərrüfatında göstərilən iş və xidmətlər haqqında xx.xx.2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində təkrar pambıq səpini) aktında ’’İmzalar:” qrafasında “3. Ocməhob Ə.” əlyazmalası qarşısındakı imza; xx.xx.2022-cii il tarixli (28 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; işin 2-ci cildində olan 15 aprel 2022-ci il tarixli 125525 nömrəli qaimə-fakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 30 iyun 2022-ci il tarixli 125689 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 08 noyabr 2022-ci il tarixli 129553 nömrəli qaimə-fakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələnd oğlu” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, işin 2-ci cildində olan kənd təsərrüfatında göstərilən iş və xidmətlər haqqında xx.xx.2022-ci il tarixli (11,50 ha pambıq əkini sahəsində kultivasiya) aktında “İmzalar:” qrafasında “Ocmahob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində ağır mala) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; 20-xx-xx-2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində kultuvator) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (10 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (18 ha pambıq əkini sahəsində kultuvator, gübrə səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (18 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзиз” əlyazmaları qarşısındakı imza; 04-xx.xx.2023-cü il tarixli (18 ha pambıq əkini sahəsində kombayınla pambıq yığımı İ üz) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; işin 2-ci cildində olan 28 iyul 2022-ci il tarixli 128614 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 23 iyul 2022-ci tarixli 128609 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 16 avqust 2022-ci il tarixli 128636 nömrəli qaiməfakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 15 aprel 2022-ci il tarixli 125486 nömrəli qaimə-fakturada “Təhvil aldım“ qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 08 iyul 2022-ci il tarixli 125719 nömrəli qaiməfakturada “Təhvil aldım” qrafasındakı imza; 11 iyun 2022-ci il tarixli 125725 nömrəli qaiməfakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələndər oğlu yazıları qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri isə 138 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı ünvanladığı 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, EKTİS-ə daxil edilmiş 5 ədəd pambıq qəbulu qəbzi üzrə 2022-ci ildə istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi ümumi 9911 kq (kondisiya çəkisində) pambığa görə hesablanmış 1684,87 manat məhsul subsidiyası kart hesabına ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, 05 iyun tarixində "xxxx" MMC-nin aqronomunun göstərişi ilə Samux rayonunun ərazisində 20 ha sahədə dırmıq işləri görmüşdür. Aqronomun göstərişi əsasında getmiş və həmin sahənin kimə məxsus olması barədə məlumatı olmamışdır. 20 hektar ərazinin hamısını işləmişdir, ərazini özü ölçməmiş və ona verilən məlumata görə 20 hektar olmuşdur. Əvvələr həmin sahəyə pambıq əkilmiş, lakin çıxmamışdır. Əvvəlki pambıq əkinində o iştirak etməmişdir. İş görən zaman Əzizbəyi ərazidə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, fermerlərin tələbi əsasında zavod onları işlərin görülməsi üçün müvafiq ərazilərə göndərir və həmin ərazilərdə işləri yerinə yetirirlər. Aqronomun göstərişi əsasında Samux rayonu Sərkar kəndi ərazisində 20 hektar və təxmini 11 hektar torpaq sahəsində işlər görmüşdür. İşlərin görülmə vaxtı dəqiq yadımda qalmamışdır. Sahə GPS vasitəsilə zavod tərəfindən müəyyən edilir. Aqronomun göstərişi ilə getmiş, 2 sahədə kultivasiya işləri görmüşdür. Sahənin kimə məxsus olması barədə məlumatı olmamışdır. Əzibəyin özü onun özünə və zavoda onun ərazisində işlər görülməsi barədə zəng etmişdir. Əzizbəyin yerində işlər görülmüş və gübrəni tökməyə onlara Əzizbəy vermişdir. Səpin vaxtı yadında qalmamışdır. Həmin sahəyə əvvələr pambıq əkilmiş, lakin pambıq çıxmamışdı. Aktın tərtib edilməsində iştirak etməmişdir. Adətən fermer ərazidə olmayanda akt tərtib edilib idarəyə verilir, sonra fermer özü gəlib imzalayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Samux rayonu, Sərkar kəndi ərazisində aqronomun göstərişi əsasında dərmanlama işləri aparmışdır. Əzizbəyin adı ilə həmin əraziyə gəlmiş və həmin ərazinin ona məxsus olduğunu bilmişdir. Başqa torpaq sahəsində işlər görməmişdir. Əzizbəyin yerinə dərman səpməyə getmişdir və Əzizbəyi də orada görmüşdür. Neçə hektar torpaq sahəsinə dərman səpməyi yadımda qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, kombaynçı kimi İddiaçı sahələrindən pambıq yığmışdır. 12 hektarlıq sahəsindən 2 dəfə, 18 hektarlıq sahəsindən isə 1 dəfə pambıq yığmış, 12 hektar başqa, 18 hektar isə başqa sahə olmuşdur. Təxmini 18 hektardan 20 sentiner, 12 hektardan isə 37-40 sentiner məhsul çıxmışdır. Ona 11 hektar desələr də həmin sahə 12 hektar, 18 hektar dedikləri sahə isə 18 hektardan çox olmuşdur. 2022-ci ilin dekabr ayında 12 hektar sahəni 1 üz yığmış, yanvar ayının 1-i, 2-si, 3ü, 5-i və 6-sı isə 18 hektar sahədən pambıq yığmışdır. Bu sahələr bir-birindən 1 km aralıda yerləşmişdir. Dekabr ayının 1 və ya 2-si ilk dəfə 12 hektardan pambıq yığmış, 1-ci üzü dekabr ayında, 2-ci üzü isə yanvar ayında yığmışdır. Sahələrin yerlərini xatırlasa da, necə bunker pambıq yığdığını xatırlamır. 18 hektarlıq sahədə pambıq zəif olduğuna görə məhsul az olmuş, sadəcə həmin sahənin 5-6 hektarı yaxşı olmuşdur. 18 hektar sahədə pambığın kökləri zəif olmuşdur, kollar sıx olmamışdır. 18 hektarın dərmanlaması və becərilməsi yaxşı olmadığına görə məhsul zəif olmuşdur. Pambığın gec əkilməsi də məhsulunun zəif olmasına təsir edə bilər. 11 hektar deyilsə də sahə 12 hektar olmuşdur. 11 hektarın hər iki üzünü o yığmışdır. 2 sahənin 2-sinin də İddiaçı sahəsi olmasını ona aqronom bildirmişdir. İddiaçı 12 hektarlıq sahədə görmüş, lakin 18 hektarlıq sahəyə aqromla getmişdir, İddiaçı orada görməmişdir. 18 hektarda pambıq zəif olmuşdur. 12 hektarda pambıq biçiləndən sonra zavoda təhvil verilmiş, bu zaman İddiaçı orda olmuş. 18 hektardan da pambıq biçiləndən sonra zavoda təhvil verilmiş, lakin bu zaman İddiaçı orda olmamışdır. 18 hektardan pambıq yığarkən kimsə ona mane olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə ilk öncə onu bildirir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq sonuncu tərəfindən ona avans (pul vəsaiti, mal verildiyi və xidmət göstərildiyi) verildiyi, onun da Cavabdeh MMC-yə pambıq təhvil verdiyi, habelə sonuncunun ona çatası subsidiyanı aldığını və ona borclu qaldığını bildirməklə cavabdehdən 12018,40 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq onun tərəfindən sonuncuya avans (pul vəsaiti, mal verildiyi və xidmət göstərildiyi) verildiyi, İddiaçı onlara verdiyi pambığın dəyərinin çıxılması və ayrılmış subsidiyanın da borcdan çıxılması nəzərə alınmaqla İddiaçı onlara borclu qaldığını bildirməklə 7548,17 manat əsas borc, müqavilə üzrə hesablanmış 2264,45 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla 9842,62 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri, tərəflərin izahatlarını, şahid ifadələrini, ekspertiza rəyini tam, hərtərəfli və obyektiv araşdıraraq qeyd edir ki, İddiaçı ilə X9 arasında 10 noyabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 14 hektar, 14 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar, X11 arasında 17 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,35 hektar, X12 arasında 21 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,02 ha əkinə yararlı torpaq sahəsi İddiaçı tərəfindən icarəyə götürülmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh MMC arasında 14 dekabr 2021-ci il tarixdə bağlanmış GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alqı-satqısı haqqında müqaviləyə əsasən müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 38 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. 38 hektar torpaq sahəsi Samux rayonu Sərkar kəndində yerləşsə də iki ayrı-ayrı sahələrdən ibarət olmuşdur. Cavabdeh MMC tərəfindən fermer İddiaçı hesabına pambığın əkilib-becərilməsi məqsədilə bank vasitəsilə 14700 manat məbləğində vəsait köçürülmüşdür. Həmin köçürülən məbləğlə bağlı tərəflərin heç bir mübahisəsi olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh MMC fermer İddiaçı müqavilə üzrə 14380,33 manat dəyərində mal verdiyini iddia etsə də işdə olan sənədlər, habelə ekspertiza rəyi ilə fermerə verilən malın 9457,83 manat dəyərində olması müəyyən edilir. Belə ki. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 ədəd malın verilməsi haqqında qaimə fakturalardan cəmi 8 ədəd qaimə faktura üzrə (13 avqust 2022-ci il tarixli 128633 saylı qaimə-fakturaya əsasən 378 manat, 03 noyabr 2022-ci il tarixli 128699 saylı qaimə-fakturaya əsasən 1791,60 manat, 03 oktyabr 2022-ci il tarixli 128676 saylı qaimə-fakturaya əsasən 535,60 manat, 06 iyun 2022-ci il tarixli 125629 saylı qaimə-fakturaya əsasən 320,25 manat, 05 iyun 2022-ci il tarixli 125620 saylı qaimə-fakturaya əsasən 2412,38 manat, 06 aprel 2022ci il tarixli 125478 saylı qaimə-fakturaya əsasən 2100 manat, 07 iyul 2022-ci il tarixli 125716 saylı qaimə-fakturaya əsasən 1500 manat, 30 iyun 2022-ci il tarixli 125689 saylı qaiməfakturaya əsasən 420 manat dəyərində) cəmi 9457,83 manat dəyərində malların fermer İddiaçı verilməsi öz təsdiqini tapmışdır. Qalan qaimələrin 6 ədədindən (25 iyul 2022-ci il tarixli 128611 saylı qaimə-fakturaya əsasən 160 manat, 04 oktyabr 2022-ci il tarixli 128678 saylı qaimə-fakturaya əsasən 82,40 manat, 15 aprel 2022-ci il tarixli 125525 saylı qaimə-fakturaya əsasən 609 manat, 11 iyun 2022-ci il tarixli 125725 saylı qaimə-fakturaya əsasən 84 manat, 01 iyun 2022-ci il tarixli 125692 saylı qaimə-fakturaya əsasən 28 manat, 08 noyabr 2022-ci il tarixli 129553 saylı qaimə-fakturaya əsasən 232,40 manat) görünür ki, həmin qaimə fakturalar üzrə mallar Cavabdeh MMC-yə qaytarılmışdır. Digər 5 ədəd qaimə fakturalar (28 iyul 2022-ci il tarixli 128614 saylı qaimə-fakturaya əsasən 504 manat, 23 iyul 2022-ci il tarixli 128609 saylı qaimə-fakturaya əsasən 2240 manat, 16 avqust 2022-ci il tarixli 128636 saylı qaimə-fakturaya əsasən 436,80 manat, 15 aprel 2022-ci il tarixli 125486 saylı qaimə-fakturaya əsasən 3200 manat, 08 iyul 2022-ci il tarixli 125719 saylı qaimə-fakturaya əsasən 378 manat) üzrə isə malın Cavabdeh MMC tərəfindən fermer İddiaçı verilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, iş materialları ilə Cavabdeh MMC tərəfindən fermer İddiaçı yalnız 9457,83 manat dəyərində malların verilməsi təsdiq olunur. Fermerə göstərilən xidmətlərlə bağlı məhkəmə bildirir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə 25 ədəd kənd təsərrüfatında göstərilən iş və xidmətlər barəsindəki aktlar təqdim edilmiş, həmçinin hər iki tərəf məhkəməyə aktlarda göstərilən xidmətlərin qiymətlərini əks etdirən cədvəl təqdim etmişdir. Həmin aktlardan 18 ədəd akt üzrə Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 4886 manat dəyərində xidmətin göstərilməsi öz təsdiqini tapmışdır. Halbuki Cavabdeh MMC 18 ədəd akta istinad edərək fermerə 11422 manat dəyərində xidmət göstərildiyini iddia etmişdir. Belə ki, təqdim edilmiş aktların 18 ədədindən (xx.xx.2022-ci il tarixlərdə 4 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 160 manat, 9 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 360 manat, xx.xx.2022-ci il tarixdə 2.7 ha pambıq əkin sahəsində şum xidməti üçün 108 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində ağır mala üçün 200 manat, xx.xx.2022-ci il tarixlərdə 17 ha pambıq əkin sahəsində pambıq səpini kübrə ilə 289 manat, 17 ha pambıq əkin sahəsində ağır mala üçün 340 manat, xx.xx.2022-ci il tarixdə 4 ha pambıq əkin sahəsində kultivasiya üçün 64 manat, xx.xx.2022-ci il tarixlərdə 20 ha pambıq əkin sahəsində pambıq səpini üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 5 ha pambıq əkin sahəsində kultivasiya (şırım) üçün 80 manat, 19.06 2022-ci il tarixdə 13 ha pambıq əkin sahəsində kultivasiya üçün 208 manat, xx.xx.2022-ci il tarixdə 28 ha pambıq əkin sahəsində dərman səpini üçün 420 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində kultivasiya (şırım) kübrə ilə 204 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya üçün 288 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində dərman səpini üçün 180 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində dərman səpini üçün 165 manat, xx.xx.2022-ci il tarixdə 16 ha pambıq əkin sahəsində dərman səpini üçün 240 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində pambıq yığımı (ikinci) üçün 990 manat) görünür ki, həmin aktlar üzrə fermer İddiaçı Cavabdeh MMC tərəfindən 4886 manat dəyərində xidmət göstərilməsi təsdiq edilir. Digər 7 akt (xx.xx.2022-ci il tarixdə 11.50 ha pambıq əkin sahəsində kultivasiya üçün 184 manat, 20 ha pambıq əkin sahəsində ağır mala üçün 400 manat, xx.xx.2022-ci il tarixdə 20 ha pambıq əkin sahəsində kultivasiya üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində dərman səpini üçün 150 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya kübrə ilə 306 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2023-cü il tarixdə 18 ha pambıq əkin sahəsində pambıq yığımı üçün 2700 manat) üzrə isə xidmətlərin İddiaçı göstərilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən xam pambığın qəbul qəbzlərinə, maliyyə arayışına əsasən qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə 37502 kq çəkidə 29576,35 manat dəyərində pambıq təhvil vermişdir. Həmin çəkidə pambığı təhvil verilməsini İddiaçı həm izahatında, həm də iddia tələbində göstərmiş, Cavabdeh MMC-də həmin çəkidə və həmin məbləğdə pambığın İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verildiyi israrla bildirilmişdir. Həmçinin məhkəmə subsidiya məbləği ilə bağlı bildirir ki, iş materiallarında olan sənədlərlə təhvil verilmiş pambığın hər kiloqramına 0,17 manatdan olmaqla subsidiya müəyyən edilmişdir. 37502 kq çəkidə pambıq üçün 0,17 manatdan hesablanmaqla 6375,34 manat subsidiya məbləği təşkil edir. Həmin məbləğin 1684,87 manatı fermer İddiaçı kartına köçürülmüş, qalan məbləğ 4690,47 manat isə Cavabdeh MMC-yə verilmişdir. Cavabdeh MMC isə onlara verilmiş subsidiya məbləğinin 4654,26 manat təşkil etdiyini və fermerin borcundan silindiyini göstərmişdir. Göründüyü kimi pambıq məhsulunun əkilib becərilməsi üçün Cavabdeh MMC tərəfindən fermer İddiaçı 14700 manat pul vəsaitinin verilməsi, 9457,83 manat dəyərində malın verilməsi, 4886 manat xidmət göstərilməsi, cəmi 29043,83 manat avansın verilməsi iş materialları ilə öz təsdiqini tapır. Fermer İddiaçı Cavabdeh MMC-yə təhvil verdiyi pambığın 29576,35 manat təşkil etməsi və pambıq məhsuluna görə verilən subsidiyanın 4690,47 manatının Cavabdeh MMC-yə verilməsi nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı 5222,99 manat (29576,35 manat - 29043,83 manat = 532,52 manat + 4690,47 manat = 5222,99 manat) borclu qalması müəyyən edilir. Ona görə də ilk iddia qismən təmin edilməli, 5222 manat 99 qəpik məbləğində borc ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddianın qalan hissəsi təmin edilməməlidir. Fermer İddiaçı "xxxx" MMC-yə borcunun olması müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia üzrə iddiaçı iddia tələbində rüsumun tutulmasını istəməmişdir. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 138 manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə yaranmış 5222 (beş min iki yüz iyirmi iki) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc ilk iddia üzrə Cavabdehndən tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci ilk iddia üzrə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X6, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnaz Quliyeva