Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-701/2024 09.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakın ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun (qətnamə icra olunan tarixə dollar ekvivalentinə uyğun olaraq) və 218 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən Cavabdeh zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmişdir. Göstərilən əmlakın Cavabdeh müvəqqəti istifadəsinə verilməsi faktı 5 aprel 2007-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin xx.xx.2018 tarixində üzləşmə aparılmış və nəticədə tərtib olunan üzləşmə aktına əsasən yuxarıda adıçəkilən əmlakın qanunsuz olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehlə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmışdır. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada yuxarıda adıçəkilən əmlakın geri qaytarılması və ya onun dəyərinin ödənilməsi tələb olunsa da, sonuncu əmlakın dəyərini ödəməmiş və əmlakı geri qaytarmamışdır. Odur ki, Cavabdeh qarşı eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 (iyirmi beş min) ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun müəssisəyə ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışlar. Bundan əlavə, Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərəkeni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun 5 gün müddətində qaytarılması tələb edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə tələbi icra etməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilir ki, guya İddiaçı MMC tərəfindən 2007-ci ildə Cavabdeh dondurma saxlamaq üçün motor qrupu verilmiş və guya 2007-ci ildə tərtib edilən üzləşmə aktında bu öz əksini tapmışdır. Mübahisə edilən əmlakın ona verilməsini sübut edən heç bir sənəd iş materiallarına əlavə edilməyib. Çünki belə bir sənəd yoxdur. Hətta belə bir hal baş versə belə, bu iş üzrə iddia müddəti ötürülmüşdür. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Mülki Məcəllənin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil olunmur. Qeyd olunanların nəzərə alınması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizələri təmin olunmuş və qəradad xx.xx.2024-cü il tarixdə icra məmuru Ülvi Quliyev tərəfindən icra olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onu savadsız bir kəs kimi şirkətə dəvət edib, borca imza atdırıblar. 2007-ci ildə qurğunu götürmüşdür. Ancaq onun pulunu 2017-2018-ci illərdə şəxsən ödəmişdir. Şirkətin direktorunun qardaşı Adil Şərifova şəxsən pulu vermişdir. Lakin, bu zaman heç bir sənədləşmə aparılmamışdır. Ali Məhkəməyə təqdim etmişdir ki, ona əsassız borc yazılıb. Soyuducuları qaytarmışdır. Pulu verməsi ilə bağlı rəsmi sənəd yoxdur. 2020-ci il və 2022ci illərdəki üzləşmə aktlarında dondurma saxlamaq üçün motor qrupun adı qeyd edilmir. Pretenziyaya cavab vermişdir ki, onda iddiaçının dondurma aparatı yoxdur. Tam yadında deyil ki, yazılı yoxsa şifahi məlumat vermişdir. 2020 və 2022–ci illərdəki üzləşmə aktlarında imza edilərkən Azər müəllim iştirak etmişdir. Dondurma qrupu həmin aktlarda qeyd edilməyib. O, sənədləri vəkilə vermiş, ona güvənmişdir. 2017-ci ildə 25 min dollar dəyərində pul ödəmişdir. Pulu hissə-hissə ödəmişdir. Axırıncı hissəsini 2018-ci ildə ödədiyi üçün akta qol çəkmişdir. 2020 və 2022-ci illərdəki aktlarda həmin qurğudan söhbət getmir. Məhkəməyə təqdim olunmuş rəhbər E.Şərifovun və mühasibin imzası olan akt saxtadır. Həmin aktda rəhbərlik imza etməyib. O, pulu Adil Şərifova vermişdir. Onlarla arasında heç bir sənədləşmə olmayıb. Onun anbar barəsində heç bir borcu, öhdəliyi yoxdur. 2020 və 2022-ci illərdəki üzləşmə aktlarında anbar qeyd edilmədiyi üçün imza edib, borcu qəbul etmişdir. 39 dondurucunu qaytarmışdır. 27 dondurucunu da deməsinə rəğmən aparmamışlar. Yaddan çıxan bir şey deyil ki, 25 minlik anbarı ora qeyd etməyələr. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sübutlar məhkəmə baxışında o halda qəbul edilir ki, sübut əvvəl onlarda olmamışdır. Bu aktlar ona 2 gündür çatıb. Xahiş edir ki, həmin sənədlər məhkəmə tərəfindən qəbul edilsin. Bir də ki üzləşmə aktı hüquqi sənəd deyil. 2018-ci ildəki akt ancaq baş mühasib tərəfindən imzalanıb, rəhbərlik tərəfindən imzalanmayıb. 2020 və 2022-ci illərdəki üzləşmə aktlarını dünən əldə etmişdir, ona görə də xahiş edir ki, aktları sübut kimi qəbul edilsin. Həm də ki, iddia müddəti ötürülüb. İddia müddətini 10 il götürsək, iddia müddəti keçdiyi üçün iddia təmin edilməməlidir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, baxış iclasının iddiaçını nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli üzləşmə aktından göürünür ki, Cavabdeh iddiaçı şirkətdən dəyəri 25000 dollar olan eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbar verilmiş, bu hal və digər borclar barədə məlumatların qeyd olunduğu akt Cavabdeh imzası ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli üzləşmə aktlndan görünür ki, ümumilikdə iddiaçının Cavabdeh dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupu və mübahisəli 5500 manat pulu olduğu hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-16(115)-11/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcu Cavabdeh istifadəsində olan dəyəri 25000 dollar olan eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbarın üzrərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı 217 manat 90 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı MMC tərəfindən eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmiş, tərəflər arasında olan alqı-satqı əməliyyatları dayandırılmasına rəğmən sözügedən əmlak qanunsuz olaraq Cavabdeh istifadəsindədir. Cavabdeh həmin əmlakın dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübütları məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında ziddiyətli izahat verərək, əvvəlcə borcu 2017-ci ildə ödədiyini, daha sonra hissə-hissə 2018-ci ilədək ödədiyini və buna görə də 2018-ci il tarixli üzləşmə aktında imzası olduğunu qeyd etdiyindən, eyni zamanda ödəniş olunduğunu təsdiq edən sənədi təqdim etmədiyindən sözügedən məbləğdə borcu ödədiyi halı təsdiq olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunsa da, hazırki tələb iddia müddətinin şamil edilmədiyi tələblər sırasındadır. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyi tələbdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1 ədəd eni 4 metr, uzunluğu 11 metr, hündürlüyü 2.8 metr olan dondurma saxlamaq üçün anbar (motor qrupu) və ya onun dəyəri olan 25000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 218 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 ədəd eni 4 metr, uzunluğu 11 metr, hündürlüyü 2.8 metr olan dondurma saxlamaq üçün anbar (motor qrupu) və ya onun dəyəri olan 25000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 218 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-701/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-701/2024
09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver