Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-71/2025 11.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış 12745 manat 35 qəpik məbləğində borc, ödənilmiş 132 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 1250 manat xidmət haqqı olmaqla, cəmi 14127 manat 35 qəpik məbləğində pulun iddiaçı “Epidbiomed MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil məhkəməyə ayrıayrılıqda ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qanunvericiliyin tələblərinin onlara aydın olduğunu, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdirlər. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş İddiaçı direktoru X1 və Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Tərəflər təsdiq edir ki, malların alğı-satqısından Cavabdeh qalıq borc məbləği 9970 manat 85 qəpik təşkil edir.
2. Cavabdeh 3 ay ərzində borc məbləğinin 1100 manat hissəsini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.
3. Qalıq borc məbləği isə Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinə verilmiş mallar üzrə yaranmışdır. Cavabdeh həmin pul vəsaitlərini 7 ay ərzində İddiaçı MMC-yə ödəyəməyi öhdəsinə götürür.
4. Cavabdeh 1 həftə ərzində Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinin siyahısını təqdim edəcək.
5. Tərəflər razılığa gəlir ki, Gəncə Kommersiya Məhkəməsindəki e-2-2(115)- 71/2025 saylı işi barışıq yolu ilə bitirsinlər. Məhkəmə barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191.2-1, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı direktoru X1 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər təsdiq edir ki, malların alğı-satqısından Cavabdeh qalıq borc məbləği 9970 manat 85 qəpik təşkil edir.
2. Cavabdeh 3 ay ərzində borc məbləğinin 1100 manat hissəsini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.
3. Qalıq borc məbləği isə Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinə verilmiş mallar üzrə yaranmışdır. Cavabdeh həmin pul vəsaitlərini 7 ay ərzində İddiaçı MMC-yə ödəyəməyi öhdəsinə götürür.
4. Cavabdeh 1 həftə ərzində Yevlax, Goranboy, Şəmkir rayonları və Gəncə şəhərində yerləşən baytarlıq apteklərinin siyahısını təqdim edəcək. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Məmmədov