Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-72/2022 11.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsinin X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh arasında bağlanmış 15.02.2019-cu il tarixli, “X4 İstehsalinin Stimullaşdirilmasi üzrə Xidmət və Satınalma müqavilə” nə əsasən cavabdeh 2 (iki) hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 70 ton X4 istehsal edib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 1 312.50 (bir min üç yüz on iki manat əlli qəpik) azn məbləğində mal və xidmət satılmaqla və 613 (altı yüz on üç) azn pul vəsaiti avans olaraq cavabdehin kart hesabına köçürülməklə toplam 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat dəyərində xərc çəkilmişdir, cavabdeh tərəfindən bu günədək İddiaçı MMC –yə çuğundur məhsulu təhvil verilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat dəyərində borcunuz qalmışdır.Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır.Həmin borc (aqrotexniki xidmət ,toxum, gübrə,bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tutulacaqdır. Cavabdeh ümumilikdə 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində borclanmışdır.Cavabdeh tərəfindən iddiaçıya məhsul təhvil verilməmişdir.Nəticədə cavabdehin "xxxx" MMC-yə 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya şurasına müraciət edilmişdir.Mediasiya şurasının təyin etdiyi mediator (VÖEN **********) X2 tərəfindən cavabdehə poçt vasitəsi ilə bildiriş göndərilərək mediasiya sessiyasının tarixi və yeri barədə məlumatlandırılmış və bundan başqa cavabdeh mediator tərəfindən telefon vasitəsi ilə əlaqə saxlanmaqla 25.08.2021-ci il tarixdə keçiriləcək mediasiya sesiyasına dəvət edilmişdir. Lakin cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməməsi səbəbi ilə arayış tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 15.02.2019 -cu il tarixli “X4 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi” nin surətindən görünür ki, İddiaçı MMC cavabdehin icarəyə götürdüyü 2 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər madditexniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahdən 35 ton az olmayaraq 70 ton məhsul əldə etməyi və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 1 312.50 (bir min üç yüz on iki manat əlli qəpik) azn məbləğində mal və xidmət satılmışdır. İş materiallarında olan ödəniş sənədindən görünür ki, iddiaçı 613 (altı yüz on üç) manat məbləğində pulu avans şəklində cavabdehin kart hesabına köçürtməklə toplam 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat dəyərində xərc çəkmişdir. İş materialları ilə sübut olunur ki cavabbdeh tərəfindən iddiaçıya o ( sıfır) manat dəyərində şəkər çuğunduru təhvil verilmişdir. 25 may 2021-ci il tarixli, REF : 199/ 21 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. 21 may 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 21.05.2021-ci il tarixə 1, 925.50 manat borcu yaranmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 15.02.2019cu il tarixli X4 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehin icarəyə götürdüyü 2 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahdən 35 tondan az olmayaraq 70 ton məhsul əldə etməyi və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür, alıcı isə müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh borcun mövcudluğunu istisna edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat dəyərində pul və xidmət almış, lakin öhdəliklərini icra etməyərək, aldığı borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1 925.50 (bir min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1925,50 (min doqquz yüz iyirmi beş manat əlli qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-72/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-72/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver