Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-738/2021 26.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc olaraq 119 621,12 manat, gecikmə tarixlərinə görə hər gün üçün yaranan cərimə məbləği cəmi 44 259 manat, ümumilikdə 163 880,12 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək 109 091,12 manat əsas borcun və 3818 manat cərimə borcunun, ümumilikdə 112 909,12 manat borcun və ödənilmiş 30 manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 07.12.2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında 57/2018 nömrəli mal alğı-satqısı müqaviləsi və 11.01.2019-cu il tarixdə 02/2019 saylı avadanlıqların alğı-satqısı müqavilələri bağlanmışdır.Bağlanmış müqaviləyə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 119 621,12 manat borcu iddiaçıya ödəməmişdir. Bununla bağlı dəfələrlə xəbərdar edilsə də cavabdeh borcu ödəməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Salman oğlu 08 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 08 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək borc üzrə ödənişlər edildiyini bildirmişdir. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək hazırkı iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 11 yanvar 2019-cu il tarixli 02/2019 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində İddiaçıMMC razılaşdırılmış malları alıcı qismində çıxış edən Cavabdeh MMC-yə ödəməyi, alıcı isə öz növbəsində malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 11 yanvar 2021-ci il tarixli SK/01M/2021 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclu yaranmış borcla bağlı xəbərdar edilmişdir. İşə əlavə edilmiş elektron qaimələrdən görünür ki, razılaşdırılmış mallar cavabdehə verilmiş və malların dəyərindən 119 621,12 manat hissədə ödəniş edilməlidir. Bu hal elektron qaimələrdə də öz əksini tapmışdır. Həmçinin cavabdeh tərəf iddia tələbini etiraf etmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflərin arasında alğı-satqı müqaviləsi imzalanmış, hazırki iş üzrə iddiaçı satıcı olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh alıcı olaraq isə bunun əvəzinə müəyyən olunmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 109.091,12 (bir yüz doqquz min doxsan bir manat on iki qəpik) manat borc, 818 (səkkiz yüz on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 109 909,12 (bir yüz doqquz min doqquz yüz doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı „SİKA“ MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən 109.091,12 (bir yüz doqquz min doxsan bir manat on iki qəpik) manat borc, 818 (səkkiz yüz on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 109 909,12 (bir yüz doqquz min doqquz yüz doqquz manat on iki qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-738/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-738/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver