Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-743/2025 09.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9686,16 manat borcunun, 116,86 manat dövlət rüsumunun cəmi 9803,02 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli məhsulların alğı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alğısatqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” (qeyriqida məhsulları) alınsa da, həmin “Mallar”ın cəmi 9686,16 manat dəyərində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cababdehə: 734402 saylı, xx.xx.2024-cü il tarixli; 852759 saylı, xx.xx.2024-cü il tarixli; 852760 saylı, xx.xx.2024-cü il tarixli; 870724 saylı, xx.xx.2024-cü il tarixli; 870725 saylı, xx.xx.2024-cü il tarixli; 192317 saylı, xx.xx.2024-cü il tarixli; 192318 saylı, xx.xx.2024-cü il tarixli; 192319 saylı, xx.xx.2024-cü il tarixli; 192320 saylı, xx.xx.2024-cü il tarixli; 217519 saylı, xx.xx.2024-cü il tarixli; 617326 saylı, xx.xx.2024-cü il tarixli; 10926900 saylı, xx.xx.2024-cü il tarixli; 10926902 saylı, xx.xx.2024-cü il tarixli; 10926904 saylı, xx.xx.2024-cü il tarixli; 10926908 saylı, xx.xx.2024-cü il tarixli; 10926911 saylı, xx.xx.2024-cü il tarixli; 10926914 saylı, xx.xx.2024-cü il tarixli; 10926917 saylı, xx.xx.2024-cü il tarixli; 10926920 saylı, xx.xx.2024-cü il tarixli; 10926924 saylı, xx.xx.2024cü il tarixli; 12389103 saylı, xx.xx.2024-cü il tarixli; 12395190 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Borcun olması ilə bağlı qeyd olunanları “Tərəflər” arasında imzalanmış 29 dekabr 2024-cü il tarixli “X1” da bir daha təsdiq edir. Bununla bağlı dəfələrlə nümayəndələri vasitəsilə cababdeh Cavabdeh ilə əlaqə saxlanılmış, daha sonra xx.xx.2025-ci il tarixində cavabdehin elekton kabinetinə pretenziya məktubu ilə müraciət edilərək qalan borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir.
3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. 08 yanvar 2024-cü il tarixli “Məhsulların alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh müxtəlif çeşidli məhsulları satmaqla mülkiyyətinə verməyi, alıcı isə müqaviləyə əsasən həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istfadəsində və nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür.
6. Tərəflər arasında imzalanmış 29 dekabr 2024-cü il tarixli X1ndan görünür ki, Cavabdeh 29 dekabr 2024-cü il tarixinə 10003,08 manat borcu olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
7. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli 734402 nömrəli qaimə üzrə 1124,65 manat, xx.xx.2024-cü il tarixli 852759 nömrəli qaimə üzrə 691,88 manat, xx.xx.2024-cü il tarixli 852760 nömrəli qaimə üzrə 3105,48 manat, xx.xx.2024-cü il tarixli 870724 nömrəli qaimə üzrə 168,95 manat, xx.xx.2024-cü il tarixli 870725 nömrəli qaimə üzrə 149,23 manat, xx.xx.2024-cü il tarixli 192317 nömrəli qaimə üzrə 879,87 manat, xx.xx.2024-cü il tarixli 192318 nömrəli qaimə üzrə 320,77 manat, xx.xx.2024-cü il tarixli 192319 nömrəli qaimə üzrə 210,15 manat, xx.xx.2024-cü il tarixli 192320 nömrəli qaimə üzrə 50,61 manat, xx.xx.2024-cü il tarixli 217519 nömrəli qaimə üzrə 21,54 manat, xx.xx.2024-cü il tarixli 617326 nömrəli qaimə üzrə 3866,74 manat, xx.xx.2024-cü il tarixli 10926900 nömrəli qaimə üzrə 23.7888 manat, xx.xx.2024-cü il tarixli 10926902 nömrəli qaimə üzrə 30.6918 manat, xx.xx.2024-cü il tarixli 10926904 nömrəli qaimə üzrə 41.9962 manat, xx.xx.2024-cü il tarixli 10926908 nömrəli qaimə üzrə 21.004 manat, xx.xx.2024-cü il tarixli 10926911 nömrəli qaimə üzrə 666.995 manat, xx.xx.2024-cü il tarixli 10926914 nömrəli qaimə üzrə 927.8222 manat, xx.xx.2024-cü il tarixli 10926917 nömrəli qaimə üzrə 190.7588 manat, xx.xx.2024-cü il tarixli 10926900 nömrəli qaimə üzrə 23.7888 manat, xx.xx.2024-cü il tarixli 10926920 nömrəli qaimə üzrə 93.8926 manat, xx.xx.2024-cü il tarixli 10926924 nömrəli qaimə üzrə 89.5974 manat, xx.xx.2024-cü il tarixli 12389103 nömrəli qaimə üzrə 82.1988 manat, xx.xx.2024-cü il tarixli 12395190 nömrəli qaimə üzrə 607.7118 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
8. 18 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 3866,71 manat, 18 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 1.124,68 manat, 19 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 691,91 manat, 19 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 3105,50 manat, 20 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 168,95 manat, 20 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 141,26 manat, 29 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 879,88 manat, 29 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 320,77 manat, 29 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 210,15 manat, 29 mart 2024cü il tarixli malların təhvil-qəbul aktına əsasən 50,61 manat, 29 mart 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 21,55 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 23,79 manat, 15 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 30,69 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 42 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 21 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 666,98 manat, 15 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 927,82 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 190,79 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 93,90 manat, 16 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 89,60 manat, 25 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 82,20 manat, 26 noyabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 607,73 manat məbləğində mallar Cavabdeh tərəfindən qəbul edilmişdir.
9. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, borc məbləğinin 7 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 08 yanvar 2024-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı müxtəlif çeşidli məhsulları satmaqla mülkiyyətinə verməyi, alıcı isə müqaviləyə əsasən həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istfadəsində və nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 9686,16 manat borcu yaranmışdır.
15. Hazırda iddiaçı 08 yanvar 2024-cü alğı-satqı müqaviləsi üzrə 9686,16 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
19. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmiş, 29 dekabr 2024-cü il tarixli X1na əsasən Cavabdeh 29 dekabr 2024-cü il tarixinə 10003,08 manat borcu olması hər iki tərəfin imzası ilə təsdiq edilmiş, lakin sonradan ödənişlər olduğu üçün cavabdehin 9686,16 manat borcu qalmışdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
23. İddiaçı eləcə də 116,86 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
24. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 117,60 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116,86 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli məhsulların alğı-satqı müqaviləsinə əsasən 9686,16 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli məhsulların alğısatqı müqaviləsinə əsasən 9686,16 (doqquz min altı yüz səksən altı manat on altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116,86 (bir yüz on altı manat səksən altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli