Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-745/2025 12.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin geri qaytarılması və borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2023-cü il tarixli BAKU1-79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsinə хitam vеrilməsi, cavabdеh Cavabdeh iddiaçının хеyrinə 1611,17 manat cari əsas borc, 1285,74 manat cari faiz borcu və 1162,49 manat dəbbə borcu, lizinq dəyərinin artırılmış hissəsi olan 1366,21 manat və 500 manat komissiya haqqı, cəmi isə 5925,61 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 79,26 manat dövlət rüsumunun alınması, Cavabdeh istifadəsində olan sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin BB № 497595 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2023-cü il tarixli BAKU1-79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən sonuncunun istifadəsinə sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin BB № 497595 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 31034,34 manat, onlardan 15000 manat lizinqin məbləği, 7500 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 21 noyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində cavabdeh tərəfindən aylıq 654 manat ödənilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 12 fevral 2025-ci il tarixinədək ödənilməsi nəzərdə tutulan 1611,17 manat cari əsas borc, 1285,74 manat cari faiz borcu və 1162,49 manat dəbbə borcunu, cəmi isə 4059,4 manat lizinq borcunu və 543 manat sığorta haqqını ödəməmişdir. Daxili maliyyə lizinqi müqaviləsinin 9.1.8-ci maddəsinə əsasən lizinq verən bu müqavilə üzrə ödənişlər 5 gündən artıq gecikdirildikdə lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda lizinq verən 500 manat komissiya haqqı ödənilməsini tələb edə bilər. Həmçinin həmin müqavilənin 9.1.4-cü müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən lizinq ödənişlərinin qrafiki pozulduğu halda lizinqin dəyərini 10% həcmində artıra bilər. xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borcu 12376,41 manat, faiz borcu 1285,74 manat olduğuna görə, lizinq dəyəri 13662,15 manat təşkil edir. Lizinq dəyərinin 10% bu halda 1366,21 manat təşkil edir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq 21 noyabr 2023-cü il tarixli BAKU1-79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsinə хitam vеrilməsi, cavabdеh Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti хеyrinə 2738,37 manat cari əsas borc, 2054,69 manat cari faiz borcu və 1132 manat dəbbə borcu cəmi isə 5925,06 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 79,26 manat dövlət rüsumunun alınması, Cavabdeh istifadəsində olan sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsinin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin BB № 497595 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq borcunun və lizinq obyektinin alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş əksinə gecikmə müddəti 210 təqvim günü olmuşdur. Bu müddətdə müqavilə qüvvədə olduğuna görə 21 aprel 2025-ci il tarixinədək ödənilməsi nəzərdə tutulan 2738,37 manat cari əsas borc, 2054,69 manat cari faiz borcu və 2554,81 manat dəbbə borcu, cəmi isə 7347,87 manat borcu yaranmış və ödanilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, cavabdehlə iddiaçı arasında 21 noyabr 2023-cü ildə daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən avtomobil əldə edilərək cavabdehin istifadəsinə verilmişdir. Müqavilədə müəyyən edilmişdir ki, aylıq ödənişlər bitdikdən sonra avtomobil Cavabdeh mülkiyyətinə keçəcəkdir. Müqavilənin ümumui məbləği 31034,34 manatdır, onun 15000 manat lizinq məbləğidir, 7500 manat avansı isə Cavabdeh ödəmişdir. 8534,34 manat isə lizinq verənin mükafatıdır. Qeyd edilən pul ödəniş qrafikində nəzərdə tutulmuşdur. Maliyyə arayışının tərtib edildiyi tarixə əsas və faiz məbləğini istəyirlər. Lizinq dəyərinin artırılması onların müqavilə üzrə hüquqlarıdır. Komissiya haqqı avtomobilin tapılıb gətirilməsi ilə bağlı çəkilən xərcdir. Avtomobil cavabdehdədir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 79154-23923 saylı daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı öz mülkiyyərinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 31034,34 manat, lizinq verənin mükafatı 8534,34 manat, avans məbləği 7500 manat, lizinqin məbləği 15000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 19.1-ci lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan lizinq obyektindən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edir və onun və ya satıcı tərəfindən lizinq obyektinin hər hansı hissəsi və/və ya detalı dəyişdirildikdə, onlar lizinq obyektinin tərkib hissəsini təşkil edir və lizinq verənin mülkiyyətinə keçir. Belə dəyişdirmələr lizinq obyektinin yaxşılaşdırmaları hesab edilmir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, 1 ədəd sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alana xx.xx.2023-cü il tarixdə verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 654 manat ödəniş olmaqla 23534,34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, lizinq alan Cavabdeh əsas borc üzrə 2623,59 manat, faiz borcu üzrə 3960,62 manat, dəbbə pulu üzrə 168,40 manat olmaqla cəmi 6752,61 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsi “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21 noyabr 2023-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müaviləyə əsasən 1 ədəd sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il BMW 740Li Minik markalı nəqliyyat vasitəsi Cavabdeh həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 654 manat ödəniş olmaqla 23534,34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi lizinq verən müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lizinq alan isə öhdəliklərini yerinə yetirməmiş, nəqliyyat vasitələrindən istifadə etdiyi müddətə onun lizinq verənə 2738 manat 37 qəpik əsas və 2054 manat 69 qəpik faiz borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış əsas borc və faiz borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq verən lizinq obyektini lizinq verənin sahiblik və istifadəsinə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc, faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1132 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən lizinq ödənişlərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada tam deyil, 21 aprel 2025-ci il tarixinədək tələb etdiyindən cavabdehin sahiblik və istifadəsinə verilmiş lizinq obyektinin də iddiaçıya qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı lizinq müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müqavilədən imtina barədə iradə ifadəsi xx.xx.2024-cü il tarixdə bildirmişdir. Həmin vaxtdan da müqaviləyə xitam verildiyindən lizinq müqaviləsinə xitam verilməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia qismən təmin edilməli, TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin mülkiyyətində olan Sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il, BMW 740Li Minik markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçiyə qaytarılmalı, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə yaranmış 2738 manat 37 qəpik əsas borc, 2054 manat 69 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi 4893 manat 06 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 79,60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 68,93 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Sedan tipli, ban WBAKB41030C424860, M.İ.H. 2979 sm3, ağ rəngli, buraxılış ili 2010-cu il, BMW 740Li Minik markalı, ** YC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli BAKU 1-79154-23923 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 2738 manat 37 qəpik əsas borc, 2054 manat 69 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla cəmi 4893 (dörd min səkkiz yüz doxsan üç) manat 06 (altı) qəpik borc, ödənilmiş 68 (altmış səkkiz) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-745/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-745/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver