Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-75/2024 31.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi X1 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı texnikaların saz və işlək vəziyyətdə alınaraq geri qaytarılması və pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı (üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin) qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ("xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 352-L/15 nömrəli lizinq müqaviləsinə əsasən onun mülkiyyətində olan NEW HOLLAND TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktorun və AG-MP 14-S markalı 5 gövdəli 1 ədəd kotanın Cavabdeh saz və işlək vəziyyətdə alınaraq geri qaytarılması barədə, mediasiya prosesi üçün ödənilmiş 100 manat pulun, 10000 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC ("xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 352-L/15 nömrəli lizinq müqaviləsinə əsasən texnikanın dəyərinin bir hissəsinin əvvəlcədən, qalan hissəsini isə lizinq müqaviləsinin tərkib hissəsi olan illik ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə 2015-ci ildə "xxxx" ASC-dən kənd təsərrüfatlı təyinatlı 46480 manat dəyərində olan yeni model NEW HOLLAND TD5-110 markalı təzə traktor götürmüşdür. Qrafik cədvəli üzrə 20% ödəniş etdiyi üçün lizinq müqaviləsində dəyişiklik edilmiş və texnikanın ümumi dəyərinə 40% güzəşt tətbiq edilmişdir. 2016-cı ildə səhhəti pisləşmiş, sağlamlığında ağılaşmalar yaranmışdır. Bu səbəbdən də o 2017-ci ildə Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə burun boşluğunun angiofibroması D10.6 diaqnozu ilə cərrahi əməliyyat üçün stasionar müalicəyə yerləşdirilmişdir. Buna qədər isə cavabdehin Saatlı rayonunun Qazanbatan kəndində yaşayan İslam adlı qohumu onun yaşadığı evə gələrək lizinq müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş NEW HOLLAND TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı traktoru və 2 ədəd kotanı lizinq müqaviləsinin tərkib hissəsi olan illik ödəniş cədvəli üzrə və Cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilməsi şərti ilə cavabdehin xahişi ilə onun icarəsinə verilməsini xahiş etmişdir. Qarşılıqlı razılaşma şərtlərinə əsasən cavabdehin müqavilə şərtlərinə vaxtı vaxtında əməl və icra edəcəyinə inanıb onunla razılaşmış və qeyd olunan texnikaları saz və işlək vəziyyətdə cavabdehə icarə üçün təhvil vermişdir. Həmin vaxtdan bu günə kimi ona məxsus olan texnikalar cavabdehin istifadəsində olub. X3 Məhkəməsi tərəfindən ona xx.xx.2022-ci il tarixli 2-2(121)-3209/2022 saylı məhkəmə bildirişi və həmin bildirişlə 13728,99 manat pul tələbi ilə bağlı iddia ərizəsi göndərilən zaman ona məlum olub ki, cavabdeh ondan icarəyə götürdüyü təzə NEW HOLLAND TD5-110 markalı traktora və kotana görə qrafik cədvəli üzrə illik ödənişləri etmədiyi üçün əsas borcla gecikdirilmiş borc birgə hesablanmaqla onun 13728,99 manat borcu yaranmışdır. Borcun yaranmasınada səbəbkar cavabdeh özü olmuşdur. Belə ki o, şərtlərə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, texnikanı istədiyi kimi istifadə etmiş və etməkdə davam etmiş, özü üçün pul qazanmış və illər üzrə ödənişlər etməmişdir. Hal-hazırda da onun adına rəsmiləşdirilmiş texnikalar və kotan cavabdehin qanunsuz istifadəsindədir. Dəfələrlə texnikaların saz və işlək vəziyyətdə geri qaytarılmasını və yaratdığı borcu ödəməyi tələb etsə də cavabdeh könüllü olaraq qanuni tələbini icra etməmiş və rədd cavabı vermişdir. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən ona külli miqdarda ziyan dəymişdir, onun rəsmi adına olan texnikada cavabdeh tərəfindən hələ də qanunsuz istismar və istifadə olunur, həmin texnika ilə özü üçün pul qazanır. Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-2(121)- 225/2023 saylı qətnaməsinə əsasən 8768 manat məbləğində pulun ondan alınaraq Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) ödənilməsi qət edilmişdir. Qeyd olunan borclar məhz ona məxsus olan texnikaların cavabdeh tərəfindən istifadə olunarkən qarşılıqlı razılaşma şərtlərini pozması və vaxtında ödəniş etmədiyi səbəbindən yaranmışdır. Hazırki iddia tələbinə qədər cavabdehin təqsiri səbəbindən ona xeyli miqdarda maddi ziyan dəymişdir. Həmin maddi ziyan məhkəmələrdə iddia tələblərinə görə çəkilən xərclər, zəruri və sair xərclərdən ibarətdir. Belə ki, ilk olaraq Şəmkir Rayon Məhkəməsində cavabdehə qarşı eyni tələb üzrə iddia qaldırmış və iddia tələbini qimyətləndirməklə bank vasitəsi ilə 108 manat dövlət rüsumu ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1571/2023 saylı qərardadı ilə iddia tələbi geri qaytarılmışdır. Bundan sonra yurisdiksiya baxımından eyni iddia tələbi üzrə Şirvan Kommersiya Məhkəməsində iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbini qiymətləndirməklə 110 manat dövlət rüsumu ödəmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(121)-1347/2023 saylı qərardadı ilə ərizə geri qaytarıldı və aidiyyatı üzrə müraciət edilməsi bildirildi. Belə ki, cavabdeh Şəmkir rayon sakini olduğu üçün o iddia tələbi üzrə Gəncə Kommersiya Məhkəməsinə müraciət etməlidir. Bundan sonra cavabdehə qarşı hazırki iddia tələbi üzrə Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmış və 200 manat dövlət rüsumu ödəmişdir. İddia tələbinin dəqiqləşdirilməməsi səbəbindən Gəncə Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə iddia ərizəsi ona geri qaytarıldı. Bu ərəfələrdə o 3 dəfə Gənca Kommersiya Məhkəməsinə Məhkəməsinə iclasına getməyə məcbur olmuş və buna görə xeyli miqdarda yol və digər zəruri xərclər sərf etmişdir. Hazırki iddia tələbinə dair o ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞS/MT 023/2023-02324 saylı arayış almışdır. Mediasiya təşkilatı tərəfindən arayış təqdim olunarkən iddia tələbi qiymətləndirilməklə 100 manat mediasiya və 20 manat məbləğində (cəmi 120 manat) dövlət rüsumu ödəmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş pul borcu ilə onun tərəfdən iddia tələblərinə çəkilən xərclər ümumilikdə 10000 manatdan çox təşkil edir. Texnikalarla birlikdə həmin pulun ödənilməsini cavabdehdən tələb etsə də birmənalı olaraq rədd cavabı almışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 13398 manat məbləğində pulun və ödənilmiş 131 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə İddiaçı bir ədəd traktor və bir ədəd kotan almışdır. Həmin vaxt İddiaçı 4700 manat məbləğində pul ödəmişdir. Bundan sonra İddiaçı traktoru və kotanı ona satması barədə "xxxx" ASC-nə ərizə vermişdir. "xxxx" ASC-nə xx.xx.2016-cı ildə 4698 manat və xx.xx.2018-ci ildə 4000 manat məbləğində pul ödəmişdir. Daha sonra məlumat əldə edib ki, İddiaçı "xxxx" ASC-dən traktoru və kotanı götürərkən, əlavə olaraq qoşqu (lapet) də götürmüşdür. Lakin onun həmin qoşqudan (lapetdən) məlumatı olmamışdır. "xxxx" ASC-nə ümumilkdə 8698 manat pul (İddiaçı ödədiyi 4700 manatdan başqa) ödəmişdir. "xxxx" ASC-nə etdiyi ödənişlər həm traktora, həm də kotana, həmiçinin qoşquya (lapetə) hesablanırmış. Bu barədə yəni qoşquya (lapetə) görə ödədiyi artıq pulu İddiaçı tələb etdikdə onun tələbi ilə razılaşmayıb. Bundan sonra isə ödəniş etməmişdir. Belə ki, ödəniş etdikdə ödənişindən qoşquya (lapetə) də çıxılırdı. İddiaçı bu məsələnin həll olunması üçün razılığa gəlmələri barədə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticə əldə edilməmişdir. İddiaçının iddiasını qəbul etməməsinin səbəbi ondan ibarətdir ki, hazırda o onunla razılaşıb "xxxx" ASC-nə olan pulu ödəməyə razıdır. Lakin İddiaçı onun tələbini qəbul etmir. Hesab edir ki, İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmir və onu aldadaraq istifadəsində olan qoşqu (lapeti) üçün əlavə ödənişlər etmişdir. İddiaçı ödədiyi 4000 manat pulun və "xxxx" ASC-nə ödədiyi 8698 manat pulun İddiaçı tutularaq ona ödənilməlidir. İlkin iddia üzrə İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə tələbin tam təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı pul tələbi irəli sürə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan cavabdehin 2016-cı ildə ondan etibarnamə əsasında 1 il müddətinə istifadə etmək üçün 1 ədəd traktor və 1 ədəd kotan götürdüyü müəyyən və təsdiq olunur. Bunu cavabdeh özü də təsdiq edir. Cavabdehlə onun arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır (istər rəsmi, istərsə də şifahi). Texnikalara etibarnamə əsasında 1 il müddətində istifadə üçün cavabdehə vermişdir. Məlum məsələdir ki, texnikalar onun adına rəsmiləşdirildiyi üçün onun illik qrafik cədvəli üzrə ödənişlər edilməli idi. Lakin cavabdeh cəmi 2 il ərzində qrafik cədvəli üzrə ödənişlər etmiş, texnikaları 2017-ci ildən bəri qanunsuz istismar və istifadə etmiş, 2 il ödənişdən əlavə ödənişlər etməmiş, texnikaları qanunsuz olaraq özününküləşdirmiş və qanunsuz istifadə etməklə varlanmaq məqsədilə ilə özü üçün pul qazanmışdır. Məhz bu səbəbdən də "xxxx" ASC ona qarşı məhkəmədə iddia qaldırmış qrafik cədvəli üzrə ödənilməyən pulları cavabdehdən yox, ondan tələb etmişdir. Hal-hazırda həmin pullar onun aylıq pensiyasından tutulur. Cavabdehin isə bu müddət ərzində nə qədər pul qazandığını müəyyən etmək çox asandır. Belə ki, traktor üzərində dövlət tərəfindən quraşdırılmış istismar saat cihazı vardır ki, həmin cihazın üzərindəki saat sərfiyyatı ilə texnikaların nə qədər işləməsini, neçə hektar torpaq sahəsi şumlanmasını və hər hektarın şumlanma dəyərini hesablanmaqla ümumi nəticəni (cavabdehin əldə etdiyi qazancı) müəyyən etmək mümkündür. İlkin iddia üzrə İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsinə əsasən onun mülkiyyətində olan NEW HOLLAND TD5- 110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktorun və AG-MP 14-S markalı 5 gövdəli 1 ədəd kotanın saz və işlək vəziyyətdə cavabdehdən alınaraq və ya özü olmadıqda onların əsas dəyəri 35742 manat dəyərinin, dövlət rüsumu əvəzinə ödənilmiş 228 manat və 10000 manat olmaqla, cəmi 45742 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, texnikanı götürərkən Cavabdeh ona ilk dəfə 4200 manat ödəniş etmişdir. Sonradan da 2 dəfə "xxxx" ASC-yə ödəniş etmişdir. Ona başqa pul ödəməmişdir. İddia tələbində qeyd etdiyi 35742 manat pul traktorun və kotanın güzəştə düşməmişdən əvvəlki dəyəridir. Həmiçinin o texnikalara görə yerdə qalan pulun Cavabdeh tərəfindən ödənilməsinə və texnikaların onda qalmasına razı deyildir. İddia tələbində tələb etdiyi 10000 pulu texnikanın uzun illər cavbdehdə olmasına görə tələb edir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, özü görməsə də texnikanı götürərkən Cavabdeh oğluna 4600 manat pul verdiyini bilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında icarə müqaviləsi deyil, şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İki dəfə 4700 manat, 1 dəfə də 4000 manat ödəniş edilmişdir. Cavabdeh ona bildirdiyinə görə, 4700 manatı ilk dəfə İddiaçı ödəmiş, daha sonra 4700 və 4000 manat pulu texnikalara görə ödəniş etmişdir. Traktorla bağlı qarşı tərəf şişirdilmiş pul tələb edir. Onlar traktora görə 8000 manat verməyə razı idilər. 10000 manatla bağlı isə tərəflər arasında hər hansı icarə müqaviləsi olmamışdır. 2019-cu ildən sonra Cavabdeh qarşı tərəf icazə vermədiyi üçün traktordan istifadə etmir. Odur ki, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onun ödədiyi pulu iddiaçı tərəfindən ona qaytarıldıqda texnikanı saz vəziyyətdə ona qaytarmağa razıdır. 4700 manat ilkin ödəniş kimi İddiaçı pul vermişdir. Bundan başqa da iki dəfə ödəniş etmiş, bu ödənişlərlə əlaqədar qəbzi də vardır. Ona görə də ödədiyi pulların ona qaytarılmasını tələb edir, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 352-L/15 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ümumi məbləği 46480 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan İddiaçı mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 46480 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 mart 2015-ci il tarixli "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 46480 manat, NEW HOLLAND TD5-110 markalı, şassi nömrəsi ŞHFD147315, mühərrik nömrəsi 340249 olan bir ədəd traktor lizinq alan İddiaçı təhvil verilmişdir. İş materiallarında olan 23 iyun 2015-ci il tarixli "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 2900 manat, AG-MP 14-5 markalı, şassi (zavod) nömrəsi 151115 olan bir ədəd 5 gövdəli asma kotan lizinq alan İddiaçı təhvil verilmişdir. İş materiallarında olan 03 may 2019-cu il tarixli əmrdən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1010-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən şassi (zavod) nömrəsi 151115 olan AG-MP 14-5 markalı kotan 5 gövdəli asma kənd təsərrüfatı texnikasına 1160 manat güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri 1092 manat olmaqla lizinqə verilməsi rəsmiləşdirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixdə 4698 manat, xx.xx.2018-ci il tarixdə isə bank vasitəsilə 4000 manat pul ödəmişdir. İş materiallarında olan İddiaçı dair hesabdan çıxarışdan görünür ki, 1 ədəd NEW HOLLAND TD5-110 markalı traktor, 1 ədəd AG-MP 14-5 markalı kotan və qoşqu üçün xx.xx.2014-cü il tarixdə 4040 manat, xx.xx.2016-ci il tarixdə 665 və 558 manat, xx.xx.2015-ci il tarixdə 290 manat, xx.xx.2016-cı il tarixə 4698 manat, xx.xx.2018-ci il tarxidə 2300 manat və 4000 manat, xx.xx.2019-cu il tarixdə 2396 manat və 775 manat, ümumilikdə 19722 manat pul ödənilmiş, traktorla bağlı borc 13896 manat qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 oktyabr 2023-cü il tarixli müraciətə baxılması haqqında məktubundan görünür ki, "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 1060-L/15 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd AG-MP 14-5 markalı 5 gövdəli asma kotan ona lizinqə verilmişdir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqəverilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü tarixli Qərarına əsasən onunla güzəşt müqaviləsi bağlanaraq, lizinq obyekti olan həmin texnikanın ilkin dəyərinə 1160 manat məbləğində güzəşt (40%) tətbiq edilmişdir. Hazırda İddiaçı 22 iyun 2015-ci il tarixli 1060- L/15 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd AG-MP 14-5 markalı 5 gövdəli asma kotana görə Cəmiyyət qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri, o cümlədən müraciətdə qeyd olunan İddiaçı ilə bağlanmış 02 fevral 2015-ci il tarixli 352-L/15 nömrəli lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər “Aqrar Kredit və İnkişaf Agentliyinə” ötürülmüşdür. Həmiçinin, İddiaçı xəstəliyi ilə əlaqədar ona hər hansı güzəşt tətbiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 12 oktyabr 2023-cü il tarixli məhkəmə işləri ilə əlaqədar məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 352-L/15 nömrəli lizinq müqaviləsi ilə NEW HOLLAND TD5- 110 markalı traktor İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək İddiaçı aid yalnız xx.xx.2015-ci il tarixli 352- L/15 nömrəli lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyinə” keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü tarixli 273 nömrəli Qərarına əsasən xx.xx.2015-ci il tarixli 352-L/15 nömrəli lizinq müqaviləsi üzrə NEW HOLLAND TD5-110 markalı traktorun ilkin dəyərinə 18592 manat güzəşt (40%) tətbiq edilmişdir. Hazırda xx.xx.2015-ci il tarixli 352-L/15 nömrəli lizinq müqaviləsinə əsasən İddiaçı 13896 manat (Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-225/2023 saylı qətnaməsində qeyd edilən 8106 manat məbləğində əsas borc həmiçinin yuxarıda qeyd edilən qətnamə üzrə 512 manat cərimə məbləği və 150 manat mediasiya xərci də daxil olmaqla) borcu qalmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrində ödənişlər üzrə qrafik və ödənişin şərtləri müəyyən olunmuşdur. Lizinq alanın öhdəliklərinin silinməsi, ödəniş müddətinin uzadılması və səhhəti ilə əlaqədar güzəştlərin tətbiq edilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 1060-L/15 nömrəli müqavilə üzrə öhdəliklər "xxxx" ASC-nin idarəetməsində olduğu üçün bu müqavilə üzrə məlumatlar Cəmiyyət tərəfindən 03 oktyabr 2023-cü il tarixli 3-22-13/2- 1242/2023 nömrəli məktubla Gəncə Kommersiya Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2- 2(121)-225/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh İddiaçı qarşı 352- L/15 nömrəli xx.xx.2015-ci il tarixli müqavilə üzrə 8106 manat gecikdirilmiş əsas borc, 5122,99 manat cərimə, 300 manat hüquqi yardımla bağlı xərc, 200 manat mediasiya xərcinin, cəmi 13728,99 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsi 13 mart 2023-cü il tarixli 2-2(121)-225/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 352-L/15 nömrəli xx.xx.2015-ci il tarixli müqavilə üzrə 8106 manat əsas borc, 512 manat cərimə, 150 manat mediasiya xərci, cəmi 8768 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən fazilər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin məhkəmə iclaslarında (həm hazırkı məhkəmə iclaslarında, həm də əvvəlki iddianın baxılmamış saxlanılması ilə nəticələnən məhkəmə iclaslarında verdikləri izahatları) ilə müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış lizinq müqavilələrinə əsasən onun istifadəsinə və sahibliyinə ilkin məbləği 46480 manat olan 1 ədəd traktor, ilkin məbləği 2900 manat olan 1 ədəd 5 gövdəli asma kotan verilmişdir. Hər iki texnikanın ilkin ümumi məbləğinə 40% güzəşt tətbiq edilmiş, traktorun güzəştdən sonrakı məbləği 27888 manat, kotanın güzəştdən sonrakı məbləği 1740 manat müəyyən edilmişdir. İddiaçı səhhəti ilə bağlı texnikaları istifadə edə bilməmiş, hər iki texnikanı 2016-cı ildə Cavabdeh satmış və texnikaları sonuncuya təhvil vermişdir. Tərəflər belə razılaşmışlar ki, Cavabdeh hər iki texnikanın lizinq ödənişlərini hər rüb vaxtlı-vaxtında "xxxx" ASC-yə ödəyəcək və ödənişlər bitdikdən sonra isə texnikaları alıcının adına rəsmiləşdirəcəklər. Lakin Cavabdeh texnikaların lizinq müqaviləsi üzrə ödənişlərinin bir qismini etsə də, ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Kotana münasibətdə lizinq ödənişləri həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən edilmiş ödənişlərlə tamamlanmış və borc qalmamışdır. Traktorla bağlı isə ödənişlər vaxtlı-vaxtında edilmədiyindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh İddiaçı qarşı pul tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 13 mart 2023-cü il tarixli qətnaməsi isə İddiaçı ümumilikdə 13728,99 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilir ki, İddiaçı Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi də daxil olmaqla lizinq müqaviləsi üzrə traktora görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 13896 manat borcu vardır. Məhkəmə ilkin iddia ilə bağlı bildirir ki, Cavabdeh İddiaçı ilə texnikaların ödənişlərinin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı gəldiyi razılaşmanın şərtlərini pozmuşdur. Ona görə də İddiaçı hər iki texnikanın saz və işlək vəziyyətdə Cavabdeh alınaraq ona verilməsi ilə bağlı tələbində haqlıdır və həmin hissədə ilkin iddia tələbi təmin edilməli, hər iki texnika saz və işlək vəziyyətdə ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə ilkin iddianın texnikaların mövcud olmadığı təqdirdə dəyərinin alınması ilə bağlı hissəsinə münasibət bildirirək qeyd edir ki, İddiaçı hər iki texnikanın mövcud olmadığı təqdirdə onların dəyəri 35742 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də həmin məbləğin necə hesablanması və nəyə istinad olunması ilə bağlı ilkin iddia üzrə iddiaçı suala cavab verə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı lizinq müqavilələrinə əsasən istifadəsinə və sahibliyinə verilmiş traktorun ilkin məbləği 46480 manat, güzəştdən sonrakı məbləği 27888 manat, kotanın ilkin məbləği 2900 manat, güzəştdən sonrakı məbləği 1740 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə həm traktorun və kotanın dəyərinin güzəştdən sonrakı məbləğlərə nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Həmçinin ilkin iddianın 10000 manat pulun ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi ilə bağlı tələbinə münasibət bildirən məhkəmə qeyd edir ki, iddiaçı izahatında həmin məbləğin texnikaların uzun müddət Cavabdeh istifadəsində olması və texnikalardan istifadə edərək pul qazanmasına görə tələb etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, 10000 manat pul ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Belə ki, hər iki texnikanın 2016-cı ildən Cavabdeh istifadəsinə verilməsi öz təsdiqini tapır. Həmin müddətdən texnikalar barəsində müvəqqəti təminat tədbiri tətbiq edilənədək cavabdeh texnikalardan istifadə etmişdir. Cavabdeh isə texnikalarla bağlı ödədiyi məbləğləri İddiaçı geri tələb edir. Belə olan halda həmin məbləğin ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməsi məqsədəuyğundur. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd edir ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə xx.xx.2016-cı il tarixdə 4698 manat, xx.xx.2018-ci ildə isə 4000 manat məbləğində ödəniş edilmişdir. Həmçinin Cavabdeh 4700 manat pul məbləğinin də texnikaları təhvil alarkən İddiaçı şəxsən ödədiyini qeyd etmiş, iddiaçı tərəf isə həmin pulun 4700 manat yox, 4600 manat olduğunu bildirmişdir. Ona görə də texnikaların saz və işlək vəziyyətdə, olmadığı təqdirdə isə dəyərinin, habelə uzun illər istifadəyə görə pul məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməli olduğundan Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçıya və texnikalar üçün "xxxx" ASC-yə ödədiyi ümumilikdə 13298 manat pul qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Sabirabad 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, 25 oktyabr 2023-cü il tarixli 2584 nömrəli qəbzə əsasən 20 manat, 20 dekabr 2023-cü il tarixli 5749 nömrəli qəbzə əsasən isə 108 manat olmaqla, cəmi 128 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci və 128 manat dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli ********** nömrəli qəzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün Cavabdeh tərəfindən 132 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 129,89 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də ilkin iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80,88 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı məxsus NEW HOLLAND TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktor saz və işlək vəziyyətdə, traktor mövcud olmadıqda dəyəri 27888 (iyirmi yeddi min səkkiz yüz səksən səkkiz) manat və AG-MP14-5 markalı 5 gövdəli 1 ədəd kotan saz və işlək vəziyyətdə, kotan mövcud olmadıqda dəyəri 1740 (min yeddi yüz qırx) manat ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia üzrə Cavabdeh 10000 (on min) manat pul, ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu və 100 (bir yüz) manat mediasiya xərci tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 13298 (on üç min iki yüz doxsan səkkiz) manat pul, 129 (bir yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. İlkin iddia üzrə Cavabdeh 80 (səksən) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddia və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə KommersiyaMəhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-75/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-75/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver