Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-755/2023 21.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7098,28 manat borcun və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-ci il tarixli 198 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 6 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 6277,12 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Yəni cavabdehin sifarişi əsasında 2019-cu il mövsümündə 6277,12 manat məbləğində vəsait xərclənmişdir. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq 2019-cu il mövsumu başa çatsa da 6110,83 manat məbləğində 9401,27 kq xam-pambıq təhvil vermiş, 116,29 manat borcu qalmışdır. Həmçinin cavabdehin sifarişi əsasında 2018-ci il mövsümündə ümumilikdə 7921,29 manat məbləğində xərc çəkilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 989,30 manat məbləğində 1522,0 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 6931,99 manat məbləğində borcu qalmışdır. Cavabdehin 2018-ci il mövsumundan qalan 6931,99 manat borcu nəzərə alınmaqla ümumilikdə cavabdehin iİddiaçıya 7098,28 manat məbləğində borcu qalmışdır. Cavabdehin borcunun qalması üzləşmə aktı, görülən işlər barədə akt, qaimə və sair sənədlərlə təsdiq olunur. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, həmin borcun yaranmasında onun heç bir təqsiri olmamışdır. Ondan tələb olunan pul 2018-ci il ilə bağlıdır. 2019-cu ildə bağlanılan müqavilə üzrə borcu qalmamışdır. Belə ki, 2018-ci ildə o iddiaçı ilə 5 hektar ərazi üçün müqavilə bağlamışdır. Daha sonra icra nümayəndəsi və bələdiyyə sədri ona zəng vuraraq ona aid torpaq sahəsinin əkmədiyi hissəsinə gəlməyini taşırmışdır. Sahəyə çatanda texnikanın onun əkmədiyi ərazidə olduğunu görmüş, ona bildirmişlər ki, boş qalan hər yer əkilməlidir. O su olmadığını bildirdikdə, narahat olmamağını, su veriləcəyini bildirmişlər. X5 İdarəsinə çağırmışlar və müqavilə bağlamağını istəmişlər. O nə vaxt su verilsə onda müqavilə bağlayacağını bildirmişdir. Daha sonra onu icra başçısının birinci müavini ilə görüşdürmüşlər, sonuncu da ona müqavilə bağlamağını bildirmişdir. 2018-ci ildə çəkilən xərcin məbləği tam olaraq yadında qalmasa da, xərc çəkilmişdi. Verilən pulun hamısını pambığın əkilməsi ilə əlaqədar işlərə xərcləmişdir. Onlar müqavilə bağlasa da su verilməmişdir. Ona görə də pambıq olmamışdır. 2018-ci ildə yanmamış 2,5 hektar ərazidən çıxan pambığı təhvil vermişdir. 2019-cu ilin xərcini tam olaraq ödəmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 may 2018-ci il tarixli 218 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, istehsalçı Ağdam rayonu Əfəli kəndində 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu həmin müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X3” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlardan görünür ki, müxtəlif adda xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 026899 nömrəli, xx.xx.2018-ci il tarixli 056840 nömrəli, xx.xx.2018-ci il tarixli 036392 nömrəli, xx.xx.2018-ci il tarixli 061975 nömrəli, xx.xx.2018-ci il tarixli 061963 nömrəli, xx.xx.2018-ci il tarixli 080505 nömrəli, xx.xx.2018-ci il tarixli 080572 nömrəli, xx.xx.2018-ci il tarixli 080589 nömrəli təhvil-qəbul qəbzlərinin sürətlərindən görünür ki, müxtəlif adda mallar təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 29 nömrəli ödəniş tapşırığına əsasən 2300 manat, xx.xx.2018-ci il tarixli 43 nömrəli ödəniş tapşırığına əsasən 1450 manat xx.xx.2018-ci il tarixli 100 nömrəli ödəniş tapşırığına əsasən 600 manat və xx.xx.2018-ci il tarixli PAM00001975 nömrəli ödəniş tapşırığına əsasən 250 manat vəsait Cavabdeh ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 197514 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, 989.30 manat məbləğində mal cavabdeh tərəfindən təslim edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli 198 nömrəli müqavilədən görünür ki, fermer Ağdam rayonu Əfətli kəndində yerləşən 6 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini və yığılmış məhsulun həmin müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində, filiala təhvil verilməsini, filial isə fermerin borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli,xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, müxtəlif adda xidmətlər göstərilmişdir. İş materialllarında olan 18 sentyabr .2019-cu il tarixli 118583 nömrəli və 16 aprel 2019-cu il tarixli 118127 nömrəli qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif adda və çeşiddə mallar verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 197916 nömrəli pambıq qəbulu qəbzindən görünür ki, 6110,83 manat məbləğində mal cavabdeh tərəfindən təslim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 3 may 2019-cu il tarixli 218 saylı alqı-satqı müqaviləsi üzrə “Ağdam KT”(İddiaçı) MMC-yə 6931,99 manat borcu var. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 01/658 nömrəli məktubun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, “X3” MMC ilə Cavabdeh arasında 03 may 2018-ci il tarixdə və İddiaçı MMC ilə Cavabdeh arasında 10 yanvar 2019-cu il tarixdə müqavilə bağlanmış, müqavilələrə əsasən Cavabdeh Ağdam rayonu Əfəli kəndində yerləşən torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini öhdəsinə götürmüş, fermer tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. 03 may 2018-ci il tarixli müqaviləyə əsasən 7921,29 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh 989,30 manat məbləğində xam pambıq təhvil vermiş, onun iddiaçıya 6931,99 manat borcu qalmışdır. 10 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən 6277,12 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Cavabdeh 6110,83 manat məbləğində xam pambıq təhvil vermiş, onun iddiaçıya 166,29 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən 7098,28 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 manat 98 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 may 2018-ci il tarixli 218 nömrəli və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli 198 nömrəli müqavilələrə əsasən 7098 (yeddi min doxsan səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 90 (doxsan) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-755/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-755/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver