Məhkəmə qərarları › İş №e-2-2(115)-756/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-756/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-756/2023 16.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 17127,11 manat borcun və 200 manat məbləğində mediasiya xərcinin (141,39 manat məbləğində dövlət rüsumu nəzərə alınmaqla) cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22 saylı alğı-satqı müqaviləsinə əsasən İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində 23,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 17127,11 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında pambığın becərilməsinə və avans olaraq ödənilmiş 5290 manat, 390,00 manatr məbləğində çöp doğrama, 840,00 manat məbləğində şum, 816,00 manat məbləğində ağır diskli mala, 570,00 manat məbləğində rotasion mala, 1292,00 manat məbləğində şirvan malası, 240,00 manat məbləğində kanal çəkilməsi, 540,00 manat məbləğində səpin, 2496,00 manat məbləğində kultivasiya, 720,00 manat məbləğində baraza, 200,00 manat məbləğində dərman səpini, 2133,36 manat məbləğində gübrə, 256,00 manat məbləğində lifsiz çiyid, 1343,75 manar məbləğində lifli çiyid, ümumilikdə 17127,11 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da iddiaçıya xam pambıq təhvil verməmiş, 17127,11 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli 22 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İmişli rayonu, Cavadxanlı kəndi ərazisində 23 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Bərdə filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-650 manat/ton, İİ NÖV-630 manat/ton, İİİ növ-590 manat/ton, İV növ-550 manat/ton. xx.xx.2020-ci il tarixli PAM00003659 nömrəli ödəniş tapşırığına əsasən 460 manat, xx.xx.2020-ci il tarixli, PAM00009074 nömrəli ödəniş tapşırığına əsasən 1610 manat xx.xx.2020-ci il tarixli, PAM000011175 nömrəli ödəniş tapşırığına əsasən 1610 manat, xx.xx.2020-ci il tarixli PAM000011991 nömrəli ödəniş tapşırığına əsasən 1610 manat, İddiaçı MMC tərəfindən Cavabdeh avans olaraq ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 262132 nömrəli qaimə-fakturaya əsasən 256 manat və 262133 nömrəli qaimə-fakturaya əsasən 191,75 manat, xx.xx.2020-ci il tarixli 262114 nömrəli qaimə-fakturaya əsasən 472 manat, xx.xx.2020-ci il tarixli 223772 nömrəli qaiməfakturaya əsasən 480 manat, xx.xx.2020-ci il tarixli 223786 nömrəli qaimə-fakturaya əsasən 280 manat, xx.xx.2020-ci il tarixli 224048 nömrəli qaimə-fakturaya əsasən 80 manat, xx.xx.2020-ci il tarixli 262424 nömrəli qaimə-fakturaya əsasən 2132 manat, xx.xx.2020-ci il tarixli 281288 nömrəli qaimə-fakturaya əsasən 228 manat dəyərində məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən 23 ha torpaq sahəsində mala, xx.xx.2020-ci il tarixli akta əsasən 23 ha sahəsində səpin üçün mala, xx.xx.2020-ci il tarixli akta əsasən 16 ha torpaq sahəsində səpin, xx.xx.2020-ci il tarixli akta əsasən 10 ha sahəsində çöp doğrama, xx.xx.2020-ci il tarixli akta əsasən 15 ha torpaq sahəsində şum, xx.xx.2020-ci il tarixli akta əsasən 12 ha torpaq sahəsində çiyid səpini,xx.xx.2020-ci il tarixli akta əsasən 17 ha torpaq sahəsində çiyid səpini, xx.xx.2020-ci il tarixli akta əsasən 25 ha torpaq sahəsində tandim disk, xx.xx.2020-ci il tarixli akta əsasən 23 ha torpaq sahəsində 2-ci disk, xx.xx.2020-ci il tarixli akta əsasən 5 ha torpaq sahəsində çöp doğrama, xx.xx.2020-ci il tarixli akta əsasən 5 ha torpaq sahəsində çöp doğrama, xx.xx.2020-ci il tarixli akta əsasən 30 ha torpaq sahəsində rotor mala, xx.xx.2020-ci il tarixli akta əsasən 15 ha torpaq sahəsində şum, xx.xx.2020-ci il tarixli akta əsasən 30 ha torpaq sahəsində mala, xx.xx.2020-ci il tarixli akta əsasən 30 ha torpaq sahəsində kanal doldurma, 06.2020-ci il tarixli akta əsasən 12 ha sahədə kultivasiya, 06.2020-ci il tarixli akta əsasən 9 ha torpaq sahəsində kultivasiya, 06.2020-ci il tarixli akta əsasən 16 ha torpaq sahəsində kultivasiya, 06.2020-ci il tarixli akta əsasən 17 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 27 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 12 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 15 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 8 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 6 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 14 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 14 ha torpaq sahəsində kultivasiya azotla, xx.xx.2020-ci il tarixli akta əsasən 14 ha torpaq sahəsində kultivasiya, xx.xx.2020-ci il tarixli akta əsasən 33 ha sahədə boraza, xx.xx.2020-ci il tarixli akta əsasən 20 ha torpaq sahəsində dərmanlama, xx.xx.2020-ci il tarixli akta əsasən 9 ha torpaq sahəsində boraza, xx.xx.2020-ci il tarixli akta əsasən 9 ha torpaq sahəsində boraza, xx.xx.2020-ci il tarixli akta əsasən 9 ha torpaq sahəsində boraza işlər görülmüşdür. xx.xx.2021-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, 17127,11 manat dəyərində işlər görülmüş, xidmətləri göstərilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-cü il tarixli MŞG/1/00716 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22 saylı alqı-satqı müqaviləsinə əsasən İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində 23 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17127,11(on yeddi min yüz iyirmi yeddi manat on bir qəpik) manat borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 17127,11 (on yeddi min yüz iyirmi yeddi manat on bir qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 141,38 (bir yüz qırx bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar