Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-756/2024 07.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli İF/06013 saylı X7 müqaviləsi üzrə 1499,10 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğin cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022ci il tarixli İF/06013 saylı 36 ay müddətli X7 müqaviləsinə dəyişilik edilməsi barədə xx.xx.2023-cü il tarixi saziş imzalanmışdır. Həmin sazişə əsasən lizinq obyekti olan “Opel Astra” minik markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Bir müddət ödəniş olunduqdan sonra lizinq alan ödəniş etməkdən imtina etmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh lizinq obyektini idarə etmək hüququ olmadan idarə etdiyi üçün YPX tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirildikdən sonra onlar tərəfindən həmin avtomobil cərimə meydançasının məsul şəxsləri tərəfindən təhvil alınmışdır. Cavabdeh müqavilə müddəti ərzində 3640,00 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 8385,49 manat, faiz borcu 902,36 manat, cərimə borcu 85,25 manat olmaqla cəmi borc 9373,10 manat təşkil edir. Lizinq obyekti onlar tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 8595.00 manat dəyərində qiymətləndirilmişdir. Avtomobil cavbdehlərin istifadəsində olarkən 651,00 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır (əlavə olunur SMS radar proqramından çıxarış). Avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən 70 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxdıqdan sonra cavabdehin təşkilatlarına 778,10 manat (93xx.xx- 8595.00) qalıq borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 27 mart 2024-cü il tarixli, e-2-2(115)-756/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: daxili-maliyyə lizinq müqaviləsi, əlavə saziş, təhvil-təslim aktı, maliyyə arayışı, qiymətləndirmə-aktı və müstəqil ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İF/06013 nömrəli X7 müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli İF/06013 nömrəli X7 müqaviləsinə dəyişiklik edilməsi barədə 4 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş imzalandıqdan sonra sonrakı lizinq alan Cavabdeh ilkin lizinq alanı X2 əvəz edir. Lizinq məbləği ilkin lizinq alanın qalıq borcuna uyğun olaraq 10 000 manat müəyyən edilmişdir. Həmin müqavilədən irəli gələn və ilkin lizinq alana aid olan bütün hüquqlara sahib olur və öhdəliklərə görə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli İF/06013 saylı daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti (məbləği-10 000 manat) vətəndaş Cavabdeh tam yararlı vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh X7 müqaviləsi üzrə "xxxx" MMC-yə olan borcu 8385,49 manat əsas borc, 902,36 manat faiz borcu, 85,25 manat cərimə olmaqla cəmi borc 9373,10 manat təşkil edir. İş materiallarında olan BB319653 nömrəli “Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi”-dən görünür ki, “Opel Astra” minik markalı, boz metallik rəngli, 19GP1160 mühərrik nömrəli avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. xx.xx.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən “Opel Astra” minik markalı **-AG-*** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 905 manat, avtomobilin qalıq hissəsinin dəyəri 8595 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən “Opel Astra” minik markalı **- AG-*** dövlət nömrə nişanlı avtomobilə yerinə baxış keçirilmiş və avtomobilin təmir xərcləri 905 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06013 nömrəli X7 müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli İF/06013 nömrəli X7 müqaviləsinə dəyişiklik edilməsi barədə 4 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş imzalandıqdan sonra sonrakı lizinq alan Cavabdeh ilkin lizinq alanı X2 əvəz edir. Həmin müqavilədən irəli gələn və ilkin lizinq alana aid olan bütün hüquqlara sahib olur və öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh 778,10 manat borcu olduğu təsdiq edilir. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsindən və iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş SMS radar proqramından çıxarışdan göründüyü kimi avtomobil cavabdehin istifadəsində olan zaman 651 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr tətbiq olunmuşdur. Həmin inzibati cərimələr cavabdehin təqsiri ucbatından tətbiq olunduğundan iddiaçı həmin cərimə məbləğinin cavabdeh tərəfindən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 70 manat ekspertə ödənilən xidmət haqqı hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən həmin məbləğin ödənməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1429,10 manat borc, 35 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1429,10 manat borc, 35 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-756/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-756/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver