Məhkəmə qərarları › İş №e-2-2(115)-763/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-763/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-763/2022 31.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı cavabdeh Göygöl Mənzil Kommunal X1rşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Göygöl Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Göygöl Mənzil Kommunal X2 1309 manat borcun, vəkilə ödənilmiş 200 manat, mediasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pulun və 34 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi o dövlət vergi orqanında qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, əsas fəaliyyəti avtomobil avadanlıqlarının topdan və pərakəndə satışıdır. Cavabdeh Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21.05.2021-ci il tarixdə ondan 08 adda, 1309 manat dəyərində avtomobil avadanlıqları almışdır və hazırki vaxtadək qeyd olunan avadanlıqların dəyərini ona qaytarmayıb. Qeyd olunan avadanlıqların alqı-satqısına dair elektron qaimə də təqdim edilib, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina edir. Qeyd olunan borcun verilməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh Göygöl Mənzil Kommunal X4 20 aprel 2022-ci il tarixli, e-2-2(115)- 763/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş EBBC seriyalı 008731 nömrəli 21.05.2021-ci il tarixli elektron qaimədən görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Göygöl Mənzil Kommunal X4 1309 manat məbləğində mallar satılmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materillarına əlavə olunmuş 30 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Göygöl Mənzil Kommunal X3 nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Göygöl Rayon Vəkillər Bürosunun hesabına 200 manat məbləğində pul ödənilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Göygöl Mənzil Kommunal X3 iddiaçı qarşısında 1309 manat məbləğində öydəliyi yaranmış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan normanın tələbinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu hesabına ödənilmiş məbləğ cavabdeh Göygöl Mənzil Kommunal X2 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Göygöl Mənzil Kommunal X2 1309 manat borc, vəkilə ödənilmiş 200 manat, mediasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pul və 34 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Göygöl Mənzil Kommunal X2 1309 manat borc, vəkilə ödənilmiş 200 manat, mediasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pul və 34 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar