Məhkəmə qərarları › İş №e-2-2(115)-77/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-77/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-77/2025 06.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1240,80 manat məbləğində pul vəsaitinin, ödənilmiş 33 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən alıcı satıcıdan aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə ümumillikdə satıcıya 1240,80 manat borcu yaranmışdır. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixdə və 16 noyabr 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, müqavilədəki imza ona məxsus deyil, üzləşmə aktına da o imza etməmişdir. İddiaçı ilə müqavilə bağlayıbbağlamaması isə yadında deyil. 4-5 ay qabaq ona zəng olunmuşdur ki, borcun var, lakin o bildirmişdir ki, əgər borcu varsa bu borc hardan yaranmışdır. Ona mal gəlməmişdir. Mal verilərdisə ancaq sənəd elektron gəlməli idi. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən yalnız birində olan, təhvil-təslim aktında olan imza ona məxsusdur, qalan sənədlərdəki imzalar isə ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş 20 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilyə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmet olan meyvə şirələri, suları və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilən miqdarda, çeşiddə və alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulunun dəyərini ödəyib, qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli “Toptan satış faturası” dan görünür ki, satıcı İddiaçı MMC tərəfindən həmin faturada adları qeyd edilmiş müxtəlif adda məhsullar alıcı Cavabdeh satılması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən alıcıya 1240,80 manat dəyərində malların təhvil verilməsi və bu mallara görə alıcının satıcıya 1240,80 manat qalıq borcunun olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli borcun etirafı ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanılmış müqaviləyə əsasən sonradan ödəmə şərti ilə İddiaçı MMC-dən aldığı məhsullara görə 1240 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən borcu etiraf edərək 18 aprel 2021-ci il tarixinə qədər İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürərək ərizəyə imza çəkmişdir. İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə alıcı Cavabdeh satıcı İddiaçı MMC-nə 1240,80 manat qalıq debitor borcunun olması hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Gəncə Kommersiya Məhkəməsininin 16 noyabr 2024-cü il tarixli e-2-2(115)-1748/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci, 2-ci, 3-cü və 4-cü səhifəsində Alıcı sözünün qarşısındakı, üzləşdirmə aktında Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm və həmin məbləği xx.xx.2021 tarixdən etibarən Təftiş mütəxəssisi X2 ödəyəcəyimi öhdəmə götürürəm sözünün qarşısında və (Müştərinin imzası) sözünün isə üzərindəki, təhvil-təslim aktında Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm və həmin məbləği xx.xx.2021 tarixdən etibarən Audit mütəxəssisi X1 ödəyəcəyimi öhdəmə götürürəm sözünün qarşısında və (Müştərinin imzası) sözünün isə üzərindəki, borcun etirafı ərizəsindəki İmza: sözünün qarşısındakı, xx.xx.2020-ci il tarixli X3 4-cü səhifəsində Təslim Alan qrafasında olan H.İkram sözünün altındakı imzalar ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş imza nümunələrindəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi? Sualı qoyulmuşdur. Gəncə Kommersiya Məhkəməsininin 04 mart 2025-ci il tarixli e-2-2(115)-77/2025 nömrəli qərardadı ilə iş üzrə komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və və ekspert qarşısında iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci, 2-ci, 3-cü və 4-cü səhifəsində Alıcı sözünün qarşısındakı, üzləşdirmə aktında Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm və həmin məbləği xx.xx.2021 tarixdən etibarən Təftiş mütəxəssisi X2 ödəyəcəyimi öhdəmə götürürəm sözünün qarşısında və (Müştərinin imzası) sözünün isə üzərindəki, təhviltəslim aktında Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm və həmin məbləği xx.xx.2021 tarixdən etibarən Audit mütəxəssisi X1 ödəyəcəyimi öhdəmə götürürəm sözünün qarşısında və (Müştərinin imzası) sözünün isə üzərindəki, borcun etirafı ərizəsindəki İmza: sözünün qarşısındakı, xx.xx.2020-ci il tarixli X3 4-cü səhifəsində Təslim Alan qrafasında olan H.İkram sözünün altındakı imzalar ilə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş imza nümunələrindəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi? Sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2025-ci il tarixli və 03 iyun 2025-ci il tarixli məlumatlarından görünür ki, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində müqavilə əsasında cavabdehə mal verdiyini, cavabdehin isə malı alıb pulu ödəmədiyini qeyd edərək cavabdehdən 1240,80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh sözügedən sənədlərə, yəni iddiaçı tərəfindən təqdim edilən müqavilə, üzləşmə aktı, borcun etirafı haqqında ərizə, topdan satış fakturasına imza etmədiyini iddia etmiş və bununla bağlı məhkəmə tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Çünki ekspert ekspertiza aparılması üçün vəsatət verərək cavabdehdən yeni imza nümunələrinin alınıb ekspertizaya təqdim olunmasını tələb etmiş, dəfələrlə bu barədə cavabdehə məlumat verilsə də imza nümunələrini təqdim etməmişdir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında olan imzanın ona məxsus olduğunu etiraf etmişdir. Belə olan halda 1240,80 manat məbləğində malın iddiaçı tərəfindən ona təhvil verildiyi sübuta yetirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki mübahisə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, 1240 manat 80 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 33 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən 33 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1240 (min iki yüz qırx) manat 80 (səksən) qəpik məbləğində borc və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar