Məhkəmə qərarları › İş №e-2-2(115)-800/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-800/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-800/2025 11.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli AS-QQH/267 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 19533,26 manat əsas borc və 11523,1 manat cərimə borcu olmaqla, ümumilikdə 31056,36 manat məbləğində borcun, 183,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli AS-QQH/267 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə hazırki müqavilə şərtlərinə əsasən alıcının sifarişinə uyğun olaraq satıcı sifarişçiyə ərzaq, sənaye və s. gündəlik tələbat malları satacaq və təchiz edəcək. Alıcı müqavilənin maddələrinin müddəları əsasında satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malların (məhsulların) çatdırılması müqavilənin 2-ci bəndinə və müddəalarında göstərilən şərtlərin tələbləri əsasında həyata keçirilir. 2.1-ci bəndinə əsasən satıcı ilə alıcı arasında məhsulların (malların) illik və ya aylıq qiymətləri razılaşdırılıbsa qiymətlər protokolu tərtib olunur, əks halda malların dəyəri bazar qiymətinə uyğun olaraq təhvil-təslim aktı ilə tənzimlənir. 2.4-cü bəndinə əsasən malların dəyəri satıcı tərəfindən təqdim olunmuş elektron qaimə/vergi hesab fakturasına uyğun olaraq 30 iş günü müddətində satıcıya ödənilməlidir. 2.5-ci bəndinə əsasən satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını və elektron qaimə-fakturanı da alıcıya təqdim etməlidir. 2.6-cı bəndinə əsasən müqavilə üzrə tərəflər arasında bütün hesablaşmalar nağdsız qaydada, Azərbaycan manatı ilə həyata keçirilir. 3.1-ci bəndinə əsasən satıcı sifariş formasını alıcıdan qəbul etdikdən sonra satdığı məhsulları (malları) 3 iş günü ərzində və ya gün ərzində tərəflər arasında əldə edilmiş razılığa əsasən çatdırmalıdır. 3.2-ci bəndinə əsasən satıcı satdığı malları (məhsulları) alıcıya alıcı tərəfindən sifariş zamanı yazılı qeyd olunan ünvanda təhvil verir. 3.3-cü bəndinə əsasən malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən iki nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. 6.6-cı bəndinə əsasən satıcı müqavilə üzrə malların verilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə müvafiq mallara görə ödənilməli olan məbləğin 0,5% faizi həcmində alıcıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi satıcını müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir. 6.7-ci bəndinə əsasən alıcı müqavilə üzrə malların dəyərinin ödənilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0,5% faizi həcmində satıcıya penya ödəməlidir. İddiaçı MMC tərəfindən elektron qaimə-fakturada göstərilən mallar Cavabdeh təhvil verilsə də, sonuncu tərəfindən müqavilə əsasında tərtib edilmiş elektron qaimə-fakturalar üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, hər iki tərəf malların təhvil-təslimi ilə bağlı qaimə-fakturaları öz imzaları ilə təsdiq edirlər. Qaimə fakturalar üzrə alıcının satıcıya ƏDV daxil 19533,26 manat məbləğində borcu yaranmışdır. Qaimə fakturalar üzrə mallar alıcıya təhvil verildikdən sonra cavabdehə elektron qaimə-fakturalar göndərilmiş və həmin elektron qaimə-fakturaların tərtib olunmasının əsası kimi qaimə-fakturalar göstərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə ƏDV daxil ödənilməli məbləğ ümumilikdə 19533,26 manat müəyyən edilmişdir. Nəticədə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün fərdi sahibkarın elektron kabinetinə elektron qaydada pretenziya məktubu göndərilsə də pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimə-fakturalar üzrə ƏDV daxil hesablanmış məbləğ cavabdeh tərəfindən iddiaçıya 30 iş günü ərzində ödənilmədiyi üçün cavabdeh elektron qaimə-fakturada göstərilən məbləğin 0,5% həcmində hər gecikdirilən günə görə penyanı iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya ümumilikdə 11523,1 manat penya ödəməlidir. İddiaçı məhkəmyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq "xxxx" MMC tərəfindən məhkəmədə hüquqlarının təmsil edilməsi üçün müqavilə bağlanılmış və 600 manat pul ödənilmişdir. Məhkəmə qətnamə çıxararkən vəkil xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, hazırki iş üzrə iddia tələbini iddia ərizəsində göstərilən qaydada təmin etməklə vəkil xidməti üçün ödənilmiş 600 manat pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AS-QQH/267 alqı-satqı müqaviləsindən görünür ki, alıcının sifarişi ilə satıcı sifarişçiyə ərzaq, sənaye və s. gündəlik tələbat mallarını (məhsulları) satmağı və təchiz etməyi, alıcı müqavilənin müddəaları əsasında satıcıya malların (məhsulların) dəyərini ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli BP00-002682 nömrəli qaimə-fakturaya əsasən 340 manat, xx.xx.2024-cü il tarixli BP00-006674 nömrəli qaimə-fakturaya əsasən 288 manat, xx.xx.2024-cü il tarixli BP00- 007880 nömrəli qaimə-fakturaya əsasən 513 manat, xx.xx.2024-cü il tarixli BP00-008388 nömrəli qaimə-fakturaya əsasən 225 manat, xx.xx.2024-cü il tarixli BP00-008466 nömrəli qaimə-fakturaya əsasən 444 manat, xx.xx.2024-cü il tarixli BP00- 008720 nömrəli qaimə-fakturaya əsasən 921 manat, xx.xx.2024-cü il tarixli BP00-009628 nömrəli qaimə-fakturaya əsasən 1996,80 manat, xx.xx.2024-cü il tarixli BP00-011123 nömrəli qaimə-fakturaya əsasən 872 manat, xx.xx.2024-cü il tarixli BP00- 011241 nömrəli qaimə-fakturaya əsasən 452 manat, xx.xx.2024-cü il tarixli BP00-011379 nömrəli qaimə-fakturaya əsasən 444 manat, xx.xx.2024-cü l tarixli BP00-011819 nömrəli qaimə-fakturaya əsasən 625 manat, xx.xx.2024-cü il tarixli BP00- 011937 nömrəli qaimə-fakturaya əsasən 708 manat, xx.xx.2024-cü il tarixli BP00-011914 nömrəli qaimə-fakturaya əsasən 536 manat, xx.xx.2024-cü il tarixli BP00-012051 nömrəli qaimə-fakturaya əsasən 984 manat, xx.xx.2024-cü il tarixli BP00- 012143 nömrəli qaimə-fakturaya əsasən 962,76 manat, xx.xx.2024-cü il tarixli BP00-012435 nömrəli qaimə-fakturaya əsasən 629 manat, xx.xx.2024-cü il tarixli BP00-013259 nömrəli qaimə-fakturaya əsasən 296 manat, xx.xx.2024-cü il tarixli BP00- 013511 nömrəli qaimə-fakturaya əsasən 374 manat, xx.xx.2024-cü il tarixli BP00-013692 nömrəli qaimə-fakturaya əsasən 432 manat, xx.xx.2024-cü il tarixli BP00-013952 nömrəli qaimə-fakturaya əsasən 740 manat, xx.xx.2024-cü il tarixli BP00- 014335 nömrəli qaimə-fakturaya əsasən 772 manat, xx.xx.2024-cü il tarixli BP00-014556 nömrəli qaimə-fakturaya əsasən 1590 manat, xx.xx.2024-cü il tarixli BP00-014576 nömrəli qaimə-fakturaya əsasən 555 manat, xx.xx.2024-cü il tarixli BP00- 014743 nömrəli qaimə-fakturaya əsasən 1767,50 manat, xx.xx.2024-cü il tarixli BP00-014773 nömrəli qaimə-fakturaya əsasən 540 manat, xx.xx.2024-cü il tarixli BP00-015192 nömrəli qaimə-fakturaya əsasən 556,80 manat, xx.xx.2024-cü il tarixli BP00- 015261 nömrəli qaimə-fakturaya əsasən 968,80 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixli 00461455 nömrəli elektron qaiməyə əsasən 340 manat, xx.xx.2024-cü il tarixli 10935314 nömrəli elektron qaiməyə əsasən 288 manat, xx.xx.2024-cü il tarixli 10798905 nömrəli elektron qaiməyə əsasən 512,9999 manat, xx.xx.2024-cü il tarixli 10012308 nömrəli elektron qaiməyə əsasən 225 manat, xx.xx.2024-cü il tarixli 10047855 nömrəli elektron qaiməyə əsasən 444 manat, xx.xx.2024-cü il tarixli 10521678 nömrəli elektron qaiməyə əsasən 921 manat, xx.xx.2024-cü il tarixli 11764817 nömrəli elektron qaiməyə əsasən 1996,8001 manat, xx.xx.2024-cü il tarixli 11621187 nömrəli elektron qaiməyə əsasən 872,0001 manat, xx.xx.2024-cü il tarixli 11777266 nömrəli elektron qaiməyə əsasən 452,0001 manat, xx.xx.2024-cü il tarixli 10004437 nömrəli elektron qaiməyə əsasən 444 manat, xx.xx.2024-cü il tarixli 11037125 nömrəli elektron qaiməyə əsasən 625 manat, xx.xx.2024-cü il tarixli 11073690 nömrəli elektron qaiməyə əsasən 708 manat, xx.xx.2024-cü il tarixli 11075172 nömrəli elektron qaiməyə əsasən 536 manat, xx.xx.2024-cü il tarixli 10955110 nömrəli elektron qaiməyə əsasən 984 manat, xx.xx.2024-cü il tarixli 11140231 nömrəli elektron qaiməyə əsasən 962,7641 manat, xx.xx.2024-cü il tarixli 11525872 nömrəli elektron qaiməyə əsasən 629,0001 manat, xx.xx.2024-cü il tarixli 10782042 nömrəli elektron qaiməyə əsasən 296,0001 manat, xx.xx.2024-cü il tarixli 11082974 nömrəli elektron qaiməyə əsasən 374,0001 manat, xx.xx.2024-cü il tarixli 11420741 nömrəli elektron qaiməyə əsasən 432 manat, xx.xx.2024-cü il tarixli 11795590 nömrəli elektron qaiməyə əsasən 740,0001 manat, xx.xx.2024-cü il tarixli 10338238 nömrəli elektron qaiməyə əsasən 772,6 manat, xx.xx.2024-cü il tarixli 10931659 nömrəli elektron qaiməyə əsasən 1590 manat, xx.xx.2024-cü il tarixli 10952298 nömrəl ielektron qaiməyə əsasən 555 manat, xx.xx.2024-cü il tarixli 11077468 nömrəli elektron qaiməyə əsasən 1767,5002 manat, xx.xx.2024-cü il tarixli 11115356 nömrəli elektron qaiməyə əsasən 540 manat, xx.xx.2024-cü il tarixli 12228045 nömrəli elektron qaiməyə əsasən 556,8 manat, xx.xx.2024-cü il tarixli 12368098 nömrəli elektron qaiməyə əsasən 968,8001 manat məbləğində mallara dair elektron qaimə İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh mal satmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 19533,26 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malı alıcıya verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 11523,1 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 900 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləs üzrə yaranmış 19533 manat 26 qəpik əsas borc, 900 manat cərimə borcu olmaqla cəmi 20433 manat 26 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********98 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 184 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin 600 manat vəkilə xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 151 manat 30 qəpik dövlət rüsumu, 600 manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AS-QQH/267 nömrəli alqı-satqı müqaviləsi üzrə 19533 manat 26 qəpik əsas borc, 900 manat cərimə borcu olmaqla cəmi 20433 (iyirmi min dörd yüz otuz üç) manat 26 (iyirmi altı) qəpik borc, 151 (bir yüz əlli bir) manat 30 (otuz) qəpik ödənilmiş dövlət rüsumu və 600 (altı yüz) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar