Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-838/2023 22.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Cavabdeh 24 234.50 manat məbləğində ödənilməmiş borc vəsaiti, 200.00 manat məbləğində ödənilmiş ilkin mediasiya sessiyasında iştirak haqqı, ümumilikdə 24 434.50 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Odur ki, barışıq sazişinin şərtlərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.Cavabdeh iddia tələbini 15192,73 manat hissədə könüllü olaraq etiraf edir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində hər ay 3038.55 manat ödəməyi öhdəsinə götürür. 2.İddiaçı cavabdehin etirafını qəbul edir və cavabdeh tərəfindən ödənişlər tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə cavabdehə qarşı hər hansı əlavə tələb, iddia və şikayət olmayacaqdır. 3.Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini pozaraq ödənişləri 3 təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasıdan açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, barışıq sazişinin məcburi qaydada icra olunması üçün məhkəməyə müraciət etsin. 4.Barışıq sazişi hər hansı hədə-qorxu, aldatma, zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir. 5.Barışıq sazişi Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan e-2- 2(115)-838/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır.
6. Barışıq sazişi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir. 7.Barışıq sazişi üzrə yaranmış mübahisəlrə səlahiyyətli məhkəmə kimi Gəncə Kommersiya Məhkəməsində baxılacaqdır. Məzmunundan göründüyü kimi barışıq sazişinin mahiyyəti ondan ibarətdir ki, tərəflər borc vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini müddəalarını nəzərdən keçirib hesab edir ki, bu razılaşma qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından saziş təsdiq olunmalı və bu əsasla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261-262-ci, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Cavabdeh iddia tələbini 15192,73 manat hissədə könüllü olaraq etiraf edir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində hər ay 3038.55 manat ödəməyi öhdəsinə götürür. 2.İddiaçı cavabdehin etirafını qəbul edir və cavabdeh tərəfindən ödənişlər tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə cavabdehə qarşı hər hansı əlavə tələb, iddia və şikayət olmayacaqdır. 3.Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini pozaraq ödənişləri 3 təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasıdan açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının barışıq sazişinin məcburi qaydada icra olunması üçün məhkəməyə müraciət etmək hüququ yaranır. İş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev