Məhkəmə qərarları › İş №e-2-2(115)-84/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-84/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-84/2022 16.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə 24.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq odəmədiyi – 109382 manat 72 qəpik, bank uçot dərəcəsi 6836 manat 42 qəpik, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ümumilikdə 116619 manat 14 qəpik məbləğdə pul vəsaitini Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin oktyabr ayından etibarən İddiaçı MMC ilə bağlanmış distribütor müqavilələrinə əsasən iddiaçının istehsal etdiyi süd və süd məhsullarının Gəncə regionu üzrə satışını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən təhvil aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 109382 manat 72 qəpik məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilələrin 5.1. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən - hər ayın 20-si tarixinə (20-si tarixi daxil olmaqla) qədər təhvil aldığı malların dəyərini həmin ayın son tarixinə kimi; - hər ayın 21-dən həmin ayın son gününə kimi təhvil aldığı malların dəyərini növbəti ayın 10-na kimi tam olaraq ödəməlidir. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq və tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və bu günkü günə qədər ödənilməmişdir. Həmin müqavilənin 10.1. bəndinə əsasən mübahisələr və fikir ayrılıqları baş verdikdə tərəflər danışıqlar yolu ilə onları həll etməyə çalışacaqlar. Danışıqlar yolu ilə mübahisələrin həlli mümkün olmadıqda, tərəflər məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmək iqtidarındadılar. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borc bu günə kimi ödəməmişdir. Nəzərə alınsa ki, tərəflərindən ilkin mesiasiya sessiyasına görə 400 manat ödəniş edilmişdir. Nəzərə alınsa ki, 2021-ci ilin uçot dərəcəsi 6.25%-dir təşkil etmişdir, yaranmış borc məbləğinin bank uçot dərəcəsi - 6836 manat 42 qəpik təşkil edir. Beləliklə, cavabdehin ümumi borcu 116619 manat 14 qəpik təşkil edir. Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 98522 manat 16 qəpik manat dəymiş maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 385 manat 57 qəpik pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə iddiaçı Cavabdeh arasında 31.03.2020-ci il tarixli distribütor müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri məqsədli şəkildə icra etməmişdir. Belə ki, 2020-ci ilin sentyabr ayının 27-dən Vətən Müharibəsi başladıqdan sonra müharibə şəraitində olduqları üçün ümumilikdə ölkənin qərb regionu üzrə satış tamamilə dayanmış və həmin malların pulunun satış mağazalarından toplanması qeyri-mümkün olmuşdur. Xüsusilədə ermənistan silahlı birləşmələri tərəfindən Gəncə şəhərinə atılan raket zərbələrindən sonra bu kütləvi hal almışdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh həmin aylar üzrə verilmiş malların satış pulunu tələb etmişdir. Halbuki, 31.03.2020-ci il tarixli müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə bağlandıqdan sonra tərəflər əvvəlcədən görə və ya qarşısını ala bilmədiyi fövqəladə xarakterli hallara görə hazırkı müqavilə üzrə öhdəliklərinin qismən və ya tam icra edilməməsinə görə məsuliyyətdən azad olunurlar. Həmin borcun verilməsi ilə bağlı aralarında razılıq olunmuşdur ki, cavabdeh tərəf mallar ilə iddiaçını təmin etməyi öhdəsinə götürür və bunun qarşılığında da iddiaçı satışdan əldə olunacaq gəlir hesabına tələb edilən borcu hissəhissə ödəniş edərək, həmin borc məbləğini bağlayır. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Yəni iddiaçının sifariş etdiyi məhsulları təmin etməmişdir. Bundan başqa Cavabdeh yalan vədlər verərək bildirmişlər ki, sifariş etmiş olduğu malları göndərəcəklər. Bununla da, 3 ay yəni 2021-ci ilin yanvar, fevral və mart aylarında sifariş edilən malları təmin etmədikləri üçün iddiaçıya maddi ziyan vurmuşlar. Həmin müddət ərzində cavabdehin vermiş olduğu yalan vədlər sayəsində Cavabdeh, saxladığı işçilərə öz vəsaiti hesabına 26 nəfər işçinin əmək haqqlarını və digər xərcləri təmin etmişdir. (8 nəfər satış təmsilçisi, 1 nəfər satış müdiri, 1 nəfər anbardar, 2 nəfər anbar fəhləsi, 5 nələr sürücü, 5 nəfər sürücü köməkçisi, 1 nəfər operator, 1 nəfər mühasib, 2 nəfər meçendayzinq). Əgər cavabdeh olan şirkət Cavabdeh yalan vədlər verərək onu aldatmasa idi bu zaman Cavabdeh da həmin işçilərin saxlanma xərclərini qarşılamaz, onlarla arasında olan əmək müqavilələrinə xitam verərdi. Ümumilikdə həmin aylar üzrə işçilərin saxlanma xərcləri 39269 manat 83 qəpik təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30.12.2020-ci il tarixli distribütor müqaviləsi də bir daha onu sübut edir ki, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Bu görünüş üçün bağlanmış müqavilə ona görədir ki, cavabdeh şirkət Cavabdeh yalan vədlər verərək, onu müflis elmək niyyətində olmuşdur. Çünki iddiaçının sifariş verdiyi malların cavabdeh tərəfindən icra edilməməsi Cavabdeh maddi vəziyyətini xeyli dərəcədə ağırlaşdırmışdır. Bundan başqa həmin aylar ərzində yəni 2021-ci ilin yanvar ayından başlayaraq sentyabr ayınadək işçilərin saxlanma xərclərini çəkmiş və maddi vəziyyəti daha da ağırlaşmışdır. Cavabdeh İddiaçı MMC-nin bu hərəkətlərinin məqsədi çox aşkardır, ona görə ki, Cavabdeh gələcəkdə onlarla rəqabətdə olan hər hansı bir şirkətlə işləyə bilməsin. Çünki Cavabdeh başqa bir şirkətlə işləyəcəyi halda yerli bazar münasibətlərini yaxşı bildiyi üçün "xxxx" MMC-nin Qərb bölgəsi üzrə satışına təsir edəcəyini, dolayısı ilə bazardakı üstünlüyü ələ alacağı üçün bu yolla Cavabdehı sıradan çıxardacaq özlərinə borclu hala salmaq istəmişlər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəf vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bunun əyani sübutu isə ilkin iddia üzrə iddiaçı tərəf 30.12.2020-ci il tarixli distribütor müqaviləsini nədənsə məhkəməyə təqdim etməmişdir. Çünki həmin müqavilə ilə Cavabdeh ümid etmişdir ki, sifariş etdiyi mallar ilə cavabdeh şirkət onu tam təmin etdikdə, satışdan əldə olunan gəlir hesabına ona qarşı tətbiq edilmiş həmin əsassız borcu ödəyəcək. Lakin cavabdeh İddiaçı MMC verdiyi vədləri yerinə yetirməmiş, müqavilə üzrə üzərinə götürdyü öhədlikləri icra etməyərək, məqsədli şəkildə müddəti uzatmış və beləliklədə Cavabdeh maddi ziyan vurmuşdur. Çünki bazar münasibətlərində Cavabdeh həmin məhsulları satmış olduğu mağazalar xəbər tutduqda ki, artıq o distribütor vəzifələrini icra etməkdən süni yolla məhrum olduğuna görə yığılmış borclarını ona yox, məhz gələcəkdə distribütor kim olarsa ödənişləri həmin şəxsə ödəyəcəklər. 31.03.2020-ci il tarixli və 30.12.2020-ci il tarixli distribütor müqaviləsinin 3.2.1-ci qeydinə əsasən şirkət distribütor tərəfindən edilən sifarişi təsdiq etdiyi gündən etibarən 3 iş günü ərzində malın çatdırılmasını təmin etməlidir. Müqavilənin şərtlərinə əsasən şirkət öz öhdəliklərini icra etməyərək Cavabdehı sifariş verdiyi məhsullarla təmin etməmişdir. Şirkət qərəzli olaraq malları təmin etmədiyi üçün iddiaçı qazanc əldə edə bilməmişdir. Dolayısı ilə ancaq şirkət üçün işləmişdir. Distribütorun ortalama aylıq satışlarına diqqət etdikdə görünür ki, 2020-ci ilin 2 ayının noyabr-dekabr ayları üzrə satışı 337921 manat 48 qəpik təşkil etmişdir, bunu isə iş günlərinin sayına bölən zaman (yəni 337921.48:52 günə=6.481) 6.481 azn təşkil edir. Cavabdeh tərəfindən malların təminatı düzgün qaydada edildikdə bu günlük satışın pulu edir. 2021-ci ilin yanvar, fevral, mart ayının 9-a qədər cavabdeh şirkət sifariş edilən malları təmin etmədiyi üçün bu aylar üzrə satış cəmi 92598 manat 34 qəpik təşkil etmişdir. 60 günü (2021-ci ilin yanvar fevral ayları götürülür) günlük satışın qiymətinə vurduqda yəni 60*6.481azn=388.860 azn təşkil edir. Bu isə iddiaçı Cavabdeh satışı olmalı idi həmin aylar üzrə 388.860 azn-92598.34 azn = 296261.66 azn itən satışdır. Bu satışın 20 faizi isə qazanc deməkdir. Yəni itən satışı 296261.66*20%=59252.33 azn təşkil edir. Cavabdeh şirkət sifariş edilən malları qəsdli şəkildə təmin etmədiyi üçün Cavabdeh 59252 manat 33 qəpik maddi ziyana uğradılmışdır. 30.12.2020-ci il tarixli müqavilə imzalandıqdan sonra cavabdeh şirkət İddiaçı MMC üzərinə götürdüyü, sifariş edilən malların təmin edilməsi öhdəliyini icra etməyərək, məqsədli şəkildə iddiaçı Cavabdeh özlərinə borclu vəziyyətə salmışdır. İlkin iddiaçı “AZ FP CO LTD» MMC-nin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, iddia ərizəsində qeyd edilən borc məbləğinin 105521 manat qəbul edilməsini xahiş etmişdir. Faktiki borc məbləği 105521 manat olduğunu təsdiq etmiş, əlavə olaraq cavabdehdən 400 manat mediasiya xərclərinin tutulmasını da xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa və ilkin iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, faktiki borc məbləği 105521 manatdır, sadəcə olaraq qaimə sistemə işlənmədiyindən əvvəl 109382 manat 72 qəpik tələb etmişlər. Qarşılıqlı iddia üzrə heç bir tələbi qəbul etmir. Qarşılıqlı iddia üzrə iddiaçının il boyu borcu olmuş və bu borcu ödəmədiyindən dolayı haqlı olaraq ona yeni mal verilməmişdir. İlkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ilkin iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, 2019-cu ilin oktyabrından şirkətlə əməkdaşlıqları davam edir və aralarında problem olmayıb, sadəcə müharibə dönəmində satışların az olmasından irəli gələrək məhsullar məhv olmuşdur. Əvvəllər 600 mağaza ilə müqavilə bağlamış və hər yerdə istənilən məhsulu tapmaq olurdu, amma bu indi mümkün deyil. Sonradan şirkətdən satmaq üçün mal istəmiş, amma onlar mal vermədilər. Ona görə də, şirkətə borcu yarandı. Həmçinin, süd məhsullarının yararlılıq müddəti azdır və bu səbəbdən onun borcu formalaşıb 11 avqust tarixində onun borcu 105000 manat, lakin indi bu borc 109000 manata qalxmışdır. İddianın 105000 manatdan artıq hissəsi ilə razı deyil və qarşılıqlı iddia ərizəsində məhkəmədən tələblərini xahiş etmişdir. Razılaşmaya əsasən onlar həmişə ayın son və ilk günlərində pul yağmışdılar. Sentyabr ayında onlara mal həmişəkindən artıq göndərilmiş və onlar bunun pulunu yığa bilməmişdir. Malı onlardan alıb paylamış, lakin pulu müştərinlərindən yığa bilməmişdir. Bu günə qədər ******* manat ödəniş etmiş, sonuncu 105000 manatı ödəməyə maddi imkanı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil ilkin iddia tələbini qismən qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia əsassızdır. Belə ki, cavabdeh İddiaçı MMC ilə iddiaçı Cavabdeh arasında 31.03.2020-ci il tarixli distribütor müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri məqsədli şəkildə icra etməmişdir. Belə ki, 2020-ci ilin sentyabr ayının 27-dən Vətən Müharibəsi başladıqdan sonra müharibə şəraitində olduqları üçün ümumilikdə ölkənin qərb regionu üzrə satış tamamilə dayanmış və həmin malların pulunun satış mağazalarından toplanması qeyrimümkün olmuşdur. Xüsusilədə ermənistan silahlı birləşmələri tərəfindən Gəncə şəhərinə atılan raket zərbələrindən sonra bu kütləvi hal almışdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh həmin aylar üzrə verilmiş malların satış pulunu tələb etmişdir. Halbuki, 31.03.2020-ci il tarixli müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə bağlandıqdan sonra tərəflər əvvəlcədən görə və ya qarşısını ala bilmədiyi fövqəladə xarakterli hallara görə hazırkı müqavilə üzrə öhdəliklərinin qismən və ya tam icra edilməməsinə görə məsuliyyətdən azad olunurlar. Həmin borcun verilməsi ilə bağlı aralarında razılıq olunmuşdur ki, cavabdeh tərəf mallar ilə iddiaçını təmin etməyi öhdəsinə götürür və bunun qarşılığında da iddiaçı satışdan əldə olunacaq gəlir hesabına tələb edilən borcu hissə-hissə ödəniş edərək, həmin borc məbləğini bağlayır. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Yəni iddiaçının sifariş etdiyi məhsulları təmin etməmişdir. Bundan başqa Cavabdeh yalan vədlər verərək bildirmişlər ki, sifariş etmiş olduğu malları göndərəcəklər. Bununla da, 3 ay yəni 2021-ci ilin yanvar, fevral və mart aylarında sifariş edilən malları təmin etmədikləri üçün iddiaçıya maddi ziyan vurmuşlar. Həmin müddət ərzində cavabdehin vermiş olduğu yalan vədlər sayəsində Cavabdeh, saxladığı işçilərə öz vəsaiti hesabına 26 nəfər işçinin əmək haqqlarını və digər xərcləri təmin etmişdir. (8 nəfər satış təmsilçisi, 1 nəfər satış müdiri, 1 nəfər anbardar, 2 nəfər anbar fəhləsi, 5 nələr sürücü, 5 nəfər sürücü köməkçisi, 1 nəfər operator, 1 nəfər mühasib, 2 nəfər meçendayzinq). Əgər cavabdeh olan şirkət Cavabdeh yalan vədlər verərək onu aldatmasa idi bu zaman Cavabdeh da həmin işçilərin saxlanma xərclərini qarşılamaz, onlarla arasında olan əmək müqavilələrinə xitam verərdi. Ümumilikdə həmin aylar üzrə işçilərin saxlanma xərcləri 39269 manat 83 qəpik təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30.12.2020-ci il tarixli distribütor müqaviləsi də bir daha onu sübut edir ki, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Bu görünüş üçün bağlanmış müqavilə ona görədir ki, cavabdeh şirkət Cavabdeh yalan vədlər verərək, onu müflis elmək niyyətində olmuşdur. Distribütorun ortalama aylıq satışlarına diqqət etdikdə görünür ki, 2020-ci ilin 2 ayının noyabr-dekabr ayları üzrə satışı 337921 manat 48 qəpik təşkil etmişdir, bunu isə iş günlərinin sayına bölən zaman 6.481 manat təşkil edir. Cavabdeh tərəfindən malların təminatı düzgün qaydada edildikdə bu günlük satışın pulu edir. 2021-ci ilin yanvar, fevral, mart ayının 9-a qədər cavabdeh şirkət sifariş edilən malları təmin etmədiyi üçün bu aylar üzrə satış cəmi 92598 manat 34 qəpik təşkil etmişdir. 60 günü günlük satışın qiymətinə vurduqda yəni 60*6.481manat=388.860 manat təşkil edir. Bu isə iddiaçı Cavabdeh satışı olmalı idi həmin aylar üzrə 388.860 manat-92598.34 manat = 296261.66 manat itən satışdır. Bu satışın 20 faizi isə qazanc deməkdir. Yəni itən satışı 296261.66*20%=59252.33 manat təşkil edir. Cavabdeh şirkət sifariş edilən malları qəsdli şəkildə təmin etmədiyi üçün Cavabdeh 59252 manat 33 qəpik maddi ziyana uğradılmışdır. 30.12.2020-ci il tarixli müqavilə imzalandıqdan sonra cavabdeh şirkət İddiaçı MMC üzərinə götürdüyü, sifariş edilən malların təmin edilməsi öhdəliyini icra etməyərək, məqsədli şəkildə iddiaçı Cavabdeh özlərinə borclu vəziyyətə salmışdır. Cavabdeh hüquqlarını bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Əgər iddiaçı görürdüsə bu cavabdeh satışı həyata keçirə bilmir və ödənişi etməkdə çətinlik çəkir. Nə üçün satış hədəfini dayanmadan yüksəldirdi? Əgər bu borc qəsdən ödənilmirsə, niyə bəs müharibəyə qədər belə bir şey olmayıb yalnız sentyabr ayından bu problem olub. Bunlar hamısı araşdırılmalıdır. Qaldı ki MM-in 449.1-ci maddəsinə həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarı var orda deyilir ki, bu o zaman hesablanır ki, burada faydalanma olsun. İndi ki halda bundan söhbət gedə bilməz. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər, lakin Cavabdeh vəkili Vəkil məhkəməyə elektron qaydada vəsatət göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, 15.02.2022-ci il tarixli əlavə ekspertizanın keçirilməsi barədə olan vəsatətinin təmin edilməsini, bu mümkün olmadıqda isə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və onun vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş istehsalçı “AZ FP CO LTD» MMC ilə distribütor Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli 4509/**********-R/19 nömrəli, 31 mart 2020-ci il tarixli 07/**********-S/20 nömrəli və 30 dekabr 2020-ci il tarixli **********/21 nömrəli distribütorluq müqavilələrindən görünür ki, şirkətin tapşırığı əsasında distribütor şirkətin istehsal etdiyi süd və süd məhsullarının Azərbaycan Respublikasının Gəncə regionu üzrə satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Elektron qaimə sənədlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 109382 manat 72 qəpik dəyərində mallar satmışdır. “AZ FP CO LTD» MMC-yə məxsus süd və süd məhsullarının təhvil-qəbulu barədə aktlardan görünür ki, cavabdehə 109382 manat 72 qəpik dəyərində süd və süd məhsulları təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2021-ci il tarixli 1416 nömrəli maliyyə arayışından görünür ki, fiziki şəxs Cavabdeh İddiaçı MMC-yə ƏDV daxil 109382 manat 72 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 yanvar 2022-ci il tarixli 9/9221 nömrəli rəyindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödənilməli olan borcunu miqdarı ümumilikdə 109382 manat 72 qəpik məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun arayışından görünür iddiaçı 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən satış üçün 109382 manat 72 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair İddiaçı MMC qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam həcmdə yerinə yetirməyərək, iddiaçıya 105521 manat borcu qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, 105521 manat məbləğində borc və 400 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 145 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı tərəfindən Cavabdeh ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. 105521 manat məbləğində borc və 400 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. 145 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar