Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-844/2025 25.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9995,35 manat əsas borcun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2021-ci il tarixli, 214 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2023-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 9.995,35 (doqquz min doqquz yüz doxsan beş manat 35 qəpik) manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsində bildirmişdir ki, iddia ərizəsində qeyd olunan məbləğ düzgün deyil, belə ki, onun qeyd olunan məbləğdə borcu yoxdur. Məbləğ artıq yazılıbdır.
4. 07.05.2025-ci tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 9.995,35 (doqquz min doqquz yüz doxsan beş manat 35 qəpik) manat pulun, vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat xidmət haqqının ve dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat vesaitin tutularaq "xxxx" MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
II. Sübutların tədqiqi
7. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 214 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırlacaq sement, beton və s. malı Alıcıya satır, Alıcı isə malı alır və dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
8. 01 aprel 2021-ci il tarixli 01 saylı əlavə, 30 may 2021-ci il tarixli 02 saylı əlavə, 11 oktyabr 2021-ci il tarixli 03 saylı əlavə, 01 dekabr 2021-ci il tarixli 04 saylı əlavə, 15 avqust 2022-ci il tarixli 05 saylı əlavə, 01 fevral 2023-cü il tarixli 06 saylı əlavədən görünür ki, malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmışdır.
9. Çıxarışdan və nizamnaməyə edilmiş dəyişiklikdən görünür ki, Cəmiyyətin əvvəlki adı "xxxx" MMC olmaqla, hazırki adı İddiaçı MMC-dir.
10. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021ci il tarixli 713077 nömrəli qaimə üzrə 3640 manat, xx.xx.2021-ci il tarixli 570114 nömrəli qaimə üzrə 3640 manat, xx.xx.2021-ci il tarixli 641327 nömrəli qaimə üzrə 3640 manat, xx.xx.2021-ci il tarixli 124081 nömrəli qaimə üzrə 3640 manat, xx.xx.2021-ci il tarixli 296019 nömrəli qaimə üzrə 3552 manat, xx.xx.2021-ci il tarixli 822963 nömrəli qaimə üzrə 3656 manat, xx.xx.2021-ci il tarixli 860438 nömrəli qaimə üzrə 3848 manat, xx.xx.2021-ci il tarixli 228310 nömrəli qaimə üzrə 3848 manat, xx.xx.2022-ci il tarixli 321004 nömrəli qaimə üzrə 3868,40 manat, xx.xx.2022-ci il tarixli 828893 nömrəli qaimə üzrə 3552 manat, xx.xx.2022-ci il tarixli 328351 nömrəli qaimə üzrə 3960 manat, xx.xx.2022-ci il tarixli 178479 nömrəli qaimə üzrə 3848 manat, xx.xx.2022-ci il tarixli 960479 nömrəli qaimə üzrə 3704 manat, xx.xx.2023-cü il tarixli 709565 nömrəli qaimə üzrə 4072 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
11. Əmtəə nəqliyyat qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 24 ton, 408 kisə, 12 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 24 ton, 408 kisə, 12 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə ilə 25,4 ton, 536 kisə, 13 palet, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə ilə 24 ton, 480 kisə, 12 palet, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə ilə 26 ton, 520 kisə, 13 palet sement məhsulları təhvil verilmişdir.
12. Ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixli, **********/226972988 nömrəli ödəniş tapşırığı ilə 1640 manat, xx.xx.2021-ci il tarixli, **********/242909407 nömrəli ödəniş tapşırığı ilə 3020 manat, xx.xx.2021-ci il tarixli, **********/254621668 nömrəli ödəniş tapşırığı ilə 2900 manat, xx.xx.2021-ci il tarixli, **********/261579798 nömrəli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2021-ci il tarixli, **********/275544887 nömrəli ödəniş tapşırığı ilə 10460 manat, xx.xx.2021-ci il tarixli, **********/306719478 nömrəli ödəniş tapşırığı ilə 6000 manat, xx.xx.2022-ci il tarixli, **********/427792022 nömrəli ödəniş tapşırığı ilə 1500 manat, xx.xx.2022-ci il tarixli, **********/448802289 nömrəli ödəniş tapşırığı ilə 1500 manat, xx.xx.2022-ci il tarixli, **********/461609290 nömrəli ödəniş tapşırığı ilə 4176 manat, xx.xx.2022-ci il tarixli, **********/473587571 nömrəli ödəniş tapşırığı ilə 1500 manat, xx.xx.2022-ci il tarixli, **********/478050496 nömrəli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2023-cü il tarixli, **********/548384809 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2023-cü il tarixli, **********/579228976 nömrəli ödəniş tapşırığı ilə 500 manat, xx.xx.2023-cü il tarixli, **********/593005142 nömrəli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2023-ci il tarixli, **********/596800885 nömrəli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2023-cü il tarixli, **********/631245303 nömrəli ödəniş tapşırığı ilə 1072 manat, xx.xx.2023-cü il tarixli, **********/643317116 nömrəli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2024-cü il tarixli, **********/706574415 nömrəli ödəniş tapşırığı ilə 500 manat, xx.xx.2024-cü il tarixli, **********/737469304 nömrəli ödəniş tapşırığı ilə 500 manat, xx.xx.2024-cü il tarixli, **********9/907480041 nömrəli ödəniş tapşırığı ilə 5 manat, xx.xx.2024-cü il tarixli, **********3/898865483 nömrəli ödəniş tapşırığı ilə 200 manat pul Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
13. 14.10.2024-cü il il tarixli məktubun surətindən görünür ki, cavabdehə yaranmış borcun 5 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
IV. Məhkəmənin mövqeyi a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 214 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırlacaq sement, beton və s. malı Alıcıya satır, Alıcı isə malı alır və dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 9995,35 manat borcu qalmışdır.
18. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 214 nömrəli alqı-satqı müqaviləsi üzrə 9995,35 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
25. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
26. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
29. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və iddia tələbinə etiraz ərizəsi ünvanlamasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – etirazın əsası kimi heç bir hala istinad etməməsi, borcunun olmadığını sübut etməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də 120 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 120 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat pul cavabdеh Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
35. İddiaçı, həmçinin, 325 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında müavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna Vəkil xidmətlərinə görə 325 manat məbləğində vəkil haqqı ödənilmişdir.
38. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 325 manat məbləğində pulun tutulması ağlabatandır.
V. Məhkəmənin gəldiyi nəticə
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 214 nömrəli alqı-satqı müqaviləsi üzrə 9995,35 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
40. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 214 nömrəli alğı-satqı müqaviləsi üzrə 9995,35 (doqquz min doqquz yüz doxsan beş manat otuz beş qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli