Məhkəmə qərarları › İş №e-2-2(115)-845/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-845/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-845/2025 07.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı “X7 X4 Sənaye Və Ticarət” Ltd şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X7 X4 Sənaye Və Ticarət” Ltd şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədədinin dəyəri 26.400 ABŞ dolları olmaqla 5 ədəd ümumi dəyəri 132.000 ABŞ dolları olan "Avtomatik boya vurma qurutma kabinələrini", dəyəri 80.000 ABŞ dolları olan 1 ədəd Çoxlu deşik açan dəzgahın və dəyəri 68.000 ABŞ dolları olan 1 ədəd Kənar bantlama dəzgah avadanlıqları və avadanlıqlar olmadıqda onların dəyəri 280.000 (iki yüz səksən min) ABŞ dolları alınıb (ödənilən gün mərkıəzi bankın müəyyən etdiyi məzənnə ilə) iddiaçı “İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı ilə cavadeh Cavabdeh arasında birgə fəaliyyət göstərmək üçün 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqavilə və onun 1 saylı Əlavəsi, 30 mart 2017-ci il tarixli 1 saylı müqaviləyə edilmiş 01 nömrəli Dəyişiklik bağlanmışdır. Həmin müqaviləni bağlamaqda iddiaçının məqsədi birgə mebel istehsalı sahəsi yaratmaq və birgə fəaliyyət göstərmək olmuşdur. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqaviləyə və onun 1 saylı Əlavəsinə, 30 mart 2017-ci il tarixli 1 saylı müqaviləyə edilmiş 01 nömrəli Dəyişikliyə əsasən iddiaçı “İddiaçı 1 ədədinin dəyəri 26.400 ABŞ dolları olmaqla 5 ədəd ümumi dəyəri 132.000 ABŞ dolları olan "Avtomatik boya vurma qurutma kabinələri", dəyəri 80.000 ABŞ dolları olan 1 ədəd Çoxlu deşik açan dəzgah və dəyəri 68.000 ABŞ dolları olan 1 ədəd Kənar bantlama dəzgahı vermiş, cavabdeh isə həmin dəzgahları qəbul etmişdir. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqavilənin 1.1. bəndinə əsasən, bu Müqaviləyə əsasən tərəflər Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanında yerləşən ərazidə Cavabdeh mülkiyyətində olan Əmlak Kompleksinin bazası əsasında Birgə Mebel istehsal sahəsi yaradırlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "Birinci təsisçi" olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh ivestisiya olaraq onun mülkiyyətində olan 1.844 ha torpaq sahəsində Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanda yerləşən dəyəri 1.100.000 manat olan əmlak Kompleksini investisiya olaraq qoyur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, "İkinci təsisçi" Türkiyə Cümhuriyyəti tərəfindən Akhisar Mh., 2 Fatih Cd., № 04 İnegöl/Bursa Türkiyə ünvanında fəaliyyət göstərən “İddiaçı isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı Əlavə) investisiya olaraq mebel istehsal etmək ilə Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Birinci təsisçi" "İkinci təsisçi" tərəfindən göndərilən və onun mülkiyyəti hesab edilən bu müqavilənin əlavəsində göstərilən dəzgah vəavadanlıqları qəbul etmək və birgə ortaqlıq fəaliyyəti müqaviləsinə əsasən yeni yaradılacaq istehsal sahəsinə yönləndirlməlir. İddiaçı tərəfindən bu müqavilənin 1.3-cü bəndinə qeyd olunan əmlaklar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin əmlakları qəbul etmiş və bunun əsasında özünün adına ivestsiya təşviqi sənədi almış və mebel istehsal edən müəssisəni yaratmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə vəsatət təqdim edərək, Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı “DÖRTAK MOBİLYA HALİ X4 SƏNAYE VƏ TİCARƏT" LTD tərəfindən Gəncə Kommersiya Məhkəməsində mülki iddia qaldırılmış, Cavabdeh 1 ədədinin dəyəri 26.400 ABŞ dolları olmaqla 5 ədəd ümumi dəyəri 132.000 ABŞ dolları olan "Avtomatik boya vurma qurutma kabinələrini", dəyəri 80.000 ABŞ dolları olan 1 ədəd Çoxlu deşik açan dəzgahın və dəyəri 68.000 ABŞ dolları olan 1 ədəd Kənar bantlama dəzgah avasdanlıqları və avadanlıqlar olmadıqda onların dəyəri 280.000 (iki yüz səksən min) ABŞ dolları alınıb (ödənilən gün mərkıəzi bankın müəyyən etdiyi məzənnə ilə) iddiaçı “İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. “DÖRTAK MOBİLYA HALİ X4 SƏNAYE VƏ TİCARƏT" LTD şirkəti ilə cavadeh Cavabdeh arasında birgə fəaliyyət göstərmək üçün 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqavilə və onun 1 saylı Əlavəsi, 30 mart 2017-ci il tarixli 1 saylı müqaviləyə edilmiş 01 nömrəli Dəyişiklik bağlanmışdır. Həmin müqaviləni bağlamaqda iddiaçının məqsədi birgə mebel istehsalı sahəsi yaratmaq və birgə fəaliyyət göstərmək olmuşdur. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqaviləyə və onun 1 saylı Əlavəsinə, 30 mart 2017-ci il tarixli 1 saylı müqaviləyə edilmiş 01 nömrəli Dəyişikliyə əsasən iddiaçı “İddiaçı 1 ədədinin dəyəri 26.400 ABŞ dolları olmaqla 5 ədəd ümumi dəyəri 132.000 ABŞ dolları olan "Avtomatik boya vurma qurutma kabinələri", dəyəri 80.000 ABŞ dolları olan 1 ədəd Çoxlu deşik açan dəzgah və dəyəri 68.000 ABŞ dolları olan 1 ədəd Kənar bantlama dəzgahı vermiş, cavabdeh isə həmin dəzgahları qəbul etmişdir. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli Müqavilənin 1.1. bəndinə əsasən, bu Müqaviləyə əsasən tərəflər Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanında yerləşən ərazidə Cavabdeh mülkiyyətində olan Əmlak Kompleksinin bazası əsasında Birgə Mebel istehsal sahəsi yaradırlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "Birinci təsisçi" olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh ivestisiya olaraq onun mülkiyyətində olan 1.844 ha torpaq sahəsində Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanda yerləşən dəyəri 1.100.000 manat olan əmlak Kompleksini investisiya olaraq qoyur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, "İkinci təsisçi" Türkiyə Cümhuriyyəti tərəfindən Akhisar Mh., 2 Fatih Cd., № 04 İnegöl/Bursa Türkiyə ünvanında fəaliyyət göstərən “İddiaçı isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı Əlavə) investisiya olaraq mebel istehsal etmək ilə Gəncə şəhəri, X8 küçəsi, 72 A saylı ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, "Birinci təsisçi" "İkinci təsisçi" tərəfindən göndərilən və onun mülkiyyəti hesab edilən bu müqavilənin əlavəsində göstərilən dəzgah və avadanlıqları qəbul etmək və birgə ortaqlıq fəaliyyəti müqaviləsinə əsasən yeni yaradılacaq istehsal sahəsinə yönləndirməlidir. İddiaçı tərəfindən bu müqavilənin 1.3-cü bəndinə qeyd olunan əmlaklar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin əmlakları qəbul etmiş və bunun əsasında özünün adına ivstsiya təşviqi sənədi almış və mebel istehsal edən müəssisəni yaratmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyəti yaradır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin Pelnumunun Qərarının 4-cü bəndində əsasən, Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Qərarın 19-cu bəndinə əsasən, Dəlduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma hallarından fəqləndirilməli və bu zaman nəzərə alınmalıdır ki, bu cür ziyan vurmanı zərərin miqdarından asılı olaraq cinayət və yaxud inzibati xəta kimi təsnif edən müvafiq olaraq Cinayət Məcəlləsinin 184-cü maddəsi və İnzibati Xətalar Məcəlləsinin 227-1-ci maddəsi Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə ləğv edildiklərinə görə, artıq belə əməllər vurulmuş ziyanın nə qədər təşkil etməsindən asılı olmayaraq mülki məsuliyyətə səbəb olan hüquq pozuntusu kimi nəzərdən keçirilməlidir. Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətinde, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mallar biznes-plan əsasında təhvil verilib. Biznes-planda gömrükdə təsdiq olunan mallar göstərilir. Avadanlıqların dəyəri biznes-planda göstərilən məbləğlərdən çox yüksəkdir. Onlar çox mal təhvil vermişlər, lakin Cavabdeh təhvil verilən avadanlıqları etiraf etmir. Əgər onlar İqtisadiyyat Nazirliyinə sorğu göndərsələr, həmin mallar haqqında və onların Cavabdeh istifadəsində olub-olmaması haqqında məlumat əldə edə bilərlər. Onların subyektiv hüququnu təsdiq edən əqdlər, müqavilələr var. Cavabdeh müqavilədən xəbəri olub. Müqavilənin əslini həmin gün müvafiq orqana təqdim ediblər, ona görə də müqaviləyə dəyişiklik olub. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, həmin malların Azərbaycan Respublikasında təhvil alınıb-alınmaması, kimə verilməsini təsdiq edən sənəd yoxdur. Türkiyədən Azərbaycana mallar gətirilib. Bunu təsdiq edən DGK-nin təsdiq etdiyi bəyannamələr var. Bundan başqa, boyama-qurutma kabinəsi müqaviləyə uyğun gəlmir. Qarşı tərəfin iddia qaldırmağı üçün subyektiv hüququ belə yoxdur. Cavabdeh İqtisadiyyat Nazirliyinə titul vərəqini təhvil verdikdə, orada tək özünün deyil, digər tərəfin də adını qeyd edib, yəni qanunsuz hərəkət etməyib. 30 mart 2017-ci il tarixli müqaviləyə dəyişikliklər var. Müqavilə Cavabdeh nümayəndəsi Nizami Babayev tərəfindən imzalanıb. Əgər sənədlərin özü təqdim edilsə, onlar imzaların onlara məxsus olub-olmadığını müəyyənləşdirə bilərlər. İddia tələbi əsassızdır. Bundan başqa səs yazısının necə və hansı şəraitdə əldə olunduğu, qarşı tərəfin hansı sualının cavabı olduğu onlara məlum deyil. Buna görə də düşünürlər ki, səs yazısı mötəbər hesab oluna bilməz. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: birgə fəaliyyətə dair müqavilə və ona dəyişiklik, biznes plan, məhkəmə qərarları, investiya təşviqi sənədi, təsdiq edici sənəd, sərəncam və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqaviləsinin 5-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danıçıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Göründüyü kimi tərəflər öz aralarında bağladıqları müqavilə ilə müqavilədən yaranan mübahisələrin həlli üçün Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyəti barədə razılığa gəlmişlər. İddiaçı da iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. Belə ki, tələbin əsasını müqavilədən əmələ gələn iddia təşkil etdiyindən və tərəflər müqavilədə yaranacaq mübahisələrin həlli üçün Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyətini razılaşdırdığından, məhkəmə hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsassən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İş materiallarında olan Cavabdeh və Ak Turan arasında bağlanmış 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən, tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər və birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Cavabdeh və “X5 X4 sanaye və Ticaret LTD” Şirkəti arasında bağlanmış 30 mart 2017-ci il tarixli, 1 nömrəli müqaviləyə əsasən, tərəflər ünvan 2 ünvanında yerləşən ərazidə Cavabdeh mülkiyyətində olan Əmlak Kompleksinin bazası əsasında birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Müqavilənin 1.2-ci bəndinə əsasən, birinci təsisçi olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 3 ünvanında yerləşən dəyəri ******* manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, ikinci təsisçi “X5 X4 sanaye və Ticaret LTD” Şirkəti isə ümumi dəyəri 650450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanda yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 mart 2017-ci il tarixli dəyişikliyə əsasən həmin tarixli müqaviləyə dəyişiklik edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, nizamnamə kapitalı 2 200 000 manat olan "xxxx" MMC yaradılmışdır. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli “İnvestisiya təşviqi sənədi”ndən və xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlərdən görünür ki, Cavabdeh ünvan 4 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, “X7 X4 Sanaye və Ticarət LTD” Şirkəti tərəfindən göndərilmiş avadanlıqlar -1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli Sərəncamından görünür ki, fərdi sahibkar Cavabdeh verilmiş 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli investisiya təşviqi sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS-549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təsdiqedici sənədin alınması üçün “X5 X4 sanaye və Ticaret LTD” Şirkəti”ndən təhvil alınmış texnoloji avadanlıq və qurğuların siyahısından görünür ki, 15 adda ümumi dəyəri 650450 ABŞ dolları (1105765 manat) olan texnoloji avadanlıqlar və qurğular təhvil alınmışdır. Həmin siyahı isə X2 tərəfindən tərtib edilmişdir. İş materiallarında olan 15 sentyabr 2017-ci il tarixli aktdan görünür ki, tərəflər arasında bağlanılmış 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq Ak Turan özünə məxsus və bu akta əlavə edilmiş siyahıda göstərilən miqdarda mebel istehsalı üçün avadanlıqlarını Gəncə şəhəri, Kəpəz rayonu, X8 küçəsi 72 A ünvanına təhvil verərək mebel istehsalına yönəldilmişdir. Tərəflər arasında bağlanılmış aktın əlavəsindən görünür ki, 34 adda avadanlıq Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil aktına əsasən 34 adda avadanlıq "xxxx" MMC-yə təhvil verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) müstəqil tələb irəli sürən üçüncü şəxs “X5 X4 Sanaye Və Ticaret Ltd” şirkətinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun Cavabdehdan alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs “X5 X4 Sanaye Və Ticaret Ltd” şirkətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsi ilə “X5 X4 Sanaye və Ticaret LTD” şirkətinin iddiasının və apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin vəsatəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilərək kassasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh ilə “X5 X4 Sanaye və Ticaret LTD” Şirkəti 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilə bağlayaraq birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmaya gəlmişlər. Müqavilənin şərtlərinə əsasən Cavabdeh ona məxsus əmlak kompleksini, şirkətin adından Ak Turan isə mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün investisiya olaraq qoymağı öz öhdələrinə götürmüşlər. Eyni zamanda Ak Turan ilə Cavabdeh arasında bağlanılmış 01 mart 2017-ci il tarixli birgə fəaliyyətə dair müqaviləyə əsasən tərəflər özlərinin mülkiyyət istifadə, icarə və sahibkarlıq fəaliyyətlərindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədi ilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər bu müqaviləni bağlayıb birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxs idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət orqanlarından müvafiq güzəşt və imtiyazların alınmasını təmin etmək, o cümlədən yeni yaradılacaq istehsal müəssisənin avadanlıqlarını idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün müvafiq qaydada müəssisənin adına investisiya təşviqi sənədinin alınmasını təmin etmək Cavabdeh öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən Ak Turan "xxxx" MMC-nin fəaliyyətini təşkil etmək üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına bu müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlıqlarını göndərməklə idxal etmək və həmin avadanlıqları hüquqi şəxsin balansında onun bütün fəaliyyəti dövründə saxlanılacağını, hüquqi şəxsi idarə edəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı “X5 X4 Sanaye və Ticaret LTD” Şirkəti müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək avadanlıqları Cavabdeh təhvil vermişdir. Lakin Cavabdeh müqaviləyə əsasən ona göndərilmiş avadanlıqlara dair "xxxx" MMC-nin adına təşviqedici sənəd almalı olduğu halda öz adına almaqla müqavilə şərtlərini pozmuşdur. Daha sonra həmin avadanlıqlar xx.xx.2020-ci il tarixli təhvil aktına əsasən "xxxx" MMC-yə təhvil verilmişdir. Eyni zamanda “X5 X4 Sanaye və Ticaret LTD” Şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ı1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd FREZER DƏZGAHİ "NET MAK 2000 Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasını. Həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463 595 manatın, avadanlıqlar olmadıqda onların 785 222 manat əvəzin, üç il ərzində əldən çıxmış fayda qismində 6.659.829 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, hal-hazırda tələb etdikləri üç adda avadanlığın əvvəlki iddia ərizəsi adları qeyd olunmamış və onlar tələb edilməmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh 5 ədəd, 1 ədədinin dəyəri 26400 ABŞ dolları olmaqla, ümumi dəyəri 132000 ABŞ dolları olan avtomatik boya vurma və qurutma kabinələrini, olmadıqda isə onun dəyərinin tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi həmin avadanlıqların, olmadıqda isə onun dəyərinin ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Ak Turan və Bababyev Rahib arasında əvvəlcə xx.xx.2017-ci il tarixli birgə fəaliyyətə dair müqavilə bağlanılmışdır. Daha sonra isə xx.xx.2017-ci il tarixdə iddiaçı və Cavabdeh arasında birgə fəaliyyətə dair müqavilədə qeyd olunan avadanlıqların gətirilməsi üçün müqavilə bağlanılmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərərək avadanlıqları birgə istehsal məqsədilə cavabdehə təhvil vermiş, cavabdeh isə həmin avadanlıqları təhvil almışdır. Lakin sonradan Cavabdeh Ak Turanla aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə iddiaçı Ak Turanın Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 1 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçının öz əmlaklarını geri tələb etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil alınmış avadanlıqların siyahısından görünür ki, həmin avadanlıq Cavabdeh tərəfindən təhvil alınmış və siyahı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nizami Babayev tərəfindən tərtib olunmuşdur. Eyni zamanda avadanlıqlara dair investisiya təşviqi sənədinin və təsdiqedici sənədlərin alınması üçün Cavabdeh adından Biznes Plan və digər sənədlər İqtisadiyyat Nazirliyinə Nizami Babayev tərəfindən təqdim edilmişdir. Eyni zamanda Bines Planda da həmin avadanlıqların adı qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi həmin avadanlıqların onlara təhvil verilmədiyini bildirsə də, bunun əksini sübut edəcək hər hansı dəlil gətirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin avadanlıq cavabdehə təhvil verildiyindən ondan alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin dəyəri 80000 ABŞ dolları olan 1ədəd çoxlu deşik açan dəzgah və dəyəri 68000 ABŞ dolları olan 1 ədəd kənar bantlama dəzgahı avadanlıqları, olmadıqda isə onların dəyərinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli təhvil aktına əlavə edilmiş siyahıdan görünür ki, 1ədəd çoxlu deşik açan dəzgah və 1 ədəd kənar bantlama dəzgahı avadanlıqları Ak Turan tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Göründüyü kimi həmin avadanlıqlar Ak Turanın özünün təsisçi olduğu MMC-yə təhvil verilmişdir. Eyni zamanda iddiaçı X5 X4 Sanaye və Ticaret LTD” Şirkətinin rəhbəri də Turan Akdır. Göründüyü kimi həmin avadanlıqlar "xxxx" MMC-yə təhvil verilmiş, eyni zamanda onun nizamnamə kapitalına və balansına daxil edilmişdir. Məhkəmə hesab edir ki, həmin avadanlıqlar Ak Turanın özünün təsisçi olduğu MMC-yə təhvil verildiyindən və iddiaçı X5 X4 Sanaye və Ticaret LTD” Şirkətinin rəhbəri də Turan Ak olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. İddiaçı öz tələbində dövlət rüsumunun tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamandan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsi barədə vəsatəti rədd edilməlidir. Belə ki, dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etmək mümkün olmadığından vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədədinin dəyəri 26.400 ABŞ dolları olmaqla 5 ədəd ümumi dəyəri 132.000 ABŞ dolları olan avtomatik boya vurma qurutma kabinələri, olmadıqda isə onun dəyəri olan 132000 ABŞ dolları alınaraq (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) iddiaçı “X7 X4 Sənaye və Ticarət" Ltd şirkətinə verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar