Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-86/2022 06.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı borc tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеh X4 iddiаçı İddiaçı хеyrinə 5138 manat 90 qəpik qalıq borcun, 2055 manat 20 qəpik dəbbə pulunun, 60 manat mediasiya rüsumunun və vəkilə ödənilmiş 110 manat məhkəmə xərci olmaqla ümumilikdə 7364 manat 10 qəpik borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar X8 arasında 13.09.2019-cu il tarixli 04 saylı “malların alqı-satqısına” dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin 1.2-ci bəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti bu müqavilənin tərkib hissəsi olan razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. Müqavilənin 5.1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”dan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü maddəsinə əsasən “Alıcı” malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. 13.09.2019-cu il tarixli 04 saylı “malların alqısatqısına” dair müqaviləsinə əlavə olan 13.09.2019-cu il tarixli qiymət razılaşması protokolundan məlum olur ki, iddiaçı "xxxx" MMC tərəfindən ümumi dəyəri 3539 manat 40 qəpik məbləğində, kodu MK00036 olan 4 ədəd Minor 1x6 mm naqil, kodu MK200019 olan 5 ədəd 2x2,5 mm kabel, kodu MK 300019 olan 2 ədəd 3x2,5 mm kabel, kodu MK400010 olan 3 ədəd 4 x1,55 mm kabel, kodu MŞ00012 olan 4 ədəd 2x4 mm ŞVP, kodu MK00015 olan 30 ədəd 1x2,5 mm naqil, kodu MK00024 olan 1x4 mm naqil və kodu MN00014 olan 30 ədəd prekan kabel 1x4 naqil məhsulları X1 və həmin məhsullar satıcı tərəfindən qəbul edilmişdir. Həmin əlavəyə əsasən malların ƏDV-siz dəyəri 3594 manat 40 qəpik manat, ƏDV-li 4146 manat 49 qəpik təşkil etmişdir. Eyni zamanda 13.09.2019-cu il tarixli əlavənin müqavilənin ayrılmaz tərkib hissəsi sayılması və tərəflər arasından hesablaşmaların aparılması üçün əsas hesab edilməsi barədə razılığa gəlinmişdir. Bundan başqa, həmin müqaviləyə əlavə olan 18.09.2019-cu il tarixli qiymət razılaşması protokoluna əsasən ümumi dəyəri 796 manat 50 qəpik olan, kodu MN00015 olan 20 ədəd 1x2,5 mm naqil və kodu MK200015 olan 5 ədəd 2x2,5 mm kabel “Satıcı” tərəfindən “Alıcı”ya satılmışdır. 18.09.2019-cu il tarixli X9 əsasən satılmış malın ƏDV-siz dəyəri 796 manat 50 qəpik, ƏDV-li dəyəri isə 939 manat 87 qəpik təşkil etmişdir. Tərəflər arasında imzalanmış 18.09.2019-cu il tarixli digər X9 əsasən “Satıcı” tərəfindən “Alıcı”ya ümumi dəyəri 3013 manat olan, kodu MN00013 olan 60 ədəd 1x1,5 mm naqil, kodu MN00014 olan 20 ədəd 1x4 mm olan kabel, kodu MN 00024 olan 20 ədəd 1x4 mm naqil, kodu MK200024 olan 5 ədəd 2x4 mm kabel, kodu MK300015 olan, 3x2,5 mm olan kabel satmışdır. Satılmış malların dəyəri ƏDV-siz 3013 manat, ƏDV-li dəyəri isə 3555 manat 34 qəpik təşkil etmişdir. Əlavə olaraq tərəflər arasında 23.09.2019-cu il tarixli növbəti X10 imzalanmış, həmin müqaviləyə əsasən ümumi dəyəri 790 manat təşkil edən, kodu MK300024 olan 5 ədəd 3x4 kabel prekan “Satıcı” tərəfindən “Alıcı”ya satılmışdır. Nəticədə 13.09.2019-cu iltarixli 04 saylı Alqı-satqı müqaviləsinə əsasən “Satıcı” tərəfindən “Alıcı”ya ümumi dəyəri 8138 manat olan mal satılmış, “Alıcı” isə həmin malları təhvil almışdır. Lakin cavabdeh tərəfindən mövcud öhdəliklər lazımı qaydada icra edilməmiş, həmin məbləğindən 18.09.2019-cu il tarixdə 200 manat, 01.10.2019-cu il tarixində 400 manat, 12.10.2019-cu il tarixində 500 manat, 22.10.2019-cu il tarixində 400 manat, 29.10.2019-cu il tarixində 350 manat, 19.11.2019-cu il tarixində 500 manat, 30.11.2019-cu il tarixində 400 manat, 09.12.2019-cu il tarixində 250 manat olmaqla ümumilikdə 3000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh sonuncu dəfə 09.12.2019-cu il tarixində ödəniş həyata keçirdiyindən hazırda iddiaçı qarşısında 5138 manat 90 qəpik məbləğində icra edilməmiş öhdəlik mövcuddur. Qalıq borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh öhdəliklərin qarşılıqlı icrasından yayınmışdır. Sonuncu dəfə borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsini təmin etməyi xahiş edilmiş, əks təqdirdə bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh iddiaçı qarşısında olan öhdəliklərin icrasından imtina etmiş və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi anına qədər mövcud olan borcun ödənilməsini həyata keçirməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdeh X4 5138 manat 90 qəpik əsas borc, 18320 manat 17 qəpik dəbbə pulunun, 30 manat ödənilmiş dövlət rüsumunun, 40 manat mediasiya xərcinin və 110 manat vəkilə ödənilmiş xərcin cəmi 23639 manat 07 qəpik məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul qismən qəbul edərək, izahatında bildirdi ki, alqı-satqı müqaviləsi ilə tanışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 5138 manat məbləğində mal götürmüşdür. 2019-cu ilin 10 dekabrında hər kəsində bildiyi kimi “EuroHome”-da yanğın baş vermiş və iddiaçının bütün malı orda yanmışdır. Bütün şirkətlər eləcədə İddiaçı onlara bildirmişdilər ki, köməklik göstərəcəklər yanan malın əvəzinə mal verəcəklər ki, qoy vəziyyətləri düzəlsin. Onlardan nümayəndə kimi Ramin və İlkin adlı iki nəfər gəlmişdilər. Sonuncu dəfə onlar gələndə iddiaçının mağazasından 6000 min manatlıq başqa mal götürmüşlər ki, bu malın dəyərində onlara yeni mal verəcəkdir. Lakin sonradan onlardan xəbər gəlməmişdir. İddiaçı əlaqə saxlayanda demişdilər ki, mal yoxdu götürdükləri o puluda yanan malın əvəzinə saymışlar. Onların arasında olan telefon yazışmaları mövcuddur. Sonradan onlara Abşeron rayon poçtundan məktub göndərmiş, amma onlar heç bir cavab verməmişdilər. Cavabdehin iddiaçıya təxminən 3000-3500 manat arası borcu qalmışdır, lakin bunu təsdiq edən ödəniş sənədləri yoxdur. Ödənişləri İlkin adlı şəxsə vermişlər. Sonradan onlara deyilmişdir qalan borc silinəcəkdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə göndərərək e-2-2(115)-86/2022 saylı iş üzrə 06.01.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh bugünə qədər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə hər hansısa bir sübut təqdim etməmişdir. Lakin cavabdeh şirkətin əməkdaşlarından birinə zəng edərək sonuncu məhkəmə iclasında iştirak etdiyini, guya ödəniş etməsi barəsində məhkəməyə sübutlar təqdim edəcəyini və digər oğlanlarının şirkətlə bağladığı müqavilələrə görə ödədikləri məbləğləri özünün müqaviləsinə görə ödəndiyini əsas gətirərək iddianın təmin olunmamasına çalışacağını bildirmişdir. Cavabdehin özü ilə yanaşı oğlanları Yusif və Qafqaz Ocaqverdiyevlərin də şirkətlə bağlanmış müqavilələri mövcuddur ki, onlardan Yusif Ocaqverdiyevə qarşı iddia Gəncə Kommersiya Məhkəməsində olmuş, lakin mediasiya rəyi olmadığından iddia geri qaytarılmışdır. Hazırkı ərizəyə əlavə etdiyi qoşmadan da göründüyü kimi cavabdehin özü ilə yanaşı övladları -Yusif və Qafqaz Ocaqverdiyevlər də şirkətlə müqavilə bağlamış və hazırda həmin müqavilələr üzrə də borc mövcuddur. Bu səbəbdən cavabdehin ödənilmiş borca dair "Minor İnşaat MMC"-yə məxsus möhürlə təsdiqlənmiş qəbz olmadığı təqdirdə borcun ödənmiş göstərilməsinə dair təqdim edəcəyi sübutlar qeyri-mötəbər sayıldığından iddia tam təmin edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddiamın tam təmin edilməsi barəsində qətnamə qəbul etmənizi xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı ilə alıcı X8 arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli 04 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı razılaşma protokolunda və ya qaimə fakturada göstərilmiş malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2 bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5 faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2019-cu il tarixli 04 saylı alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan və tərəflər arasında hesablaşmaq üçün əsas hesab edilən 13.09.2019, 18.09.2019, 23.09.2019-cu il tarixli qiymət razılaşması protokollarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 8138 manat 90 qəpik məbləğində mal satılmışdır. 01.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli 04 saylı alqı-satqı müqaviləsi üzrə alıcı X2 İddiaçınə olan əsas borcu 5138 manat 90 qəpik, cərimə borcu 18320 manat 17 qəpik təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun arayışından görünür iddiaçı 40 manat məbləğində mediasiya xərci ödəmişdir. 31.05.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı qanuni təmsilçisi Ramin Balakişiyev tərəfindən “Arbitrum” vəkil bürosunun hesabına 110 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh X8 İddiaçındən satış üçün mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, malların dəyərinin bir hissəsini ödəsə də, lakin ödənişi tam həcmdə yerinə yetirməyərək, 5138 manat 90 qəpik məbləğində borcunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçıya daha az məbləğdə borcun qaldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5138 manat 90 qəpik əsas borc, 250 manat cərimə borcu, cəmi 5388 manat 90 qəpik məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, 40 manat mediasiya xərci və 110 manat hüquqi yardıma görə ödənilmiş xərc olmaqla, ümumilikdə 5568 manat 90 qəpik cavabdeh X4 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 250 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5138 manat 90 qəpik əsas borc, 250 manat cərimə borcu, cəmi 5388 manat 90 qəpik məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, 40 manat mediasiya xərci və 110 manat hüquqi yardıma görə ödənilmiş xərc olmaqla, ümumilikdə 5568 manat 90 qəpik cavabdeh X4 İddiaçı MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-86/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-86/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver