Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-87/2025 07.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 30112,36 manat, dəbbə pulu üzrə 6022,47 manat, ümumilikdə 36134,83 manatın və ödənilmiş 199 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı MMC arasında 05 yanvar 2023-cü il tarixində AGV 028/2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən, bu müqavilənin əlavələrində başqa hal müəyyən edilməyibsə, malların ödənişi mallar təhvil verildiyi gündən 30 gün ərzində satıcı tərəfindən təqdim edilmiş hesab faktura, qiymət razılaşdırma, elektron qaimə əsasında alıcı tərəfindən ödənilməlidir. Həmçinin müqavilənin 9.3-cü bəndinə əsasən alıcı mallar üzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcı hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır, lakin bu məbləğ həmin borcun 20 faizində artıq olmamalıdır. Malların təhvil-təslim aktına görə müvafiq mallar xx.xx.2023 tarixində EBDG № 338123 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDG № 338124 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDH №348159 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDH № 620506 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDJ № 083559 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDL № 076964 saylı qaimə üzrə, xx.xx.2023 tarixində EBDP № 871521 saylı qaimə üzrə alıcıya təhvil verilmişdir. Lakin alıcı müqavilə çərçivəsində satıcının hüquqlarını pozaraq ödənişi etməmişdir. Elə bu səbəbdən də alıcının hüquqları pozulmuş və maddi zərərlə üzləşmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi, izahatında göstərdi ki, tərəflər hər il müqaviləni yeniləyirlər, yəni 2022-də bir müqavilə olumuş, 2023-cü ildə də bir müqavilə bağlanmışdır, yəni 2023-cü ildə başqa müqavilə olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən köçürmələrdə müqavilənin təyinat rekvizitləri hər dəfə fərqli-fəqli olmuşdur, cavabdeh 2022-ci ildən cavabdeh 2023-cü ilə borcla girmişdir, onun ödnişləri 2022-ci ilin müqaviləsinə silinmişdir, daha sonra ödənişlər 2023-cü ilin müqaviləsinə yönəlmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, 2023-cü ilə məxsus bir müqavilə vardır, başqa müqavilə bağlanmamışdır. Elektron qaimələri mühasib təsdiqləmişdir. Qaimələr üzrə ödənişləri bank vasitəsi ilə həyata keçirmişlər. Ancaq ödənişləri qaimə üzrə deyil, ümumi şəkildə ödəmişlər. Lakin iddiaçı gəlməyən malların qaimələrini də onlara yükləmişdir. Belə ki, qaimələr məhkəməyə təqdim edilsə də elə qaimələr vardır ki, həmin qaimələr üzrə mallar onlara verilməmişdir. Aralarında təhvil-təslim aktı tərtib etməmişdən qabaq 10000 manatlıq anlaşılmazlıq yaranmışdır. Onlar 10000 manatı ödəmişlər və belə razılaşmışlar ki, bundan sonra nə qədər mal verilsə təhvil-təslim aktı tərtib edilsin. Daha sonra təhvil-təslim aktı gətirilmişdir ki, bu mallar səkkiz ay qabaq verilib, lakin aktın imzalanması yaddan çıxmışdır. Oz hesablamalarına görə iddiaçı tərəfindən 10000 manat artıq borc göstərilmişdir. Əvvəlki sənədlərə baxmışlar, həmin sənədlərdəki imzalar onlara məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məluamt verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023cü il tarixli AGV 028/2023 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC bu müqavilənin əlavələri əsasında tərəflər arasında razılaşdırılacaq malları alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək əvəzini həmin əlavələrlə müəyyən edilmiş məbləğdə və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qiymətlərin razılaşdırma protokolu, elektron qaimə və malların təhvil-təslim aktından görünür: xx.xx.2023-cü il tarixdə 12167,72 manat dəyərində, xx.xx.2023-cü il tarxidə 10422,63 manat dəyərində, xx.xx.2023-cü il tarxidə 8748,61 manat dəyərində, xx.xx.2023-cü il tarxidə 261,80 manat dəyərində, xx.xx.2023-cü il tarxidə 11503,49 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 10115,95 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 6971,36 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 7001,28 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 16696,11 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 4251,63 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 18250,45 manat dəyərində, xx.xx.2023-cü il tarxidə 15980 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 5778,30 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 7031,20 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 7967,70 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 4158,88 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 718,08 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 7218,20 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 344,08 manat dəyərində, ümumilikdə 155587,47 manat dəyərində malların qiymət razılaşdırma protokolu və təhvil-təslim akları tərəflərin imzası ilə təsdiq edilmiş, mallara dair elektron qaimə göndərilmiş və təsdiq edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, 2023-cü il tarixli müqaviıə ürzə Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına: xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023- cü il tarixdə 5300 manat, xx.xx.2023- cü il tarixdə 7000 manat, xx.xx.2023- cü il tarixdə 8500 manat, xx.xx.2023- cü il tarixdə 15000 manat, xx.xx.2023- cü il tarixdə 7000 manat, xx.xx.2023- cü il tarixdə 6000 manat, xx.xx.2023- cü il tarixdə 12000 manat, xx.xx.2023- cü il tarixdə 7500 manat, xx.xx.2023- cü il tarixdə 7700 manat, xx.xx.2023- cü il tarixdə 4200 manat, xx.xx.2023- cü il tarixdə 5000 manat, xx.xx.2023- cü il tarixdə 11000 manat, xx.xx.2023- cü il tarixdə 5900 manat, xx.xx.2023- cü il tarixdə 9790 manat, xx.xx.2024- cü il tarixdə 2000 manat, xx.xx.2024- cü il tarixdə 2100 manat, ümumilikdə 130990 manat pul köçürülmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2023cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, məhz 2023-cü il müqaviləsi üzrə satıcı İddiaçı MMC alıcı Cavabdeh 155587,47 manat məbləğində mal təhvil vermiş, alıcı isə satıcının hesabına 2023-cü il müqaviləsi üzrə 130990 manat pul ödəmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 24597,47 manat borcu yaranmışdır. İddiaçı 2023-cü il müqaviləsi üzrə 30112,38 manat borcun qalmasını iddia edib, həmin borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etsə də cavabdehin iddiaçıya 24597,47 manat borcdan artıq borcu qalması müəyyən edilmir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malı alıcıya verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6022,47 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 24597,47 manat əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 25097,47 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 199 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 165,29 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AGV 028/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 24597 manat 47 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 25097 (iyirmi beş min doxsan yeddi) manat 47 (qırx yeddi) qəpik borc, 165 (bir yüz altmış beş) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-87/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-87/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver