Məhkəmə qərarları › İş №e-2-2(115)-879/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-879/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-879/2025 04.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" X1rşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" X2 (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsinə əsasən 13054 azn əsas cərimə borcu kimi 2540,63 azn olmaqla ümumilikdə 15594,63 azn pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 1800 manat pulun, dövlət rüsumunun əvəzi kimi 136,78 AZN pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 36 (otuz altı) ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 38520,0 (otuz səkkiz min beş yüz iyirmi) AZN olan 11 ədəd (Süd soyutma çəni) kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Lizinq obyektinin ümumi qiyməti 30699.20 manat təşkil etmişdir. Müqavilənin; 2.2.1 bəndinə əsasən, 12177 manat avans məbləği nəzərdə tutulmuşdur; 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 10132 manat güzəşt məbləği; 2.2.3 maddəsinə əsasən 16211 manat lizinq məbləği; 2.2.4 bəndinə əsasən 2311,2 manat lizinq şirkətinin komisiyası; Cavabdeh tərəfindən müqavilə şərtləri üzrə həmin texnikalara görə xx.xx.2025-ci il tarixədək 12177,00 on ikimin yüz yetmiş yeddi) AZN ödənilməli olduğu halda 3177,00 (üç min yüz yetmiş yeddi) AZN ödəniş edilmiş və qrafik üzrə 9020,00 (doqquz min iyirmi) AZN borc yaranmışdır. Bağlanmış müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (2540,63 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik (13054) ilə hesablanmış faizin cəmi ilə birlikdə 15594,63 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsinə müqavilənin, 15-15.3;19.1.3;19.8.2 maddələrinin tələbləri pozulduğundan iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bununla bağlı müvafiq bildiriş cavabdehə göndərilmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etməklərinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olraq yayınmışdır. Bununla bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə rəsmi pretneziya ünvanlanmış lakin pretenziyada qeyd olunan müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla EM- 1181VK-11525/25 saylı müqavilə imzalanmış və 1800 yüz manat hüquqi yardıma görə məbləğ Bakı şəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir.

II. Tərəflərin mövqeyi

3. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Sübutların tədqiqi

5. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı lizinq müqaviləsindən görünür ki, Müqaviləyə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 10 ədəd Süd soyutma çəni 125 İt SST və 1 ədəd Süd soyutma çəni 100 İt PST100 (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.(1.1)

6. Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 10 ədəd Süd soyutma çəni 125 İt SST və 1 ədəd Süd soyutma çəni 100 İt PST100 Cavabdeh MMC-yə təhvil verilmişdir.

7. Maliyyə arayışdan görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 36 (otuz altı) ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 38520,0 (otuz səkkiz min beş yüz iyirmi) AZN olan 11 ədəd (Süd soyutma çəni) kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Həmin texnikalara görə xx.xx.2025-ci il tarixədək 12177,00 on iki min yüz yetmiş yeddi) AZN ödənilməli olduğu halda 3177,00 (üç min yüz yetmiş yeddi) AZN ödəniş edilmiş və qrafik üzrə 9020,00 (doqquz min iyirmi) AZN borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirildiyinə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (2540,63 AZN) məbləğində faiz hesablanmışdır. Ümumilikdə müqavilə üzrə öhdəlik (13054) ilə hesablanmış faizin cəmi 15594,63 manat təşkil edir.

8. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, 15594,63 manat gecikdirilmiş borc məbləğinin (13054 manat əsas borc və 2540,63 manat faiz borcu) 10 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

IV. Məhkəmənin mövqeyi

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsinə əssən lizinq verən 10 ədəd Süd soyutma çəni 125 İt SST və 1 ədəd Süd soyutma çəni 100 İt PST100 lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir.

13. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsi üzrə 15594,63 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Mülki Məcəllənin lizinq haqqında ümumi müddəalarının tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi təşkil edir.

17. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Maliyyə arayışdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı maliyyə lizinq müqaviləsi müqaviləsi üzrə 13054 manat gecikdirilmiş əsas borcu vardır.

20. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) Kredit müqaviləsi üzrə faiz (cərimə) borcunun tutulması tələbi ilə bağlı

21. İddia ərizəsində iddiaçı 2540,63 manat faiz (cərimə) borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

22. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixdə bağlanmış DL/ML/0041 saylı lizinq müqaviləsinin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 (otuz) təqvim günündən artıq ödənişləri gecikdirdiyinə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (2540,63 AZN) məbləğində faiz hesablanmışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində 2540,63 manat məbləğində cəriminən tutulmasını xahiş etsə də, həm iddianın faktiki əsası kimi həmin məbləğin faiz borcu olduğunu qeyd etməsi, həm də müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə istinad etməsi iddiaçının əslində faiz borcunu tələb etdiyi nəticəsinə gəlməyə əsas verir. Faiz məbləğinin hesablanması isə tərəflər arasında bağlannmış müqavilədə nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, 2540,63 manat məbləğində faiz borcu Cavabdeh MMC-dən tutularaq tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

24. İddiaçı eləcə də 136,78 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********43 nömrəli mədaxil qəbzi ilə 136,78 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. İddia qismən tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,78 manat pul cavabdehlər Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

29. İddiaçı, həmçinin, 1800 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosuna 1800 manat məbləğində vəkil haqqı ödənilmişdir.

32. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1500 manat məbləğində pulun tutulması daha ağlabatan hesab edilə bilər. Belə ki, hazırki iş üzrə 4 məhkəmə iclası keçirilmiş və iddiaçının vəkili və nümayəndəsi biri istisna olmaqla, digər məhkəmə iclaslarında iştirak etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 1500 manat məbləğində pulun tutulması daha ağlabatandır.

V. Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli DL/ML/0041 nömrəli maliyyə lizinq müqavilə üzrə 13054 manat əsas borc və hesablanmış 2540,63 manat faiz (cərimə) borcu olaqla, cəmi 15594,63 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

34. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli DL/ML/0041 nömrəli maliyyə lizinq müqaviləsi üzrə 13054 manat əsas borc və hesablanmış 2540,63 manat faiz (cərimə) borcu olaqla, cəmi 15594,63 (on beş min beş yüz doxsan dörd manat altmış üç qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 136,78 (bir yüz otuz altı manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla bağlı ödənilmiş 1500 (bir min beş yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar