Məhkəmə qərarları › İş №e-2-2(115)-882/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-882/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-882/2020 29.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Cavabdeh Raqif oğluna qarşı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək Borclu Cavabdeh İddiaçı MMC arasında bağlanmış 03 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş olan əsas borc 3888.20 (üç min səkkiz yüz səkksən səkkiz manat iyirmi qəpik) manat, dəbbə pulu 427,68 (dörd yüz iyirmi yeddi manat altmış səkkiz qəpik) manat və ödənilmiş olan 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu,ümumilikdə 4334.28 (dörd min üç yüz on beş manat səkksən səkkiz qəpik) manat pul məbləği müştərək qaydada tutularaq İddiaçı MMG yə ödənilməsi ilə bağlı əmr çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı MMC iddia ərizəsi ilə deyil ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə tərəfləri kreditor və borclu kimi qeyd edilməklə məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Göründüyü kimi iddia ərizəsinin qanunla müəyyən olunmuş forma məzmununa əməl olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələbinə görə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4 və 152.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Raqif oğluna qarşı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar