Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-882/2023 09.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat məbləğində borcunun ödənilməsini təmin etmək həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ərizəçi tərəfindən işə bir neçə bildiriş əlavə olunmuşdur. Həmin bildirişlərdə qeyd olunan borc məbləği ayrı-ayrı məbləğlər kimi hətta 900000 manat və daha artıq borcun olması göstərilir. Ərizəçi özü də onun borcunun nə qədər olmasını dəqiq bilmir. Çünki qeyd olunan borc barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin qərar icra mərhələsindədir. Belə ki, ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti (Baş İdarəsi) tərəfindən qəbul edilməsi və "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial haqları üzrə bocların, məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin 12 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(104)- 339/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Yenidən ərizəçi tərəfindən həmin qərardan da, qanunvericilikdə nəzərdə tutumuş qaydada kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1950/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli 2-1(104)-339/2020 saylı qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərar alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2022-ci il tarixli 2-1(104)-19/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)- 1403/2019 saylı qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan da ərizəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli 2-1(102)-92/2023 saylı iş üzrə qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2022-ci il tarixli 2-1(104)-19/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin iş üzrə məhkəmə tərəfindən, məhkəmə-mübasibatlıq ekspertizası təyin olunmuş və müəyyən olunmuşdur ki, onların borcu az miqdar təşkil edir ki, həmin borcda ödənilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı ola-ola, ərizəçi həmin qərarı icra etmir. Onların şəxsi vərəqinə hər gün bir məbləğ daxil edir. Buna görə də Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuş və qeyd olunan borcların şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş olunmuşdur. Həmin iş 2-1(114)-2819/2023 saylı nömrə ilə Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə iclası tarixə saat xx.xx.2023-cü il saat 15:10-a təyin olunmuşdur. Həmçinin ərizəçi Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsaslanaraq, onun vergi ödəyicisi kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi öz ərizəsində etiraf edir ki, qeyd etdiyi borc Dövlət Sosial Müdafiə Fonduna olan borcdur. Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsində isə ərizəçi vergi borcuna görə qeyd olunan tələblə məhkəməyə müracət edə bilər. Həmin borcla bağlı da qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır ki, həmin aktlar da etiraz ərizəsinə əlavə olunur. Həmçinin, o qeyd olunan müəsissənin idarə heyətinin sədridir, müəssisədə olan öhdəliklərin yerinə yetirilməsinə, müəsissənin direktorlar şurası cavabdehidir. Direktorlar şurasının və səhmdarların ümumi yığıncağının qərarı ilə müəsissənin fəaliyyəti tənzimlənir. Qeyd olunan ərizənin təmin olunması isə onun konstitusion hüquqlarının məhdudlaşması ilə nəticələnə bilər. Ona görə də, işə baxarkən qeyd olunanların nəzərə alınmasını və ərizəçinin ərizəsinin rədd olnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, qeyd edilən hüquqi şəxs tərəfindən Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Maraqlı şəxs həmin işdə 2006-2019-cu illəri mübahisləndirmişdir, lakin məhkəmə iddianı qismən təmin edərək 2013-2019-cu illərə dair dəqiqləşdirilmiş bəyannamənin verilməsi və həmin bəyannamənin qəbul edilməsini vergi orqanının üzərinə qoymuşdur. Bunun əsasında cavabdehin 300000 manat borcu azaldılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tam olaraq icra edilmiş hüquqi şəxsin 2013-2019-cu il üçün borcları azaldılmışdır. Hazırki iş üzrə şəxsi hesab vərəqəsində maraqlı şəxsin 2006-cı ildən bugunki günədək olan borcları qeyd edilmişdir. Maraqlı şəxsin 2013-2019-cu illər üzrə silinmiş borcu şəxsi hesab vərəqəsinə daxil edilməmişdir. Hazırda, maraqlı şəxsin təxmini olaraq 800000 manat borcu vardır. Hazırki ərizə üzrə borcun silinməsi ilə bağlı maraqlı şəxs tərəfindən məhkəməyə müraciət edilməmişdir. Maraqlı şəxsin inzibati qaydada qaldırdığı iddia bank hesabı üzərinə həbs qoyulması ilə bağlı sərancamın ləğvi ilə əlaqədardır. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə əsаslı оlduğundаn təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan "Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********919800 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1966-cı il, Gəncə şəhəri, qeydiyyat ünvanı Gəncə şəhəri ünvan 2ən və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" ASCnin, "xxxx" ASC-nin, Gəncə filialındakı AZ07RBTA******************** saylı hesablaşma hesabına qoyulmuş **********0AS №-li sərəncamın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə baxışı xx.xx.2023-cü il saat 15:10-a təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxаrıdа qeyd оlunаnlаrı nəzərə аlаrаq məhkəmə hesаb edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borcu ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır. Maraqlı şəxs etiraz ərizəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin vergi orqanı tərəfindən icra edilməməsi, inzibati iş üzrə araşdırma aparılarkən ekspertiza təyin edildiyi, borc məbləğinin az müəyyən edilməsi və müəyyən edilmiş məbləğin də ödənilməsini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsinin izahatı və məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, məhkəmə qətnamələrinə əsasən 315935 manat 59 qəpik məbləğ azaldılmışdır. Həmçinin maraqlı şəxs ərizəçinin ərizədə qeyd etdiyi borcun silinməsi ilə bağlı inzibati qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirsə də işdə olan sənədlərdən görünür ki, maraqlı şəxs inzibati qaydada məhkəmədə borcu deyil, bank hesabları üzərinə qoyulmuş sərəncamı mübahisələndirmişdir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. "Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 662092,23 (altı yüz altmış iki min doxsan iki manat iyirmi üç qəpik) manat məbləğində borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx xxxx 1966-cı il, doğulduğu yer Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnаmə qəbul edildikdən dərhаl sоnrа qüvvəyə minir və qətnаmədən şikаyətin verilməsi оnun icrаsını dаyаndırmır. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-882/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-882/2023
09.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver