Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-884/2025 28.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 30252 manat 77 qəpik, hesablanmış cərimə borcuna görə 6050 manat 55 qəpik, ödənilmiş dövlət rüsumuna görə 198 manat 91 qəpik olmaqla cəmi 36502 manat 23 qəpik məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Tədarükü” məntəqəsi və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 169 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 59.0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 87670 manat 69 qəpik məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 57417 manat 92 qəpik dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 169 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 30252 manat 77 qəpik borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 6,050 manat 55 qəpik təşkil edir. Qaytarılmamış avans məbləğin cəriməsi: 30252 manat 77 qəpik х 20% = 6,050 manat 55 qəpik(təqribi). Eyni zamanda xx.xx.2023-cü il tarixli üzləşmə aktında borclu Cavabdeh xx.xx.2022-ci il tarixli, 169 saylı saylı xam-pambığın alqı-satqı müqaviləsini pozaraq öhdəliyində 30252 manat 77 qəpik məbləğində borcu qaldığı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “X2 Kompleksi” MMC ilə müqavilə bağlamış, aralarındakı razılığa əsasən pambıq əkib “X2 Kompleksi” MMC-yə satmalı idi. 87670 manat məbləğində avansın hamısı verilməmişdir. İddiaçıya 57417 manat 92 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli müqaviləni imzalamışdır. İddiaçı tərəfindən təqdim olunmuş aktlarda bəzi imzalar ona məxsus olsa da, bəzi imzalar ona məxsus deyil. xx.xx.2022-ci il tarixli 070769 nömrəli, xx.xx.2022-ci il tarixli 070227 nömrəli, xx.xx.2022-ci il tarixli 071520 nömrəli, xx.xx.2022-ci il tarixli AZT 000883 nömrəli aktlardakı imzaların ona məxsus olduğunu qəbul edir. xx.xx.2022-ci il tarixli 000456 nömrəli, xx.xx.2022-ci il tarixli 001027 nömrəli, xx.xx.2022-ci il tarixli 001193 nömrəli, xx.xx.2022-ci il tarixli 001215 nömrəli, xx.xx.2022-ci il tarixli, 001340 nömrəli aktlarda, xx.xx.2022-ci il tarixli XHE 481514 nömrəli təhvil-qəbul qəbzlərində və xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli tələbnamələrdə onun imzaları yoxdur, həmin aktları qəbul etmir. xx.xx.2021-ci il tarixli, 000511 nömrəli, xx.xx.2021-ci il tarixli 000537 nömrəli, xx.xx.2021-ci il tarixli 000548 nömrəli, xx.xx.2022-ci il tarixli 001202 nömrəli, xx.xx.2022-ci il tarixli 000240 nömrəli, xx.xx.2022-ci il tarixli 001191 nömrəli, xx.xx.2022- ci il tarixli 069102 nömrəli, xx.xx.2022-ci il tarixli 056354 nömrəli, 20-29 yanvar 2022-ci il tarixli 000132 nömrəli, xx.xx.2022-ci il tarixli 069219 nömrəli, xx.xx.2022-ci il tarixli 070351 nömrəli, xx.xx.2022-ci il tarixli 346623 nömrəli, xx.xx.2022-ci il tarixli 347362 nömrəli, xx.xx.2022-ci il tarixli 070370 nömrəli, 1-4 aprel 2022-ci il tarixli 070485 nömrəli, xx.xx.2022-ci il tarixli 000656 nömrəli, xx.xx.2022-ci il tarixli 001350 nömrəli, xx.xx.2022- ci il tarixli 069313 nömrəli, xx.xx.2022-ci il tarixli 000731 nömrəli, xx.xx.2022-ci il tarixli 000732 nömrəli, xx.xx.2022-ci il tarixli 070755 nömrəli, xx.xx.2022-ci il tarixli 070668 nömrəli, 1-4 may 2022-ci il tarixli 070672 nömrəli, xx.xx.2022-ci il tarixli 070718 nömrəli, 1- 4 may 2022-ci il tarixli 069255 nömrəli, xx.xx.2022-ci il tarixli 070816 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 000720 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 348003 nömrəli, xx.xx.2022-ci il tarixli 347820 nömrəli, xx.xx.2022-ci il tarixli 071011 nömrəli, xx.xx.2022- ci il tarixli 347863 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 347539 nömrəli, xx.xx.2022-ci il tarixli 347743 nömrəli, 11-17 iyun 2022-ci il tarixli 071385 nömrəli, xx.xx.2022-ci il tarixli 071244 nömrəli, xx.xx.2022-ci il tarixli 071132 nömrəli, xx.xx.2022-ci il tarixli 071374 nömrəli, xx.xx.2022-ci il tarixli 069608 nömrəli, xx.xx.2022-ci il tarixli 069642 nömrəli, xx.xx.2022-ci il tarixli 069627 nömrəli, xx.xx.2022-ci il tarixli 069625 nömrəli, xx.xx.2022- ci il tarixli 069624 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 000217 nömrəli, xx.xx.2022-ci il tarixli 069623 nömrəli, xx.xx.2022-ci il tarixli 069616 nömrəli, xx.xx.2022-ci il tarixli 069609 nömrəli, xx.xx.2022-ci il tarixli 069603 nömrəli, xx.xx.2022-ci il tarixli 069863 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 00452 nömrəli, xx.xx.2022-ci il tarixli 069608 nömrəli, xx.xx.2022-ci il tarixli 069648 nömrəli, xx.xx.2022-ci il tarixli 069650 nömrəli, xx.xx.2022- ci il tarixli XHE 00481 nömrəli, xx.xx.2022-ci il tarixli 069621 nömrəli, xx.xx.2022-ci il tarixli 069996 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 448436 nömrəli, xx.xx.2022-ci il tarixli 070242 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 448219 nömrəli, xx.xx.2022-ci il tarixli 070216 nömrəli, xx.xx.2022-ci il tarixli 071513 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 071523 nömrəli, xx.xx.2022-ci il tarixli 071523 nömrəli, xx.xx.2022- ci il tarixli 071515 nömrəli, xx.xx.2022-ci il tarixli 071510 nömrəli, xx.xx.2022-ci il tarixli 071510 nömrəli, xx.xx.2022-ci il tarixli 071511 nömrəli, xx.xx.2022-ci il tarixli 071521 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 447985 nömrəli, xx.xx.2022-ci il tarixli 069366 nömrəli, xx.xx.2022-ci il tarixli 069367 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 071519 nömrəli, xx.xx.2022-ci il tarixli 000577 nömrəli, xx.xx.2022-ci il tarixli 071515 nömrəli, xx.xx.2022-ci il tarixli 000654 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 481342 nömrəli, xx.xx.2021-ci il tarixli İMQ 018833 nömrəli, xx.xx.2022-ci il tarixli 001201 nömrəli, xx.xx.2022-ci il tarixli 001330 nömrəli, xx.xx.2022-ci il tarixli 001339 nömrəli, xx.xx.2022-ci il tarixli 001452 nömrəli, 30 dekabr tarixli 000162 nömrəli təhvil-təslim aktlarında olan imzalar isə ona məxsus deyildir. Onun iddiaçıya heç bir borcu yoxdur. Sənədlər ekspertizaya göndərildi, sənədlərin saxta olduğu bəllidir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan tədarükçü qismində “X2 Kompleksi” MMC və fermer Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 169 nömrəli xam-pambığın alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh öhdəsində olan 59 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli üzləşmə aktlarından və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı “X2 Kompleksi” MMC tərəfindən Cavabdeh ümumilikdə 87670 manat 69 qəpik məbləğində avans vəsaitləri verilmiş və müxtəlif xidmətlər göstərilmiş, cavabdeh isə yaranmış borcundan 57417 manat 92 qəpik məbləğində xampambıq təhvil vermiş və nəticədə cavabdehin 30252 manat 77 qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh işin və xidmətlərin göstərilməsini mübahisələndirdiyindən, məhkəmə tərəfindən işin qeyd olunan halına aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən təyin edilərək alınmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 4/1228/2025 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 000511 nömrəli, xx.xx.2021-ci il tarixli 000537 nömrəli, xx.xx.2021-ci il tarixli 000548 nömrəli, xx.xx.2022-ci il tarixli 000240 nömrəli, xx.xx.2022-ci il tarixli 001191 nömrəli, xx.xx.2022-ci il tarixli 069102 nömrəli, xx.xx.2022-ci il tarixli 056354 nömrəli, 20-29 yanvar 2022-ci il tarixli 000132 nömrəli, xx.xx.2022-ci il tarixli 069219 nömrəli, xx.xx.2022-ci il tarixli 070351 nömrəli, xx.xx.2022-ci il tarixli 346623 nömrəli, xx.xx.2022-ci il tarixli 347362 nömrəli, xx.xx.2022- ci il tarixli 070370 nömrəli, 1-4 aprel 2022-ci il tarixli 070485 nömrəli, xx.xx.2022-ci il tarixli 000656 nömrəli, xx.xx.2022-ci il tarixli 001350 nömrəli, xx.xx.2022-ci il tarixli 069313 nömrəli, xx.xx.2022-ci il tarixli 000731 nömrəli, xx.xx.2022-ci il tarixli 000732 nömrəli, xx.xx.2022-ci il tarixli 070755 nömrəli, xx.xx.2022-ci il tarixli 070668 nömrəli, 1-4 may 2022-ci il tarixli 070672 nömrəli, xx.xx.2022-ci il tarixli 070718 nömrəli, 1- 4 may 2022-ci il tarixli 069255 nömrəli, xx.xx.2022-ci il tarixli 070816 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 000720 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 348003 nömrəli, xx.xx.2022-ci il tarixli 347820 nömrəli, xx.xx.2022-ci il tarixli 071011 nömrəli, xx.xx.2022-ci il tarixli 347863 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 347539 nömrəli, xx.xx.2022-ci il tarixli 347743 nömrəli, 11-17 iyun 2022-ci il tarixli 071385 nömrəli, xx.xx.2022-ci il tarixli 071244 nömrəli, xx.xx.2022-ci il tarixli 071132 nömrəli, xx.xx.2022-ci il tarixli 071374 nömrəli, xx.xx.2022-ci il tarixli 069608 nömrəli, xx.xx.2022-ci il tarixli 069642 nömrəli, xx.xx.2022-ci il tarixli 069627 nömrəli, xx.xx.2022-ci il tarixli 069625 nömrəli, xx.xx.2022-ci il tarixli 069624 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 000217 nömrəli, xx.xx.2022-ci il tarixli 069623 nömrəli, xx.xx.2022-ci il tarixli 069616 nömrəli, xx.xx.2022-ci il tarixli 069609 nömrəli, xx.xx.2022- ci il tarixli 069603 nömrəli, xx.xx.2022-ci il tarixli 069863 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 00452 nömrəli, xx.xx.2022-ci il tarixli 069608 nömrəli, xx.xx.2022-ci il tarixli 069648 nömrəli, xx.xx.2022-ci il tarixli 069650 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 00481 nömrəli, xx.xx.2022-ci il tarixli 069621 nömrəli, xx.xx.2022-ci il tarixli 069996 nömrəli, xx.xx.2022- ci il tarixli XHE 448436 nömrəli, xx.xx.2022-ci il tarixli 070242 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 448219 nömrəli, xx.xx.2022-ci il tarixli 070216 nömrəli, xx.xx.2022-ci il tarixli 071513 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 071523 nömrəli, xx.xx.2022-ci il tarixli 071523 nömrəli, xx.xx.2022-ci il tarixli 071515 nömrəli, xx.xx.2022-ci il tarixli 071510 nömrəli, xx.xx.2022-ci il tarixli 071510 nömrəli, xx.xx.2022- ci il tarixli 071511 nömrəli, xx.xx.2022-ci il tarixli 071521 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 447985 nömrəli, xx.xx.2022-ci il tarixli 069366 nömrəli, xx.xx.2022-ci il tarixli 069367 nömrəli, xx.xx.2022-ci il tarixli 071522 nömrəli, xx.xx.2022-ci il tarixli 071519 nömrəli, xx.xx.2022-ci il tarixli 000577 nömrəli, xx.xx.2022- ci il tarixli 071515 nömrəli, xx.xx.2022-ci il tarixli 000654 nömrəli, xx.xx.2022-ci il tarixli XHE 481342 nömrəli, xx.xx.2021-ci il tarixli İMQ 018833 nömrəli, xx.xx.2022-ci il tarixli 001201 nömrəli, xx.xx.2022-ci il tarixli 001202 nömrəli, xx.xx.2022-ci il tarixli 001330 nömrəli, xx.xx.2022-ci il tarixli 001339 nömrəli, xx.xx.2022-ci il tarixli 001452 nömrəli, 30 dekabr tarixli 000162 nömrəli təhvil-təslim aktlarında Cavabdeh adına olan imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 126 manat təşkil etmişdir. Mötəbərliyi şübhə doğurmayan ekspertiza rəyinə görə Cavabdeh tərəfindən imzalanmayan təhvil-təslim aktlarında göstərilən iş və xidmətlərin cəmi dəyəri 37266 manat 50 qəpik təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş cəmi 3457 manat 50 qəpik məbliğdə təhvil-təslim aktları isə ümumiyyətlə cavabdeh tərəfindən imzalanmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 87670 manat 69 qəpik məbləğində avans vəsaitləri, iş və xidmətlərin göstərildiyi iddia edilsə də, yuxarda qeyd olunan cəmi 40724 manat məbləğində iş və xidmətlərin cavabdehə göstərilməsi təsdiq olunmamışdır. Həmin məbləğ iddia ərizəsində qeyd olunmuş 87670 manat 69 qəpikdən çıxıldıqdan sonra qalan borc məbləği 46946 manat 69 qəpik təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı və üzləşdirmə aktlarında isə cavabdeh tərəfindən iddiaçıya cəmi 57417 manat 89 qəpik məbləğində pambıq verilməsi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, cavabdehin təhvil verdiyi pambığın dəyəri onun borcundan çox olduğundan, cavabdehin iddiaçıya borclu qalması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 126 manat ekspertiza xərci iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 126 manat ekspertiza xərci iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-884/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-884/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver