Məhkəmə qərarları › İş №e-2-2(115)-893/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-893/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-893/2024 25.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı1 Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1 Cavabdeh Firmasına pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qiymətini təşkil edən 10,210.03 manat məbləğində əsəs borc məbləği, 1,837.80 manat məbləğində ədv borcu, ümumilikdə 12,047.83 manat borc, müqavilələr üzrə hesablanmış 1021 manat cərimə və 127 manat dövlət rüsumunun “Borusan Makina və Güc Sistemləri Sanayi və Tic.A.Ş.-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh Firmasının hüquqi ünvanı ünvan 1əncə şossesi, ev Sağ Sahil 9 –dur. Bu səbəbdən də hazırki iddia ərizəsinə cavabdehin ünvanının olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 24.8-ci bəndinə əsasən Mingəçevir şəhəri Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh Firmasının ünvanı Mingəçevir şəhəri, A.Məmmədov, ev 7a, mənzil 30 olduğundan və həmin ərazi Gəncə Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olmadığından hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 127,60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar