Məhkəmə qərarları › İş №e-2-2(115)-90/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-90/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-90/2024 21.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı malın verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 03 mart 2023-cü il tarixli "X7" MMC ilə Cavabdeh MMC arasında bağlanmış D/S- 04/23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə Cavabdeh MMC-dən mal dəyəri olaraq xx.xx.2023-cü il tarixli EBDA seriyalı 801863 saylı 417164,07 manat dəyərində müqavilə və onun 1 saylı əlavəsi ilə nəzərdə tutulmuş 241664,07 manat dəyərində ödənilməmiş müqavilə dəyərinin, xx.xx.2023-cü il tarixli EBDL seriyalı198700 saylı e-qaimə əsasında 121813 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğin, ümumilikdə 363477,07 manatın, iddia tələbinin mediasiya və məhkəmə orqanlarında baxılması üçün 400 manat dövlət rüsumunun, iddianın məhkəmədə baxılması üçün 254 manat əlavə dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X7" MMC Yapon investisiyası əsasında və regionda kənd təsərrüfatının inkişafı üçün yaradılmış bir müəssisədir. Cəmiyyətimiz vasitəsi ilə kənd təsərrüfatının tütünçülük sahəsinin inkişafı və bu sahədə çalışan fermerlərin rifahının yüksəlməsi məqsədi ilə də Yaponya investorları qeyd edilən sahəyə əhəmiyyətli yatırımlar etmiş, sahənin inkişafı üçün yerli fermerlərə əvəzi qaytarılmayan ianələr etmişdilər. Cəmiyyətin fəaliyyətinin əsasını tütünçülük təsərrüfatı təşkil edir. Bu istiqamətdə fermerlərlə bağlanmış müqavilələr əsasında tütün yetişdirilməsinə əvəzi natura ilə ödənmək şərti əsasında avans verilməklə, yaşıl tütün məhsullarını qəbul etmək, qəbul edilmiş məhsulları sənaye yolu ilə qurudulmasını həyata keçirmək və hazır fermentləşmiş ququr tütün məhsullarını çeşidlərinə müvafiq şəkildə Azərbaycan brendialtında dünya və daxili bazarlara satışını həyata keçirmək təşkiledir. Cəmiyyətin bütün gəlirləri bu fəaliyyəti əsasında formalaşır və əldə edilmiş gəlirlərdən hesablaşmalar həyata keçirilir. Quru tütün məhsullarının satışı istiqamətində 03 mart 2023-cü il tarixində "X7" MMC ilə Cavabdeh MMC arasında D/S- 04/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "X7" MMC 2022-ci istehsal mövsümü üzrə topladığı bütün quru tütün məhsullarını xüsusi ixrac qeydi əsasında xarici ölkələrə ixrac edilməsi məqsədi ilə Cavabdeh MMC-yə satmışdır. Qeyd edilən müqavilənin xx.xx.2023-cü il tarixli 1 saylı əlavəsinə əsasən cəmiyyətlər arasında alqı-satqı öhdəlikləri belə olmuşdur: VİRGİNİYA növlü qurudulmuş tütün yarpağı İ növ 21326,6 ton 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla ümumi məbləği 44785,86 ABŞ dolları, İİ növ 30822 ton 1 kq-nın qiyməti 1.90 ABŞ dolları olmaqla ümumi məbləği 58561,8 ABŞ dolları, İİİ növ 82649,1 ton 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla ümumi məbləği 140579,97 ABŞ dolları, K növü 1045 ton 1 kq-nın qiyməti 1,40 ABŞ dolları olmaqla ümumi məbləği 1463 ABŞ dolları, yekun 245390,63 ABŞ dolları. Cavabdeh MMC müqavilə əsasında mal dəyəri olaraq 245390,63 ABŞ dolları dəyərində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında 135842,7 kq qurudulmuş, fermentlənmiş, çeşidlənmiş, qablaşdırılmış tütün məhsulları tam şəkildə Cavabdeh MMC-nin tam öhdəliyinə verilmiş və həmin məhsullar tam şəkildə "X7" MMC -nin anbarlarından Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Bu barədə "X7" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, S07/23 saylı malların anbarda saxlama müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə və təhviltəslim aktları məhkəmə sənədlərinə əlavə edilmişdir. Mal dəyəri olaraq, cavabdehin elektron vergi kabinetinə malın dəyərinə uyğun şəkildə bir ədəd elektron qaimə göndərilmiş və eqaimə cavabdeh tərəfindən qəbul edilmişdir. İki qaimə üzrə cavabdeh müqavilə şərtlərindən kənar uzun fasilələrlə ödənişlər etsə də malları hissə-hissə qəbul etməsinə baxmayaraq, 175500 manat dəyərində müqavilə öhdəliyini icra etdikdən sonra müqavilə dəyərini ödəməkdən imtina etmişdir. Cavabdeh MMC 417164,07 manat dəyərində müqavilə öhdəliyindən, müxtəlif vaxtlar üzrə "X7" MMC-nin cari hesablarına 175500 manat dəyərində ödənişlər edərək, 34455,4 kq müxtəlif çeşidlərdə mal qəbul etmiş, 99053,15 manat üzrə tam hesablaşma etmiş, qalan ödəniş etdiyi 76446,85 manat dəyərində malı gələcək malların təminatı kimi "X7" MMC-nin anbarlarında təminat məqsədli saxlayaraq, yerdə qalan müqavilə dəyərinin 241664,07 manat məbləğini ödəməmişdir. Cavabdeh malları sataraq gəlir əldə etsə də müxtəlif bəhanələrlə müqavilə dəyərini ödəməkdən yayınır. "X7" MMC müqavilənin bütün bəndləri üzrə şərtlərə əməl etməklə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin Cavabdeh MMC qeyd edilən müqavilənin şərtlərini pozmaqla, müqavilə öhdəliklərini tam icra etməmişdir. Müqavilə dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icranı gecikdirmiş ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin icranı gecikdirməsi nəticəsində "X7" MMC müqavilə münasibətində olan fermerlərə tütün becərilməsi üçün avans verə bilməmiş, bunun nəticəsində də faktikimüqavilə öhdəlikləri üzrə avans məbləğlərini ödəyə bilmədiyindən, fermerlərə 83915 manat borclu qalaraq, ziyan etmiş, iki ay fərqi ilə cəmiyyətdə çalışan işçilərin 31800 manat dəyərində əmək haqlarını və "X7" MMC-yə məxsus istehsalat məntəqəsinin istehsalatla bağlı 6098 manat kommual xərclərini ödəyə bilməmişdir. Bunun nəticəsində iqtisadi göstəricilər həddindən aşağı düşmüş, dövlət və fermerlər qarşısında götürülmüş öhdəliklər icra oluna bilməmişdir. Bu məqsədlə də yaranmış vəziyyətə görə cavabdehlə danışıqlar aparılmış və cavabdeh mövcud vəziyyətlə bağlı zərəri ödəyəcəyinə vəd vermiş, bu razılıq əsasında dəymiş zərərin ödənilməsinə görə e-qaimə göndərilməsini tələb etmişdir. Bu səbəblə cavabdehin elektron vergi kabinetinə vurulmuş zərərin ödənilməsinə görə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 198700 saylı 121813 manat dəyərində zərər həcmində e-qaimə göndərilmişdir. Cavabdeh tərəf zərər məbləğini qəbul edərək qaiməni təsdiq etmişdir. İddiaçı "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 mart 2023-cü il tarxli müqavilə üzrə ödənilmiş 80251,96 manat dəyərində olan tütünün onlara təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bü mümkün olmadıqda artıq ödənilən həmin məblğin, həmcinin 62000 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun "X7" MMC-dən alınıb onlaar verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiacı "X7" MMC ilə müqavilələri vardı. Həmin müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq tütün onalra təhvil verilməmişdir və onlaara verilməli olay mal satılmışdır. Belə ki, "X7" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S-04/23 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli əlavə 1 (qiymətlərin razılaşdırılması protokolu) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixdə 70000 manat, xx.xx.2023-cü il tarixdə 70000 manat və xx.xx.2023-cü il tarixdə 35500 manat, ümumilkdə 175500 manat ödəniş edilmişdir. "X7" MMC tərəfindən 95248,04 manat dəyərində 32957,80 kq-lıq mal təqdim edilmişdir. "xxxx" MMC tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251,96 manat dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduğuqları müəssisələrə tərəflərindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq, ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. "X7" MMC öhdəliklərini yerinə yetirmədiyinə və onların alacağı malı xaricə ixrac edə bilmədikərinə görə Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən müəyyən öhdəliklərini icra edə bilməmişlər. Müqavilə şərtləri "X7" MMC tərəfindən pozulduğundan onlar həm dəymiş ziyanı, həm də əldən çıxan faydanı ödəməlidirlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən pulun ödənilməsi şərti ilə malın verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC malı tamamilə təhvil alaraq onların anbarına saxlanca qoymuşdur. Lakin saxlanc müqaviləsi üzrə də ödənişləri etməmişdir. Müqavilə ilə müəyyən edilmiş pulu ödəmədikləri üçün anbarda olan malı onlara verməkdən imtina etmişlər. Belə ki, Cavabdeh MMC müqavilə əsasında 175500 manat ödəniş etmişdir. Həmin məbləğdən 81000 manata yaxın mal əskik verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X13 izahatında göstərdi ki, müqaviləyə əsasən qarşı tərəf malı tam həcmdə əldə etsə də onun bir hissəsinin dəyərini ödəmişdir. İş materillarına əlavə edilmiş aktlar malın saxlancdan qarşı tərəfə verilməsi zamanı tərtib edilən aktlardır. Mal onlardan tam həcmdə çıxarılıb aparılmışdır, daha sonra onların anbarı boş olduğu üçün qarşı tərəf malı onların anbarına saxlanc məqsədi ilə vermişdir. Hər dəfə mal anbardan çıxanda da ayrıca akt tərtib edilmişdir. Qarşı tərəf saxlanca görə də aylıq ödənişi etmir. Dəfələrlə müqavilənin şərtinə uyğun olaraq malın dəyərinin tam həcmdə ödənilməsi və saxlanc görə aylıq haqqın ödənilməsi üçün qarşı tərəfə elektron bildirişlər göndərilmi, lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir.Ona görə də ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddaiçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "X7" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı "X7" MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protollarında, alış sifarişlərində və/ və ya əlavələrində (bundan sonra əlavələr) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini bu müqaviləyə və/ və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli xx.xx.2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsinə 1 nömrəli əlavə qiymətlərin razılaşdırılması protokolundan görünür ki, bağlanmış müqaviləyə əsasən mal-materialların dəyərinin 245390,63 ABŞ dolları məbləğində olması, VİRGİNİYA növlü qurudulmuş tütün yarpağı İ növ 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla 21326,6 ton ümumi məbləği 44785,86 ABŞ dolları, İİ növ 1 kq-nın qiyməti 1.90 ABŞ dolları olmaqla 30822 ton ümumi məbləği 58561,8 ABŞ dolları, İİİ növ 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla 82649,1 ton ümumi məbləği 140579,97 ABŞ dolları, K növü 1 kq-nın qiyməti 1,40 ABŞ dolları olmaqla 1045 ton ümumi məbləği 1463 ABŞ dolları olaraq razılaşdırılmışdır. İş materiallarında olan "X7" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli S-07/23 saylı malların anbarda saxlama müqaviləsinə əsasən tapşıran müxtəlif növ quru tütün kütlələrini saxlayanın anbarına saxlanca verməyi və saxlama müqabilində aylıq haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli "X7" MMC-nin anbardarı X2, mühafizə rəisi X6 və "xxxx" MMC-nin anbardarı X5 tərəfindən tərtib edilmiş aktlardan görünür ki, "X7" MMC-nin anbarında saxlanılan "xxxx" MMC-yə məxsus quru tütün məhsulu (quru tütün 1-ci növ 145 tay 21326,6 kq, quru tütün 2-ci növ 208 tay 30822 kq xx.xx.2023-cü il tarixdə, quru tütün 3-cü növ 553 tay 82694,1 kq, quru tütün K növü 8 tay 1045 kq) çəkilərək "X7" MMC-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDG seriyalı 801863 nömrəli elektron qaiməyə əsasən 417164,07 manat dəyərində malların qaiməsi "X7" MMC tərəfindən Cavabdeh MMC-nə ötürülümüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, "X7" MMC tərəfindən Cavabdeh MMC-nə alqı-satqı müqaviləsi əsasında 127676,20 manat məbləğində dəymiş ziyanla bağlı qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il. xx.xx.2023-cü il tarixli aklardan görünür ki, Cavabdeh MMC "X7" MMC-nin və "xxxx" MMC-nin anbarından xx.xx.2023-cü il tarixdə 112 tay 16720 kq İİİ növ, xx.xx.2023-cü il tarixdə 112 tay 16710 kq İİİ növ, xx.xx.2023cü tarixdə 72 tay 7515 kq İİİ növ, 8 tay 1025,4 kq K növü quru tütün məhsulu çıxarmışdır. İş materiallarında olan bank çıxarışından görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "X7" MMC-nin hesabına 175500 manat köçürmüşdür. İş materialllarında olan 07 yanvar 2024-cü il tarixli ZAİ-001/24 saylı maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən "X7" MMC-yə əhəmiyyətli dərəcədə maddi ziyan dəymiş, istehsal edilmiş mallar satılmamış qalmış, müəssisə külli miqdarda kreditor borcları, məcburi büdcə ödənişləri, kommunal xərclər və əmək haqlarını ödəyə bilməyərək, dövlər orqanları tərəfindən məcburi sanksiyalar və məcburi tədbirlərlə üzləşmişdir. Cavabdeh qəsdən. Məqsdəli şəkildə builərəkdən müəssisənin fəaliyyətini məhdudlaşdırmışdır. Fermerlərə tütün istehsalına görə müqavilə üzrə verəcəkləri avansı təmin edə bilmədiklərinə görə 83915 manat borc yaranmış müqavilə öhdəliyini təmin edə bilmədiklərinə görə 300000 manat dəyərində əlavə gəlirdən məhrum olsalar da hazır yaş məhsulun dəyəri ödənilmədiyindən iddia ərizəsi təqdim edilən tarixdən indiyə qədər əlavə 51911 manat əlavə kreditor birc yaranmışdır. Bundan əlavə müqaviə üzrə onlara çatacaq vəsaiti ala bilmədiklərinə görə xx.xx.2024-cü il tarixə 94000 manat (2023-cü ilin noyabr və dekabr aylarıüzrə əmək haqlarının ödənilməməsinə görə) və 106210 manat (kommunal xərclər) üzrə də cari borcları yaranmışdır ki, bütün bu vəsaitləri başqa mənbələrdən borc alaraq müəyyən qismdə enerji təchizartı qurumlarından möhlət alaraq saxlamışlar. Başqa şəxlsərdən 100000 manat dəyərində faktiki borc alaraq, əalvə maliyyə yükü ilə yüklənərək müflisləşmə ilə üzləşmişdir. İş materiallarında olan “X1” MMC ilə X3 arasında bağlanmış 05 avqust 2023-cü il tarixli 08 saylı borc müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən X3 130000 ABŞ dolları məbləğində pul vəsaitini borc alan “X1” MMC-nə müxtəlif vaxtlarda və hissə-hissə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə borc məbləğini hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ZAİ-062A/23 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1 və 441.4-cü maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə qeyd edir ki, "X7" MMC ilə Cavabdeh MMC arasında 03 mart 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən "X7" MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/ və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən malların dəyəri ümumilikdə 245930,63 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya təhvil vermiş, Alıcı müqavilədə nəzərdə tutulmuş malları tam şəkildə təhvil alaraq Satıçıya məxsus anbarda saxlama müqaviləsi əsasında saxlamaya qoymuşdur. Alıcı aldığı malın dəyərindən 175500 manatını ödəmiş, qalan hissəsini isə, yəni 241664,07 manatını ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini ilkin iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 241664,07 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa ilkin iddia üzrə iddiaçı iddia tələbində ilkin iddia üzrə cavabdehdən vurduğu zərərə görə 121813 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəməyə hüquqi şəxsin təsisçisinin başqa şəxslə bağladığı borc müqaviləsini təqdim etsə də, fermerlərlə müqavilələr bağladığını bildirsə də fermerlərə hansı məbləğdə pul ödəməsi, hansı məbləğdə ödəyə bilməməsi, məhz cavabdehin icranı gecikdirməsi nəticəsinə ödənişləri həyata keçirə bilməməsi ilə bağlı, eləcə də təsisçinin borc alması ilə bağlı iddiaçının ziyana düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də ilkin iddia üzrə iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC “X7" MMC-yə müqavilə üzrə 175500 manat pul köçürmüş, təhvil aldığı mallardan yalnız anbardan onlara 95248,04 manat dəyərində məhsulun çıxarılmasına icazə verilmiş, 80251,96 manat dəyərində isə məhsulun çıxarılmasına maneə yaradılmışdır. Odur ki, 80251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində qarşılıqlı iddia üzrə cavabdehdən vurduğu zərərə görə 62000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia üzrə iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, ilkin iddi üzrə iddiaçının nümayəndəsi tərəfindən 410 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddia ərizələrinin məhkəməyə verilməsi üçün ilkin iddia üzrə iddiaçı 254 manat, qarşılıqlı iddia üzrə iddiaçı 432 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 410 manat mediasiya xərci və 254 manat dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Həmçinin qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 330,75 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 277 manat 66 qəpik dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdehnə arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış 241664 (iki yüz qırx bir min altı yüz altmış dörd) manat 07 (yeddi) qəpik məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 254 (iki yüz əlli dörd) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdehnə arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsi üzrə 80251 (səksən min iki yüz əlli bir) manat 96 (doxsan altı) qəpik məbləğində qurudulmuş tütün yarpağı məhsulu və 330 (üç yüz otuz) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə verilsin. İlkin iddianın və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. İlkin iddia üzrə Cavabdehndən 277 (iki yüz yetmiş yeddi) manat 66 (altmış altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar