Məhkəmə qərarları › İş №e-2-2(115)-917/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-917/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-917/2022 25.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması tələbinə dair kommersiya işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ticarət şəbəkərində satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafıə fonduna ödənilməmiş 1742 manat 26 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2005 manat məbləğində siyahıya alınmış əmlakının (2005 manat dəyərində müəssisənin anbar binasının 40,1 m –lik hissəsi“C” bloku) ticarət şəbəkəsində satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2022ci il tarixdə məhkəməyə ərizə göndərərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlı məhkəmənin icraatında olan iş üzrə əmlakın siyahıya alınması haqqında xx.xx.2021ci il tarixli qərar üzrə vergi ödəyicisinin borcunun olmadığını nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar