Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-99/2020 28.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 59510 manat məbləğində əsas borcun, 232000 manat məbləğində dəbbə pulunun, 10000 manat əldən çıxmış fayda haqqının, 7.75 % məbləğində hesablanmaqla 4612 manat məbləğində bank uçot (faiz) dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, Cavabdeh MMC-nin qeydiyyat ünvanı Bakı şəhəri AZ 1040 Sabunçu rayonu Sabunçu ŞTQ X6 ev 16 A ünvanında yerləşir və idarəetmə sözügedən ünvandadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-cİ maddəsinə əsasən hüququ şəxsə iddia hüququ şəxsin ünvanın olduğu yerə görə verilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş **********0 saylı arayışdan göründüyü kimi Cavabdeh MMC-nin VÖEN nömrə:********** Bakı şəhərindədir. Ona görə də, iş üzrə qəbul edilmiş bütün prosessual hərəkətləri ləğv edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-99/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsi X1 vəsatəti təmin edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X4 Kommersiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2-2(115)-99/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ona xx xxxxxx 2020-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinin binasında imza atılmaqla təqdim edilmişdir. Cavabdeh MMC adından aidiyyətlə bağlı ərizəsi xx xxxxxx 2020-ci il tarixdə onun iştirakı olmadan baxılmış və əsassız olaraq aidiyyətlə bağlı ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilən vergi orqanı tərəfindən təqdim edilmiş arayışdan açıq-aşkar görünür ki, Cavabdeh MMC-nin faktiki qeydiyyat ünvanı Bakı şəhəri Sabunçu rayonu Sabunçu ŞTQ X6 ev 16 A ünvanıdır. Hakim qərardadda göstərmişdir ki, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi vergi orqanının imzasız arayışı aidiyyətlə bağlı məsələnin həlli üçün əsas ola bilməz. Hakim eyni zamanda X5 Dövlət reyestrindən məlumata əsaslanaraq Cavabdeh MMC-nin vergi ödəyicisi kimi hüququ ünvanının Ağstafa rayon Vurğun qəsəbəsində olmasını göstərir. Hakimin gəldiyi nəticə tamamilə yanlışdır belə ki, müəssisə 2015-ci ildə Tovuz rayonunda qeydiyyatdan keçmiş və daha sonra Ağstafa rayonunda icarəyə götürdüyü qeyri yaşayış sahəsində müvəqqəti fəaliyyət göstərmişdir. 2018-ci ilin oktyabr ayından müəssisə faktiki olaraq fəaliyyət istiqamətləri Bakı şəhərində olduğundan Ağstafa rayonunda icarəsində olan qeyri yaşayış sahəsində fəaliyyətinə dair müqaviləsinə xitam verərək Bakı şəhərində Sabunçu ŞTQ X6 ev 16 A ünvanında fəaliyyət göstərir. İddiaçı MMC-nin rəhbərliyi dəfələrlə sözügedən ünvanda olublar. Uzun müddət həmin ünvanda fəaliyyət göstərilməsinə baxmayaraq faktiki olaraq müvafiq reyestr düzəlişləri və ünvanla bağlı dəyişikliklər 2020-ci ilin iyun ayında sistemə daxil edilmişdir. Hal-hazırda ********** saylı vöen üzrə internet axtarış portalında daxil edərkən açıq-aşkar görünür ki müəssisənin qeydiyyatı Bakı şəhərindədir. Məhkəmə şikayətdə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)-99/2020 saylı qərardadı əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən və “X5” kommersiya qurumlarının dövlət reyestrindən alınmış məlumatlara əsasən Cavabdeh MMC-nin hüquqi ünvanı Ağstafa rayonu, Vurğun qəsəbəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla icraata qəbul edildiyindən, hazırkı işə aidiyyəti üzrə məhz Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdehin nümayəndəsi vəsatətə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonunda uçota alınması barədə arayış əlavə etsə də, məhkəmə qeyd edir ki, həmin arayış ərazi aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya rədd edir və mübahisəyə baxılması üçün tərəflərə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)-99/2020saylı qərardadından verilmiş şikayət əsassızolduğundan təmin edilməməli və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(115)-99/2020saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-99/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-99/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver