Məhkəmə qərarları › İş №e-2-2(115)-995/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-995/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-995/2025 29.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq obyektinin satılaraq kredit borcunun, faizlərin tutulması” tələbinə (açar sözlər: pul tələbi, aidiyyət) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq obyektinin satılaraq kredit borcunun, faizlərin tutulması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi

1. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “lizinq obyektinin satılaraq kredit borcunun, faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli 15/AS-24 nömrəli daxili lizinq müqaviləsinə əsasən yaranmış əsas borc 38756.11 (otuz səkkiz min yeddi yüz əlli altı) manat (on bir) qəpik, faiz borcu isə 3184.29 (üç min bir yüz səksən dörd) manat (iyirmi doqquz) qəpik olmaqla ümumilikdə cəmi 41940.40 (qırx bir min doqquz yüz qırx) manat (qırx) qəpik borc, dövlət rüsumu isə 215.82 (iki yüz on beş) manat (səksən iki qəpik) olmaqla, ümumilikdə cəmi 42156.22 (qırx iki min bir yüz əlli altı) manat (iyirmi iki) qəpik borcun ödənilməsi məqsədi ilə lizinq obyekti olan 2020-ci il buraxılışlı, **- AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, Mitsubishi ASX minik universal markalı, ağ rəngli nəqilyat vasitəsinin Cavabdeh alınaraq mülkiyyətçi “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılması, satışdan əldə olunan məbləğin Cavabdeh “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 42156.22 (qırx iki min bir yüz əlli altı) manat (iyirmi iki) qəpik borc məbləğinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40. Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

III. Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi xx.xx.2024cü il tarixli müqavilə üzrə yaranmış borcun tutulmasından ibarətdir.

5. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, bu Müqavilənin icrası ilə əlaqədar əmələ gələn mübahisəli məsələləri tərəflər danışıqlar yolu ilə həll edəcəklər (12.1). Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, məsələ müqavilənin icra yeri üzrə müvafiq Azərbaycan Respublikası məhkəməsi tərəfindən və Azərbaycan qanunları tətbiq edilməklə həll ediləcəkdir. Müqavilənin icra yeri dedikdə, Lizinq verənin yerləşdiyi ünvan başa düşülür (12.2).

6. İş materiallarından görünür ki, lizinq verən “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4 A ünvanıdır.

7. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

8. Göründüyü kimi tərəflər hazırki müqavilə ilə işə baxmalı olan məhkəmənin aidiyyətini müəyyən ediblər. Odur ki, hazırki tələbə Gəncə Kommersiya Məhkəməsində baxılması üçün əsaslar mövcud deyil və hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

IV. Məhkəmənin gəldiyi nəticə

9. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq obyektinin satılaraq kredit borcunun, faizlərin tutulması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur.

10. Bundan başqa, məhkəmə xx.xx.2025-ci il tarixli qəbzə əsasən müəyyən edir ki, 216,60 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından həmin dövlət rüsumu da qaytarılmalıdır.

11. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq obyektinin satılaraq kredit borcunun, faizlərin tutulması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur. 216,60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar