Məhkəmə qərarları › İş №e-2-2(117)-10/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-10/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2021 10.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı və ya İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh MMC) qarşı “42694,93 avro məbləğində pul vəsatinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ***-**** nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1 nömrəli Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 42694,93 avro ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-445/2020 nömrəli qərardadı ilə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh işçilərin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla aktiv bank hesablarında olan 42694,93 avro məbləği həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müqaviləyə əlavədə qeyd edilən 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SU- SEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində mallar cavabdehə verilsə də, təhvil-təslim aktlarında səhvən həmin məhsulların hamısı qeyd edilmədiyindən yalnız 37055,79 avro məbləğində malların verilməsini təsdiqləyə bilirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2018-ci il tarixli ***-**** nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SU-SEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində malların satılması nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixli təhvil təslim sənədindən görünür ki, 10 ədəd Poximity (125kHz) card reader non-contact (HİD), 50 ədəd Proximity (125kHz) card (HİD), 10 ədəd Exit button double contakt stainless steel (HİD), 10 ədəd Emergency exit button (HİD), 10 ədəd Single miniatur magnetic lock (Yale) BMS” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli təhvil təslim sənədindən görünür ki, 20 ədəd Access control panel 4 reader input /8 input/ 4 output (ACX-2-00000000), 46 ədəd Digital input module XPDİ8 (XPD18), 200 ədəd Magnetic door monitoring contact (MK4200) BMS MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli təhvil təslim sənədindən görünür ki, 8 ədəd Access control panel 4reader input/8input/4 output (ACX-2-00000000), 10 ədəd Digital input module XPDİ8 (XPD18) BMS MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən Alıcı müqavilənin 50 faizi miqdarında avans etdikdən sonra Satıcı 120 iş günü ərzində Malları Azərbaycan Respublikası ərazisinə gətirir, mallar gömrük ərazisinə daxil olduqda Alıcı ödənişin qalan hissəsini iki gün ərzində tam şəkildə həyata keçirir. Tərəflər malın təhvil verilməsi barədə akt tərtib edirlər və səlahiyyətli nümayəndələr akta imza edirlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, təhviltəslim sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ***-**** nömrəli malların satış müqaviləsinə əsasən satıcı alıcıya 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Software license SU- SEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2109,66 avro) olmaqla, cəmi 42694,93 avro məbləğində malların satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktları ilə müqavilədən əlavədə qeyd edilən mallardan yalnız bir hissəsinin- 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2890,91 avro) və 4 ədəd single miniatur magnetic lock (ümumi dəyəri 481,82 avro) və əlavə olaraq 6 ədəd single miniatur magnetic lock (ümumi dəyəri 722,7 avro) verilməsi təsdiq olunur, digər malların Alıcıya təhvil verilməsi faktı öz təsdiqini tapmır. Cavabdehə təhvil verilən malların ümumi dəyəri 37055,79 avro təşkil etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddiaçı tərəf təhvil verilməyən malların təhvil verilməməsi faktını təsdiq edə biləcək sübutlarının olmadığını bildirsə də, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Tərəflərin təqdim etdikləri sübutlar isə məhkəmənin hazırkı nəticəyə gəlməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, tutulan məbləği nəzərə alaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehndən 37055,79 (otuz yeddi min əlli beş manat yetmiş doqquz sent) avro məbləğində borc Azərbaycan manatına olan məzənnə ilə və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar