Məhkəmə qərarları › İş №e-2-2(117)-10/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-10/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-10/2023 28.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “4995 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli nisyə alğı satqı müqaviləsinə əsasən satıcı tərəfindən buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı ümumi dəyəri 16900 manat olan “Kia Rio” markalı minik avtomobili alıcı Cavabdeh satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən alıcı avtomobilin dəyərinin 2500 manatını bu müqavilə bağlanarkən satıcıya verir. 3-cü bəndinə əsasən alıcı avotmobilin dəyərinin qalan hissəsini yəni 14400 manatı 24 ay hissə-hissə hər ay 600 manat olmaqla hər ayın müqavilə imzalandığı günü ödəməyi öhdəsinə götürür. 4-cü bəndinə əsasən avtomobil təhvil təslim atkı imzalanmaqla alıcıya təhvil verilir. 11-ci bəndinə əsasən müqaviləyə birtərəfli xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsaitdən avtomobilin satışından geri alındığı günə qədər hər gün üçün avtomobilin ümumi dəyərinin 0,2 % miqdarında amortizasiya xərci və avtomobil yararsız hala salınarsa və ya ehtiyat hissələri yararsız hala düşərsə avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclər çıxıldıqdan sonra qalan vəsait 2 ay müddətinə geri qaytarılır. xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli təhvil-təslim aktı ilə buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobil satıcı tərəfindən alıcıya tam saz vəziyyətdə təhvil verilmişdir və alıcı satıcının iştirakı ilə avotmobilə baxış keçirmişdir, avtomobilə dair heç bir etiraz və tələbi olmamışdır. Sözügedən akt satıcı və alıcının imzaları ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 08-1/2021 nömrəli təhvil-təslim aktı ilə alıcı buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobilini satıcıya təhvil vermiş, satıcı tərəfindən alıcının iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobil qəzalı vəziyyətdə təhvil alınmışdır. Akt satıcı və alıcı tərəfin imzaları ilə təsdiq edilmişdir. “X2” şirkəti tərəfindən tərtib edilərək verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə şirkətin servis mərkəzinin ekspertləri tərəfindən buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobilinə keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, minik avtomobilinin yararlı vəziyyətə gətirilməsi üçün ümumi dəyəri 2600 manat olan ehtiyat hissələri alınmalı və dəyəri 980 manat olan xidmətlər göstərilməlidir (ümumi dəyəri 3580 manat). Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli 06 ədəd mədaxil qəbzləri ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara dair EQ8671346 nömrəli protokol üzrə 57,50 manat, EQ8974059 nömrəli protokol üzrə 45 manat, EQ8784273 nömrəli protokol üzrə 50 manat, EQ8883367 nömrəli protokol üzrə 18 manat, EQ8562873 nömrəli protokol üzrə 65 manat və İXP4467771 nömrəli protokol üzrə 54 manat olmaqla, ümumilikdə 289,50 manat məbləğində cərimələr ödənilmişdir. İddiaçı xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək ödənilməmiş 4995 manat borcunun olduğunu bildirmiş, borcun ödənilməsini tələb etmişdir. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 08/2021 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 16900 manat dəyərində “Kia Rio” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 2500 manat ödəniş etmiş və 24 ay müddətinə hər ay 600 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 5 ay ödəniş etdikdən sonra (sonuncu dəfə xx.xx.2022) müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etmədən boyun qaçırmış və bu səbəbdən də avtomobil alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən xx.xx.2022-ci il tarixində geri alınmışdır. Cavabdeh ilkin ödəniş 2500 manat və 5 ay 600 manat olmaqla fiziki şəxs İddiaçı 5500 manat vəsait ödəmişdir. Müqavilənin 11-ci bəndinə əsasən avtomobil gerialındıqda hər gün üçün avtomobilin ümümi dəyərinin 0.2% miqdarında amortizasiya xərci ödənilməlidir ki, bu da ümümilikdə 199 gün üçün 6726,20 manat təşkil edir (16900*0.2%=33.8 günlük amortizasiya). Həmin tarixə Cavabdeh müqavilənin 11-ci bəndinə əsasən 1226 manat ödənilməmiş borcu, avtomobilin yararlı vəziyyətə gətirilməsinə çəkilmiş xərc olan 3580 manat dəymiş ziyanla bağlı borcu və avtomobil geri alınarkən avtomobilin üzərində olan 289.50 manat DYP cərimələrinin ödənməsi ilə bağlı borcu yaranmışdır. Cavabdeh rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu ödəməkdən boyun qaçırır. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1930 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, buraxılış ili 2005-ci il olan normal vəziyyətdə saxlanılmış “Kia Rio” markalı minik avtomobilinin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 12500 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin norma vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 1250 manat aşağı olması istisna edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi, təhvil-təslim aktları, qüsur aktı, mədaxil qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli nisyə alğı satqı müqaviləsinin etibarlı əqd olub-olmamasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin predmeti olan minik avtomobili rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan mübahsiə predmeti olan müqavilə qanunvericiliyin tələbi baxımından notarial qaydada təsdiq edilməli olmasına baxmayaraq müqavilə yalnız tərəflərin imzaları ilə təsdiq edilmişdir. Buna baxmayaraq tərəflər arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsini əks etdirir, tərəflərin razılaşma şərtlərini və qaydalarını, nəqliyyat vasitəsinin dəyərini, ödənilməsi şərtlərini, vaxtını və qaydasını və s. özündə əks etdirməklə tərəflərin iradə ifadələrinə uyğun bağlanıldığından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli nisyə alğı-satqı müqaviləsi etibarlı əqddir və müqavilə tərəfləri tərəfindən mübahisələndirilmir. İddianın hüquqi əsasına münasibətdə isə məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə bağlandığı vaxt 2500 manat, daha sonra isə 3 ay müddətində 600 manat olmaqla ümumilikdə 5500 manat ödəniş edilməsi iddia ərizəsində də iddiaçı tərəfindən etiraf edilir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ödədəyi 289,50 manat inzibati xətalara görə cərimələri, 3580 manat avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkilmiş xərc və 6726,20 manat amortizasiya xərcinin cəmindən cavabdeh tərəfindən ona ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan hissəsini borc kimi tələb edir ki, tələbində də haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsaəsn bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli nisyə alğı satqı müqaviləsinə əsasən satıcı tərəfindən buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı ümumi dəyəri 16900 manat olan “Kia Rio” markalı minik avtomobili alıcı Cavabdeh, xx.xx.2021-ci il tarixli 08/2021 nömrəli təhviltəslim aktı ilə tam saz vəziyyətdə təhvil verilmişdir və alıcı satıcının iştirakı ilə avtomobilə baxış keçirmiş, avtomobilə dair heç bir etiraz və tələbi olmamışdır. Sözügedən akt satıcı və alıcının imzaları ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 08-1/2021 nömrəli təhvil-təslim aktı ilə alıcı buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobilini satıcıya təhvil vermiş, satıcı tərəfindən alıcının iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobil qəzalı vəziyyətdə təhvil alınmışdır. Akt satıcı və alıcı tərəfin imzaları ilə təsdiq edilmişdir. “X2” şirkəti tərəfindən tərtib edilərək verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə şirkətin servis mərkəzinin ekspertləri tərəfindən buraxılış ili 2005-ci il olan KNEDE**********83 ban nömrəli **-OL-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı minik avtomobilinə keçirilmiş baxış nəticəsində müəyyən olunmuşdur ki, minik avtomobilinin yararlı vəziyyətə gətirilməsi üçün ümumi dəyəri 2600 manat olan ehtiyat hissələri alınmalı və dəyəri 980 manat olan xidmətlər göstərilməlidir (ümumi dəyəri 3580 manat). Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli 06 ədəd mədaxil qəbzləri ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara dair EQ8671346 nömrəli protokol üzrə 57,50 manat, EQ8974059 nömrəli protokol üzrə 45 manat, EQ8784273 nömrəli protokol üzrə 50 manat, EQ8883367 nömrəli protokol üzrə 18 manat, EQ8562873 nömrəli protokol üzrə 65 manat və İXP4467771 nömrəli protokol üzrə 54 manat olmaqla, ümumilikdə 289,50 manat məbləğində cərimələr ödənilmişdir. Müəyyən edilən hallar və təqdim edilmiş sübutların təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, həqiqətən də iddiaçı tərəfindən 06 ədəd mədaxil qəbzlərinə əsasən cavabdehin törətdiyi inzibati xətalara görə ümumilikdə 289,50 manat cərimələr ödənilmişdir, avotmobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkilən xərcin məbləği 3580 manat təşkil etmişdir ki, həmin məbləğlər də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Buna baxmayarq məhkəmə amortizasiya xərci ilə bağlı tərəflər arasında bağlanmış müqavilənin 11-ci maddəsinin qanuna zidd olduğunu nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış amortizasiya xərcinin məbləğini əsassız hesab edir. Belə ki, işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1930 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, buraxılış ili 2005-ci il olan normal vəziyyətdə saxlanılmış “Kia Rio” markalı minik avtomobilinin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 12500 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin norma vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 1250 manat aşağı olması istisna edilmir. Hazırki iş üzrə müqavilə predmeti olan minik avtomobilinin orta bazar qiyməti təxminən 12500 manat olmasına baxmayaraq məhkəmə tərəflərin azad irafə ifadəsini, iddiaçının nəqliyyat vasitəsini cavabdehə məhz razılıq əsasında 16900 manat qiymətə satdığını və cavabdehin də həmin məbləği qəbul etməklə o dəyəri ödəməyi öhdəsinə götürməklə minik avtomobilini aldığını nəzərə alaraq hesab edir ki, avtomobilin dəyərinin 16900 manat olduğu qəbul edilməklə amortizasiya xərci hər gün üçün 0,2%-lə deyil, ekspert rəyi ilə müəyyən edilmiş qaydada avtomobilin dəyərinin 10%-i həcmində, yəni 1690 manat dəyərində (16900*10/100) müəyyən edilməlidir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya 1690 manat amortizasiya xərci, 3580 manat məbləğində avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkilən xərc və 289,50 manat inzibati xəta ilə bağlı cərimələr olmaqla ümumilikdə 5559,50 manat ödənilməlidir ki, hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçıya 5500 manat pul ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə yaranmış hüquq münasibətləri alğı-satqı ilə bağlı olduğundan və iddaçının iddia etdiyi kimi cavabdehin ödədiyi vəsait və nəqliyyat vasitəsi iddiaçıda qalacağı təqdirdə iddiaçı əsassız varlanmış olacaqdır ki, bu da mümkün deyildir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... (Mülki Məcəllə maddə - 1091.1, 1091.2, 1092.1). Tərəflər müqavilənin 11-ci bəndində razılaşmışlar ki, müqaviləyə birtərəfli xitam verilməklə avtomobilin geri qaytarılması halında ödənilmiş vəsaitdən avtomobilin satışından geri alındığı günə qədər hər gün üçün avtomobilin ümumi dəyərinin 0,2 % miqdarında amortizasiya xərci və avtomobil yararsız hala salınarsa və ya ehtiyat hissələri yararsız hala düşərsə avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclər çıxıldıqdan sonra qalan vəsait 2 ay müddətinə geri qaytarılır. Göründüyü kimi, tərəflərin razılaşmasında artıq ödənilmiş vəsaitin qaytarılması nəzərdə tutulmuş və iddiaçı ödənilmiş vəsaiti 0,2 faiz miqdarında amortizasiya xərcinə silməklə cavabdehdən tələb olunan məbləği tələb edir ki, bununla bağlı məhkəmənin əsaslandırması qeyd edilən hissəyə münasibətdə şərh edilmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi olan avtomaşın iddiaçıya qaytarılmışıdr ki, cavabdehin ödədiyi vəsaitin qaytarılmaması, nəqliyyat vasitəsinin geri alınması və dəymiş ziyanın cavabdehdən olduğu kimi alınması iddiaçının əsassız varlanmasına gətirib çıxarar. Qeyd olunduğu kimi varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 4995 manat deyil, 59,50 manat (5559,50-5500) pul, yəni cavabdehin ödədiyi vəsait cıxılaraq qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, iddiaçı elektron kabinet vasitəsilə vəsatətə məhkəməyə müraciət edərək bildirmişdir ki, ekspert rəyində qeyd olunan avtomobilin 10 faizi miqdarında avtomobilin qiymətinin azalması sadəcə avtomobilin qəza keçirməsi ilə əlaqədardır. Avtomobilin cavabdeh tərəfindən istifadə olunduğu müddətdə təbii köhnəlmə və amortizasiya xərci kimi əlavə olaraq 0,2 % miqdar cavabdehdən tutulmalıdır. Məhkəmə iddiaçının vəsatətinə münasibətdə qeyd edir ki, avtomobilin 10 % miqdarında qiymətinin azalması təkcə qəza keçirməsi ilə bağlı deyildir və ekspert rəyi ilə müəyyən edildiyi kimi təbii köhnəlmə, amortizasiyası ilə əlaqədardır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (4995 manat) ödənilməli dövlət rüsumu 69,95 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən həmin dövlət rüsumunun 69,12 manat hissəsi iddiaçıdan, 0,83 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 10 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən həmin məbləğ ödəyəcəyi rüsumdan çıxılmaqla iddiaçıdan 59,12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 0,83 manat dövlət büdcəsinə və iddiaçıdan 59,12 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 59,12 manat dövlət rüsumu çıxılmaqla 0,88 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 59,12 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 0,83 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 59,95 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş və təqdim edilmiş 2 ekspert rəyləri üzrə ödənilməli olan 100 manat və 50 manat xərc tərəflər arasında bərabər qaydada bölünməklə 75 manat iddiaçıdan, 75 manat cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 59,50 manat borc və 0,88 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 59,95 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının dəyəri olan 150 manat ekspertiza xərcinin 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar