Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1006/2023 13.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “72416 manat əsas borc, 21724 manat hesablanmış penyanın, cəmi 94140 manat, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 2022/AZBD-01 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı smerç, kalamit, humat saxalinsky, judo, agriloniya-S maye gübrə adında malları alıcıya satmağı, sonuncu isə adı qeyd edilən malları qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 19916 manat təşkil edir. 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır. Həmin müqavilə üzrə tərəflər xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 50 litr həcmində ümumi dəyəri 1050 manat məbləğində smerç, ümumi dəyəri 1100 manat məblğində 200 ədəd kalamit, 30 litr həcmində ümumi dəyəri 420 manat məbləğində humat saxalinsky, 61 litr həcmində ümumi dəyəri 854 manat məbləğində judo, 1178 litr həcmində ümumi dəyəri 16492 manat məbləğində gübrə olmaqla qeyd edilən çeşiddə malların dəyərini müəyyənləşdirmiş və həmin mallar cavabdehə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 15000 manat təşkil edir. 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır. Həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1000 litr həcmində Agroliniya-S adında malın ümumi dəyəri 15000 manat təşkil edir və həmin mallar cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli Əlavə imzalanmış və satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 3.1ci bəndinə əsasən müqavilə üzrə satılan malın ümumi dəyəri 37500 manat təşkil edir. 3.2ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır. Həmin müqaviləyə 1 nömrəli Əlavə üzrə xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolu, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2500 litr həcmində Agroliniya-S adında malın ümumi dəyəri 37500 manat təşkil edir və həmin mallar cavabdehə təhvil verilmişdir. Satıcı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələrdə adları göstərilən malları tam şəkildə və vaxtında təhvil vermiş, alıcı isə müqavilələr üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirmədiyindən 72416 manat məbləğində ödəməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, özü tərəfindən imzalanmış elektron qaimələr və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 72416 manat əsas borc, 21724 manat hesablanmış penya olmaqla cəmi 94140 manat borcu, ödənilmiş 373 manat dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X1 Cəmiyyəti ilə cavabdeh arasında gübrə satışına dair müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən cavabdehə 72416 manat məbləğində mal verilmişdir. Lakin cavabdeh tərəfdən bu malın dəyərinin ödənilməsi ilə bağlı heç bir ödəniş edilməmişdir. Müəssisənin direktoru ilə cavabdeh arasında telefon danışıqları olmuşdur. Cavabdeh tərəf pulunun olmadığını bildirmiş və borcu ödəməkdən yayınmışdır. Cavabdehin anbarına da baxış keçirilmişdir. Cavabdeh tərəfindən təqdim edilən qaimələrdə göstərilən mallar aralarında olan müqaviləyə görə cavabdehə satdığı mallar deyil. Qaimələrin birində olan maye gübrənin satılması müqavilədə nəzərdə tutulsa da, həmin qaimənin tarixləri uyğun gəlmir. Həmçinin malların qaytarılması ilə bağlı hər hansısa qaimə mövcud olsa idi, həmin qaimənin bir nüsxəsi onlarda olardı. Lakin onlarda geri qaytarılan mallarla bağlı heç bir sənəd yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun iddiaçı tərəfə qeyd olunan məbləğdə borcu yoxdur. O, X1 Cəmiyyətindən 39854 manatlıq mal almışdır. Bunun 25154 manatlıq hissəsini geri qaytarmışdır. Qalan hissəsinin isə ödənişini etmişdir. Onun cəmi 12728 manat borcu var. O, pulu ödəmək istədiyində iddiaçının direktoru ona bildirdi ki, “onların icarə haqqı ilə bağlı borcları var, sən pulu həmin hesaba ödə”. O da 700 manat pulu həmin hesaba ödəmişdir. Üzləşmə aktı ona imzalatdırıldıqdan sonra içini yazmışlar. O, üzləşmə aktını qəbul etmir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli 2022/AZBD-01 nömrəli alğı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsinə 01 nömrəli Əlavə, qiymətlərin razılaşdırma protokolları, malların təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). İşin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 2022/AZBD-01 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı smerç, kalamit, humat saxalinsky, judo, Agriloniya-S maye gübrə adında malları alıcıya satmağı, sonuncu isə adı qeyd edilən malları qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bunlardan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/AZBD-10 nömrəli alğı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli Əlavəyə əsasən satıcı Agroliniya-S adında malı alıcıya satmağı, sonuncu isə həmin malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qaydada dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə və müqaviləyə 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır. Satıcı müqavilələr üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələrdə adları göstərilən ümumilikdə 72146 manat dəyərində malları alıcı Cavabdeh təhvil vermiş, alıcı isə müqavilələr üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək 72416 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları və elektron qaimələr və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh xx.xx.2023-cü il tarixə 72416 manat borcunun olmasını etiraf etmiş, üzləşmə aktı məhkəməyə təqdim edilmiş və cavabdeh tərəf həmin aktı mübahisələndirməmişdir. Göründüyü kimi əsas borc məbləği həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və tərəflər bununla bağlı üzləşmə aktı tərtib edərək imza və möhürlə təsdiq etmiş tələb olunan əsas borc məbləği iş materialalrında olan digər sənədlərlə təsdiq olunur. Eyni zamanda elektron qaimələr belə cavabdeh tərəfindən imzalanmışdır ki, məhkəmə həmin qaimələri də malların təhvil verilməsinin təsdiq edən sübut qismində qəbul edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslıdır və təmin edilməlidir. Bundan başqa məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş 4 ədəd ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli qaimə fakturaları malların iddiaçıya təhvil verilməsini təsdiq edən sübut qismində qəbul etmir. Beli ki, əvvəla ******* nömrəli qaimə fakturanın tərtib edilməsi tarixi mövcud deyil, ******* nömrəli qaimə fakturada təhvil alanın imzası mövcud olmamaqla yanaşı akt 18.12.201-ci il tarixlidir. ******* nömrəli qaimə fakturanın 12 dekabr tarixi göstərilsə də tərtib edildiyi il mövcud deyil və ******* nömrəli qaimə faktura xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa bu qaimələrin tərtib edildiyi tarixdən sonra xx.xx.2023-cü il tarixdə tərəflər arasında üzləşmə aktı təsdiq edilmiş və cavabdeh 72416 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında üzləşmə aktında olan imzanın ona məxsus olduğunu inkar etməmiş və aktın imzalanandan sonra icinin yazıldığını bildirsə də bununla bağlı hər hansı sübut mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə qeyd edilən qaimə fakturaları malların iddiaçıya qaytarılmasını təsdiq edən sübut qismində qəbul etməmiş və digər sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin tələb olunan məbləğdə əsas borcu vardır. Tələbin “21724 manat hesablanmış penyanın tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr və müqaviləyə əlavənin 3.2-ci bəndinə əsasən alıcı malı təhvil aldıqdan sonra dəyərini, elektron qaiməyə, hesab fakturaya, və ya qaimə-fakturaya əsasən 3 ay müddətində nağd və ya köçürmə yolu ilə ödənilməsini gecikdirdikdə ödənilməyən dəyərin hər günü üçün 0,2 % penya hesablanır. Lakin məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında ilk müqavilə xx.xx.2021-ci il tarixli bağlanmış və dəyəri 19916 manat dəyərində gübrə məhsulları cavabdehə təqdim edilmiş və cavabdeh tərəfindən həmin malların dəyəri ödənilmədən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə cavabdehə yenidən 15000 manat dəyərindən gübrə məhsulları satılmışdır. Hər iki müqavilə üzrə ödənişlərin olmamasına baxmayaraq xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə bağlanmış və həmin əlavəyə əsasən cavabdehə ümumi dəyəri 37500 manat olan gübrə məhsulları cavabdehə satılmış və həmin məhsullar xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsinə baxmayaraq iddiaçı ona malları satmaqda davam etmiş və xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib etmişdlər ki, cavabdeh borclarını tam ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 21724 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (94140 manat) ödənilməli dövlət rüsumu 372,42 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 372,42 manat dövlət rüsumunun 84,75 manatı iddiaçıdan, 287,67 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 200 manat mediasiya xərci və 173 manat dövlət rüsumu ödəmiş və həmin vəsaitləri cavabdehdən rüsum şəklində ümumi tələb etmişdir. İddiaçı 173 manat dövlət rüsumu ödəsə də, iddia tələbi qismən təmin edildiyindən iddiaçının dövlət büdcəsinə ödəməli olan 84,75 manat rüsum çıxılmaqla qalan 88,25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 200 manat mediasiya xərci ödəmiş və həmin məbləği cavabdehdən tələb etmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaşıya ödənilməlidir. Ödənilməmiş 200 manat dövlət rüsumu cavabdehdən dövlət hesabına tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 72416 manat əsas borc, 300 manat penya, 88,25 manat dövlət rüsumu və 200 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 200 manat Dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 84,75 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1006/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1006/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver