Məhkəmə qərarları › İş №e-2-2(117)-1013/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1013/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1013/2022 21.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 (səkkiz min) manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 (doqquz min yüz on iki) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə və Cavabdeh İddiaçınə qarşı “xxxx MMC-dən 4200 manat əsas borcun, 2520 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 88 manat pul vəsaitinin, cəmi 6808 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 (səkkiz min) manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 (doqquz min yüz on iki) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı “xxxx MMC-dən 4200 manat əsas borcun, 2520 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 88 manat pul vəsaitinin, cəmi 6808 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin vəkili məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçı tərəf bunun üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosesual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil imzaları ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə xx.xx.2022-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən, qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Cavabdeh barışıq sazişi təsdiq edildiyi tarixdən etibarən 15 gün müddətində “Lumex” lazer cihazını təmir edir və İddiaçınə bununla bağlı məlumat (telefon, email, faks və s.) verildiyi tarixdən 3 gün müddətində “Lumex” lazer cihazını təhvil alır;

2. İddiaçı “Lumex” lazer cihazının təmir və işlək vəziyyətdə təhvil verildiyi anda 2200 manat pul ödəməyi öhdəsinə götürür;

3. İddiaçı “Lumex” lazer cihazı təmir edilib təhvil verildikdən sonra 45 gün ərzində qalıq 2000 manat vəsaiti Cavabdehnə ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdehnə qarşı “Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 (səkkiz min) manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 (doqquz min yüz on iki) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə və Cavabdeh İddiaçınə qarşı “xxxx MMC-dən 4200 manat əsas borcun, 2520 manat faiz borcunun, dövlət rüsumu qismində ödənilmiş 88 manat pul vəsaitinin, cəmi 6808 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar