Məhkəmə qərarları › İş №e-2-2(117)-1021/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1021/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1021/2024 16.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “4118,01 manat əsas borc və 61,19 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 45680 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları satmağı, alıcı isə həmin malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə 198985 nömrəli, 198986 nömrəli, 198984 nömrəli, 198983 nömrəli, 198982 nömrəli, 167610 nömrəli, 994075 nömrəli, 167609 nömrəli, 167608 nömrəli, 994842 nömrəli, 167606 nömrəli, 167605 nömrəli, 661759 nömrəli, 231966 nömrəli, 169211 nömrəli, 408037 nömrəli, 231965 nömrəli, 271093 nömrəli, 271094 nömrəli, 244392 nömrəli, 244393 nömrəli, 244402 nömrəli, 268726 nömrəli, 244391 nömrəli, 244390 nömrəli, 197486 nömrəli, 263152 nömrəli malların təhvil-qəbul aktları ilə ümumi dəyəri (ƏDV daxil) 6285,92 manat olan malları (ərzaq məhsulları) alıcıya vermiş, alıcı malları qeyd edilən təhvil-qəbul aktlarına imza etməklə alsa da, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 4118,01 manat borcu qalmışdır. Eyni zamanda satıcı malların təqdim edilməsinin sübutu olaraq xx.xx.2021-ci il tarixli 092369 nömrəli və 092364 nömrəli, xx.xx.2021-ci il tarixli 461763 nömrəli və 460605 nömrəli, xx.xx.2021-ci il tarixli 740005 nömrəli və 623031 nömrəli, xx.xx.2021-ci il tarixli 888037 nömrəli, 888029 nömrəli və 887996 nömrəli, xx.xx.2021-ci il tarixli 169500 nömrəli, 169504 nömrəli və 104826 nömrəli, xx.xx.2021-ci il tarixli 351010 nömrəli, xx.xx.2021-ci il tarixli 557640 nömrəli, 557635 nömrəli və 557613 nömrəli, xx.xx.2021-ci il tarixli 653546 nömrəli, xx.xx.2021-ci il tarixli 763123 nömrəli, xx.xx.2021-ci il tarixli 061347 nömrəli, 059563 nömrəli və 059575 nömrəli, xx.xx.2021-ci il tarixli 300935 nömrəli, xx.xx.2021-ci il tarixli 403369 nömrəli, xx.xx.2021-ci il tarixli 682705 nömrəli, 682224 nömrəli, 682225 nömrəli, xx.xx.2021-ci il tarixli 879500 nömrəli xx.xx.2021-ci il tarixli 876411 nömrəli, xx.xx.2021-ci il tarixli 055794 nömrəli, xx.xx.2022-ci il tarixli 362522 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmiş və həmin elekton qaimələrlə ümumilikdə 4234,8 manat dəyərində mal cavabdehə təqdim edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya sənədi ilə cavabdehə müraciət etməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə cəmiyyətə 4118.01 manat qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2018-ci il tarixli, 45680 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 sentyabr 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 4118.01 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada ünvanı üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, malların təhvil-qəbul aktları, elektron qaimələr və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi maraqlarına uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflərin müqavilə bağlanakən həqiqi maraqları alğı-satqıdan ibarət olmuş və iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun mallar satılaraq təhvil verilmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 45680 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malları satmağı, alıcı isə həmin malları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə 198985 nömrəli, 198986 nömrəli, 198984 nömrəli, 198983 nömrəli, 198982 nömrəli, 167610 nömrəli, 994075 nömrəli, 167609 nömrəli, 167608 nömrəli, 994842 nömrəli, 167606 nömrəli, 167605 nömrəli, 661759 nömrəli, 231966 nömrəli, 169211 nömrəli, 408037 nömrəli, 231965 nömrəli, 271093 nömrəli, 271094 nömrəli, 244392 nömrəli, 244393 nömrəli, 244402 nömrəli, 268726 nömrəli, 244391 nömrəli, 244390 nömrəli, 197486 nömrəli, 263152 nömrəli malların təhvil-qəbul aktları ilə ümumi dəyəri (ƏDV daxil) 6285,92 manat olan malları (ərzaq məhsulları) alıcıya vermiş, alıcı isə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 4118,01 manat borcu qalmışdır. Eyni zamanda satıcı malların təqdim edilməsinin sübutu olaraq xx.xx.2021-ci il tarixli 092369 nömrəli və 092364 nömrəli, xx.xx.2021-ci il tarixli 461763 nömrəli və 460605 nömrəli, xx.xx.2021-ci il tarixli 740005 nömrəli və 623031 nömrəli, xx.xx.2021-ci il tarixli 888037 nömrəli, 888029 nömrəli və 887996 nömrəli, xx.xx.2021-ci il tarixli 169500 nömrəli, 169504 nömrəli və 104826 nömrəli, xx.xx.2021-ci il tarixli 351010 nömrəli, xx.xx.2021-ci il tarixli 557640 nömrəli, 557635 nömrəli və 557613 nömrəli, xx.xx.2021-ci il tarixli 653546 nömrəli, xx.xx.2021-ci il tarixli 763123 nömrəli, xx.xx.2021-ci il tarixli 061347 nömrəli, 059563 nömrəli və 059575 nömrəli, xx.xx.2021-ci il tarixli 300935 nömrəli, xx.xx.2021-ci il tarixli 403369 nömrəli, xx.xx.2021-ci il tarixli 682705 nömrəli, 682224 nömrəli, 682225 nömrəli, xx.xx.2021-ci il tarixli 879500 nömrəli xx.xx.2021-ci il tarixli 876411 nömrəli, xx.xx.2021-ci il tarixli 055794 nömrəli, xx.xx.2022-ci il tarixli 362522 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmiş və həmin elekton qaimələrlə ümumilikdə 4234,8 manat dəyərində mal təqdim edilmişdir. Bundan başqa məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni malların təhvil-qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, tələb olunan 4118,01 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 61,18 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 61,19 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmiş olsa belə iddianın qiymətinə uyğun 61,18 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 0,01 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4118,01 manat əsas borc və 61,18 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 0,01 manat İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar