Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1022/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli GL752 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması, 4252.72 manat gecikdirilmiş əsas borcu, 1011.20 manat və 72.64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən- Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ərizə ilə müraciət edərək “xx.xx.2021-ci il tarixli GL752 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması, 4252.72 manat gecikdirilmiş əsas borcu, 1011.20 manat və 72.64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən- Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun Cavabdeh1 təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh1 VÖEN-i mövcuddur. Belə olduqda iddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd sonuncuya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmalıdır ki, hazırki vəziyyətdə iş materiallarında bunu təsdiq edəcək sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı təqdim edilmiş sənədə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin borcun ödənilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq 72,64 manat təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsinə 73,04 manat dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ASC-yə ödənilmiş qəbz təqdim edilmişdir. Həmin qəbzin yoxlanılması zamanı həmin məbləğdə dövlət rüsumunun Şəki Kommersiya Məhkəməsinə ödənilməsi ilə bağlı hər hansı sübut müəyyən olunmamışdır. Eyni zamanda ödəniş qəbzinin “ödənişin təyinatı və əsas” bölməsindən göründüyü kimi həmin bölmədə “məhkəmələr” qeyd olunmuşdur. Göründüyü kimi təqdim edilmiş ödəniş qəbzinin hansı məhkəməyə ödənilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı elektron imzalanmış iddia ərizəsinin sonunda “bu ödəniş rüsumdan azaddır – “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf” bölməsini seçərək dövlət rüsumu ödəmədən və yoxlanılması mümkün olmayan qəbzi məhkəməyə təqdim etməklə məhkəməyə müraciət etmək imkanı əldə etsə də iş materiallarında mediasiya prosesi ilə bağlı hər hansı sübut mövcud deyildir. İddiaçının təqdim etdiyi qəbzin yoxlanılması mümkün olmadığından iddiaçı həmin qəbzdən dəfələrlə istifadə etmək imkanı əldə etmiş olur. Halbuki iddia ərizəsinin elektron qaydada imzalanmasından öncə Elektron Məhkəmə informasıya sistemi vasitəsi ilə müraciət olunacaq məhkəmənin hesabına ödəniş etmək mümkündür ki, iş yekunlaşdıqdan sonra istifadə olunmuş dövlət rüsumu qəbzindən təkrar istifadə etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə təqdim edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz kimi qəbul etmir və iddiaçının diqqətinə çatdırılmasını zəruri hesab edir ki, yenidən məhkəməyə müraciət edilərsə, “Asan Pay” və ya Hökümət ödəniş portallarından istifadə edilməklə dövlət rüsumunun hazırki məhkəməyə ödənilməsinə dair qəbzi elektron imzalanmış iddia ərizəsində qeyd etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən, habelə iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qeyd edilən əsasla da geri qaytarılmalıdır. Bunlardan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə də riayət edilməmişdir. Belə ki, iddiaçının tələbindən biri də “4252.72 manat gecikdirilmiş əsas borcu, 1011.20 manat və 72.64 manat ödənilmiş dövlət rüsumunun” tutulmasında ibarətdir ki, 1011,20 manat tələb olunan məbləğin faiz, cərimə və dövlət rüsumunun məbləğini təşkil etməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, tələb aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehə qarşı yönələn tələb dedikdə dəqiq və aydın ifadə edilmiş tələb nəzərdə tutulur ki, iddaçının tələbi qeyd edilən hissədə aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə qeyd edilən hallara diqqət yetirilməsi zəruridir. Əks halda yenidən eyni qaydada qeyd edilmiş halları aradan qaldırmadan məhkəməyə müraciət edilməsi məhkəmənin vaxtının əsassız alınmasına gətirib çıxaracaq ki, bu da qanunla yolverilməzdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı qeyd edilən nöqsanlar Şəki Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2-2(117)-952/2024 nömrəli qərardadında iddiaçının diqqətinə çatdırılmışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli GL752 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması, 4252.72 manat gecikdirilmiş əsas borcu, 1011.20 manat və 72.64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən- Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1022/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1022/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver