Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1031/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “ilk iddianın rədd edilməsi, iddiaçı Cavabdeh mübahisəli daşınmaz əmlaka ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan ediməsi ilə icarə müqaviləsinin sonunadək müddətə İddiaçı MMC-ni narahat etməməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə İddiaçı MMCnin qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “ilk iddianın rədd edilməsi, iddiaçı Cavabdeh mübahisəli daşınmaz əmlaka ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan ediməsi ilə icarə müqaviləsinin sonunadək müddətə İddiaçı MMC-ni narahat etməməsi barədə qərar qəbul edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qarşılıqlı iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin qeyd olunan normalarının məzmunu belə nəticəyə gəlməyə imkan verir ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir. Qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddia cavabdehin məhkəmədə ona qarşı irəli sürülmüş iddiadan prosessual müdafiə vasitəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 155 və 156-cı maddələri qarşılıqlı iddianın verilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi şərtlərini tənzimləyir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Göründüyü kimi qarşılıqlı iddia ilkin iddiaya yönəlik verildiyindən və onunla birlikdə baxılması qarşılıqlı iddianın məqsədini təşkil etdiyindən ilkin iddia ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Lakin hazırki vəziyyətdə ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi eyni məhkəmədə, lakin ayrı-ayrı hakimlərin icraatındadır ki, bu hal qarşılıqlı iddia ərizəsinin mahiyyətinə ziddir və qarşılıqlı iddia ərizəsinin ilkin iddia ilə birlikdə baxılmasını qeyri-mümkün etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi onun verildiyi hakimin icraatında olmayan e-2-2(117)-780/2024 nömrəli iş üzrə ilkin iddia ərizəsi ilə birlikdə baxılmalı olduğundan İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC-nin diqqətinə çatdırılır ki, qarşılıqlı iddia ərizəsini Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-780/2024 nömrəli işlə baxılması üçün həmin işin materiallarına əlavə etsin. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “ilk iddianın rədd edilməsi, iddiaçı Cavabdeh mübahisəli daşınmaz əmlaka ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan ediməsi ilə icarə müqaviləsinin sonunadək müddətə İddiaçı MMC-ni narahat etməməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə İddiaçı MMC-nin qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1031/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1031/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver