Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1033/2024 21.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “238,80 manat əsas borc, 719,98 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli 624 nömrəli alkoqollu və alkoqolsuz içki məhsullarının alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, spirtli, spirtsiz içkilər və s. məhsullarıı alıcı Cavabdeh sifarişi nəzərə alınmaqla, qaimə-faktura, təhvil-qəbul aktı və ya elektron qaimə əsasında alıcıya satmağı, alıcı isə öz növbəsində aldığı məhsulların ümumi dəyərini nağdsız qaydada 30 gün müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəərinin ödənilməmiş qalığının 0,5 %-i həcmində penya ödənilməlidir. 2.7-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və ya penyanın ümumi məbləği faktura üzrə təhvil alınmış malların ümumi məbləğindən artıq olmamalıdır. 3.3-cü bəndinə əsasən alıcı tərəfindən sifariş olunmuş malların satıcı tərəfindən təhvil verilməsi zamanı tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvilqəbul aktı və ya qaimə-faktura əsasında həyata keçiriləcək. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 238,8 manat borcu yaranmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli satış fakturası və elektron qaimə ilə öz təsdiqini tapır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya ilə müraciət olunmasına baxmayaraq borc ödənilməmiş qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış və bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh şəxs Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş EBCH seriyalı, 212241 nömrəli elektron qaimədən də görünür ki, cavabdeh şəxsin faktiki olaraq cəmiyyətə 238,80 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmiş, lakin cavabdeh göndərilmiş pretenziya məktubunu xx.xx.2024-cü il tarixində alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymamışdır. Cavabdehlə bağlanmış 11 oktyabr 2022-ci il tarixli, 624 nömrəli müqavilənin 2.5-ci maddəsinə əsasən “Alıcı” tərəfindən təhvil alınan malların dəyərini bu müqavilənin 2.4-cü bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malların dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir. Cavabdeh EBCH seriyalı, 212241 nömrəli qaimə üzrə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş 603 gün üçün ödənilməli dəbbə pulu 719,98 manat təşkil edir. Yuxarıda qeyd olunan qaimələr üzrə əsas borcunu və dəbbə pulu nəzərə alınsa, hazırda Cavabdeh İddiaçı MMC-yə 958,78 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, sonuncuya göndərilən məhkəmə sənədləri həmin ünvanda yaşamaması səbəbindən geri qaytarıldığından məhkəmə sənədləri sonuncuya çatdırılması üçün xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şəki şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Dövlət Vergi Xidmətinə təqdim edilmiş və xidmət tərəfindən xx.xx.2024-cü il tarixdə sonuncunun vergi orqanından olan elektron kabinetinə göndərilmişdir. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Satış fakturası, Elektron qaimə, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi 11 oktyabr 2022-ci il tarixli 624 nömrəli alkoqollu və alkoqolsuz içki məhsullarının alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, spirtli, spirtsiz içkilər və s. məhsullarıı alıcı Cavabdeh sifarişi nəzərə alınmaqla, qaimə-faktura, təhvilqəbul aktı və ya elektron qaimə əsasında alıcıya satmağı, alıcı isə öz növbəsində aldığı məhsulların ümumi dəyərini nağdsız qaydada 30 gün müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhədliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 238.8 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli satış fakturası və elektron qaimə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 238.8 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın 719,98 manat dəbbə pulu hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3). Hazırki iş üzrə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.5-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 %-i həcmində penya ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı elektron qaimə və satış fakturası üzrə qeyd olunan məbləği ödəməmiş, lakin iddiaçı vaxtında məhkəməyə müraciət etməyərək dəbbə pulunun artmasına şərait yaratmışdır ki, hazırki vəziyyətdə dəbbə pulunun məbləği əsas məbləğdən çoxdur. Bu səbəbdən iddiaçının təqsirini və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunduğu kimi 719,98 manat deyil, əsas borcun 5 faizi həddində 12 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (958,78) ödənilməli dövlət rüsumu 30 manat təşkil edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 238,80 manat əsas borc, 12 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1033/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1033/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver