Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1043/2023 25.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 4149,28 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,59 manat borcun ödənilməsini təmin etmək üçün xx.xx.1988-ci il təvəllüdlü, Quba rayonunun İqriq kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 4149,28 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,59 manat borcun ödənilməsini təmin etmək üçün xx.xx.1988-ci il təvəllüdlü, Quba rayonunun İqriq kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki müraciətə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən, ərizənin məzmunundan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Maraqlı şəxs ünvan 1i ünvanında qeydiyyatdadır. Bu səbəbdən də hazırki müraciətə qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 1-ci maddəsinin 1-ci cümləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, maraqlı şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sonuncunun qeydiyyat və yaşayış yeri Quba rayonudur. Bundan başqa ərizəçi iş materiallarında və ərizəsinin məzmununda Sumqayıt Kommersiya Məhkəməsini iş üzrə səlahiyyətli məhkəmə olaraq göstərsə də, elektron imzalanmış iddia ərizəsində aiddiyyəti məhkəmə qismində Şəki Kommersiya Məhkəməsini göstərmiş, bununla da ərazi aidiyyəti qaydalarını pozmuşdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi maraqlı şəxsə qarşı ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki müraciətə maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaldır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Maraqlı şəxs qarşı “fiziki şəxsin dövlət büdcəsinə olan ümumilikdə 4149,28 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,59 manat borcun ödənilməsini təmin etmək üçün xx.xx.1988-ci il təvəllüdlü, Quba rayonunun İqriq kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1043/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1043/2023
25.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver